Sonra Biz onlara verdiyimiz vədi yerinə yetirib, onları və istədiklərimizi qurtararaq, ifrata varanları həlak etdik”.
Fövqəluca, kafirlərin, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar etməyə və: “Niyə Allah yeməyə, içməyə ehtiyacı olmayan və bazarlara getməyən mələk göndərmədi? Niyə Allah ölməz elçi göndərmədi? Bu sifətlərə malik olmayan hər bir kəs Allahın elçisi ola bilməz” kimi suallar verməyə sövq edən şübhələrini rədd etdi. Belə şübhələr bu günə qədər də Allahın elçilərinə (onlara Allahın salamı olsun!) iman gətirməkdən boyun qaçıranların ürəklərində baş qaldırmaqdadır. Onlar eyni küfrə etiqad edirlər və buna görə ürəkləri də bir-birinə bənzərdir. Lakin Fövqəluca Allah xəbər verir ki, Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinə dair belə şübhələr əvvəlki elçilərə iman gətirmiş kəslərdə təzahür etməməlidir. Örnək olaraq təkcə İbrahim peyğəmbəri (ə) misal gətirmək bəs edər, onun peyğəmbərliyini bütün dini cərəyanların nümayəndələri qəbul edirlər. Ərəb bütpərəstləri isə hətta elə zənn edirdilər ki, onlar onun (ə) dininə etiqad edir və yolu ilə gedirlər. İbrahim (ə) və Muhəmmədə (s.ə.s.) qədər peyğəmbərlik edənlərin hamısı yemək yeyir və bazara gedirdilər. Onlar yaşayır və ölürdülər və sadə ölümlü adamların taleyinə düşən hər şeyin həyəcanını keçirirdilər. Allah onlardan hər birini öz qəbilədaşlarına göndərirdi və sonuncuların bir qismi onlara iman gətirir, digər hissə isə kafir olurdular. Belə olduqda Allah onlara verdiyi vədini yerinə yetirirdi. O (Pak və Müqəddəs Allah) Öz elçilərinə və onların ardınca gedənlərə xilas və uğur bəxş edir və onları yalançı sayan zalımları isə həlak edirdi. Niyə mürtədlər Muhəmmədin (s.ə.s.) peyğəmbərliyini yalan və şübhəli sübutlarla inkar etməyə cəhd göstərirlər? Niyə onlar özlərinin qəbul etdikləri peyğəmbərlərə - onun (s.ə.s.) qardaşlarına xas keyfiyyətlərə malik olmasını onun (s.ə.s.) qüsuru hesab edirdilər? Bu təkzibolunmaz dəlil onları hər hansı bəraətdən məhrum edir. Əvvəllər onlar insanlardan olan elçiləri qəbul edirdilər. Bəs niyə indi belə bir elçini qəbul etməkdən boyun qaçırırdılar? Həqiqətən də, onların iddiaları əsassız və ziddiyyətlidir. Onlar özləri də bunun yalanlığını və yaramazlığını anlayırlar, çünki onların iddia etdikləri kimi, Allahın elçisi insan ola bilməz, yeməyə ehtiyacı olmayan ölümsüz mələk olmalıdır. Bu barədə Fövqəluca Allah buyurur: “Onlar dedilər: “Niyə onun yanına mələk enmir?” Əgər Biz mələk nazil etmiş olsaydıq, onda hökm artıq verilmiş olardı və onlara möhlət verilməzdi. Biz hətta mələk göndərsəydik də, Biz onu, kişi simasında nazil edəcək və onları şübhə etdiklərinə münasibətdə çaşqınlığa salacaqdıq” (Ənam, 6/8-9). İnsanlar mələklərdən vəhy qəbul etməyi öyrənməyə qabil deyillər və buna görə Fövqəluca Allah Öz Peyğəmbərinə (s.ə.s.) buyurur ki, belə desin: “Əgər yer üzündə mələklər əmin-amanlıq içində gəzsəydilər, onda Biz onlara səmadan elçi mələk nazil edərdik” (İsra, 17/95). Ey Allahın qulları! Əgər siz bundan əvvəlki elçilərin adi insanlar olduqlarına şübhə edirsinizsə, onda Tövratı və İncili öyrənən Kitab əhlindən soruşun və qoy onlar sizə izah etsinlər ki, bütün əvvəlki elçilər insan övladı nəsllərinin nümayəndələri olmuşlar. Şərh etdiyimiz ayə əvvəlki elçilərin məziyyətləri haqqında bilik əldə etmək üçün elm sahiblərinə müraciət etməyi tapşırır. Lakin bu tapşırıq daha böyük əhəmiyyətə malikdir və dinin bütün əsas və fərdi[67] məsələlərinə aid edilir. Əgər insan bu məsələlərin həllinin cavabını tapa bilmirsə, onda o, müvafiq biliklərə malik olan şəxslərə müraciət etməlidir. Deməli, şərh etdiyimiz ayə biliyi saleh ilahiyyatçılardan və alimlərindənalmaq hökmünü nəzərdə tutur. Bu isə o deməkdir ki, əgər onlar müvafiq biliklərə malikdirlərsə, onda insanların suallarına cavab verməli və onları öyrətməlidirlər. Elm sahiblərinə suallarla müraciət etmək əmrindən həmçinin aydın olur ki, cahillikləri ilə tanınan insanlara sual vermək qadağan edilmişdir. Cahillərin özlərinə gəldikdə isə, onlara öz öhdələrinə insanları öyrətmək kimi məsuliyyət götürmək qadağandır. Bir də qeyd edilməlidir ki, bu gözəl ayələr Allahın elçilərinin təkcə kişilər olduğunu təsdiq edir. Qadınlar arasından heç bir peyğəmbər olmamışdır. Allah peyğəmbərliyi nə Məryəmə, nə də digər qadınlara həvalə etməmişdir.
ﯠ ﯡ ﯢ ﯣﯤﯥﯦﯧﯨ ﯩ;
(21.10) “Biz sizə öyüd-nəsihət olan Kitabı artıq nazil etmişik. Məgər başa düşmürsünüz?” Ey Abdullahın oğlu və Əbdülmütəllibin nəvəsi Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyi haqqında xəbər çatmış insanlar! Biz sizə Şərəfli Kitab – Aydın Quran nazil etmişik. Bununla sizə böyük ehtiram göstərilmişdir. Siz bu Kitabın sayəsində gerçək hekayətlərə iman gətirə, gözəl hökmləri yerinə yetirə və müdrik qadağalardan çəkinə bilərsiniz. Əgər siz belə etsəniz əzəmət və şöhrət qazanmağı bacararsınız. Məgər siz nəyin sizə fayda verəcəyini, nəyin isə zərər vuracağını anlamırsınız? Siz niyə bu dünyada həyatında və öldükdən sonra sizə şöhrət gətirəcək Kitaba əsaslanmırsınız? Həqiqətən, əgər siz ağıllı olsaydınız, hökmən bu yolla gedərdiniz. Amma siz bunu etmədiniz və sizi dünyada və Axirətdə alçaqlığa, həlaka və əbədi fəlakətlərə məhkum edən digər yola üstünlük verdiniz. Bütün bunlar onu göstərir ki, siz sağlam təfəkkürə istinad etmir və haqqın səsinə qulaq asmırsınız. Bu ayənin həqiqəti əks etdirməsi bir çox tarixi faktlarla təsdiq edilir. Allahın Elçisinə (s.ə.s.) iman gətirmiş və Quranı rəhbər tutan səhabələr və onların əməlisaleh davamçıları misilsiz yüksəklikləri əldə etməyə nail olmuş, hər tərəfə yayılmış şöhrət qazanmış və qüdrətli hökmdarları heyran etmişdilər ki, bu, əslində hər kəsə bəllidir. Həmçinin yaxşı məlumdur ki, Quran ehkamlarına diqqət yetirməyən və Quran ayələrinin vasitəslə öz qəlblərini təmizləməyən insanlar Allahın nifrətinə layiq görülmüş, məhvə və bədbəxtliyə məhkum edilmişdilər. Həqiqətən də, bu dünyada və ölümdən sonra Axirətdə müvəffəqiyyətə təkcə bu Müqəddəs Kitaba istinad edənlər nail ola biləcəklər.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ;
|