Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

O Öz əməllərinə görə cavab verməyəcək, lakin onlar cavab verməli olacaqlar”.





 

Allahın o qədər qüdrətli, Onun şöhrəti o qədər hədsiz-hüdudsuz, Onun hakimiyyəti isə o dərəcədə mükəmməldir ki, heç bir məxluq Ona sözü və ya əməli ilə müqavimət göstərməyə cəsarət etməz. Özünün qüsursuz müdrikliyi sayəsində Fövqəluca Allah Kainatı mükəmməl yaratmış və hər şeyi öz yerində qoymuşdur. Bəşəriyyət öz təfəkkürü ilə bunu layiqincə dəyərlən­dirir və heç kim Onu əməllərinə görə qınaya bilməz. Həqiqətən də, Onun yaratdıqları nöqsan və çatışmazlıqlardan xalidir. Məxluq­ların özlərinə gəldikdə isə, onların hər biri öz sözləri və əməlləri üçün cavab verəcəklər, çünki onların hamısı sadəcə zəif və gücsüz qullardır. Onlar hətta zərrə qədər də həm özləri və həm də digər məxluqlar üzərində hakimiyyətə malik deyillər.

 

ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋﰌ ﰍ ﰎ ﰏ;

 

Doğrudanmı onlar Onun yerinə digər tanrıçalara ibadət etməyə başlayıblar? De: “Dəlillərinizi göstərin! Budur mənimlə olanlar və məndən qabaq olanlar üçün Xatırlatma”. Lakin onların əksəriyyəti haqdan xəbərsizdir və üz dön­də­rir”.

 

Allah, Onunla yanaşı uydurulmuş tanrıçalara da ibadət etdiklərinə görə müşrikləri növbəti dəfə qınayır. Sonra O, Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onların əməllərinin yanlış olmasını ifşa edərək desin: “Siz öz əməllərinizi doğrultmaq üçün hansı sübut və dəlillərinizi gətirə bilərsiniz? Əslində, siz belə dəlillər gətirməyə heç vaxt nail ola bilməzsiniz. Bundan başqa, ən inandırıcı və təkzibolunmaz dəlillər sizin müşrikliyinizin əbəs və yanlış olmasını həmişə təsdiq edəcəkdir. Səma Kitabları və əvvəlki peyğəmbərlərin (onlara salam olsun!) şəriətləri müşrikliyin əsassızlığı haqqında mənim müddəa­larımın doğruluğunu təsdiq edir. Buna Quran – məntiqi dəlillər və müqəddəs ayələr vasitəslə haqqı əsaslandıran Kitab sayəsində əmin olmaq mümkündür. Əvvəlki Kitablarda da mənim haqlı olmağımın çoxsaylı dəlilləri vardır”.

Peyğəmbər (s.ə.s.) haqqın insanlara çatdırdı və onun gətir­diyi dəlillər təkzib olunmazdı. Bu dəlilləri inkar etmək mümkün deyil, əks halda onlar inandırıcı olmazdılar. Əgər insanlar ona (s.ə.s.) etiraz edirlərsə də, onda, lap yaxşı halda demək olar ki, onların etirazları şübhəlidir və gerçəkliklə heç bir ümumi əlaqələri yoxdur. Bununla əlaqədar olaraq Fövqəluca Allah buyurur ki, insanların əksəriyyəti haqdan xəbərsizdir. Onlar öz ata-babalarını kor-koranə təqlid edir, aydın biliyə və doğru təlimə malik olmadan həqiqəti danırlar. Lakin onların həqiqəti bilməməyi, onun insan­lar­dan gizlədilməsi və ya əlçatmazlığına görə deyil, onların ondan üz döndərməsindən irəli gəlmişdir. Əgər bu belə olmasaydı, onların haqqa tərəf çevrilmələri kifayət edərdi ki, onu yalandan fərqləndirsinlər.

Əvvəlki elçilər haqqında xatırlatmadan və onlardan nümu­nə götürmək əmrindən sonra, Fövqəluca Allah Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) öz sələflərin­dən nümunə götürməli olduğu məsələni ən mükəmməl qaydada izah edir. Fövqəluca buyurur:

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ;

 

Biz səndən əvvəl elə bir elçi göndərməmişdik ki, ona: “Məndən başqa ilah yoxdur! Mənə ibadət edin!” – deyə vəhy etməyək”.

Ey Muhəmməd! Sənə qədər insanların yanına Allahın çox elçiləri gəlmiş və özləri ilə Səma Kitabları gətirmişdilər. Lakin onların peyğəmbərlik təbliğinin əsası və mahiyyəti – şəriki olmayan tək Allaha ibadət etmək və Onun Vahid Haqq Rəbb olduğunu, uydurulmuş tanrıçalara ibadətin bihudə və faydasız­lığını izah etmək hökmündən ibarət idi.

 

 

ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ;

 

Onlar deyirlər: “Mərhəmətli Özünə oğul götür­müşdür”. O Pakdır! Onlar isə hörmət göstərilən qullardır”.

Fövqəluca bu ayədə Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən imtina edən müşriklərin ağılsızlıqları haqqında xəbər verir. Allah onları rüsvay etsin! Onlar elə zənn edirlər ki, Allahın Oğlu vardır. Digərləri isə deyirlər ki, mələklər Allahın qızlarıdır. Allah Müqəddəsdir və bu uydurma­lardan sonsuzluğa qədər uzaqdır! Mələklərə gəldikdə isə, onlar öz Rəbbinin hökmü altında olan qullardır. O (Pak və Müqəddəs Olan) onlara xüsusi ehtiram göstərmiş və onları Özünün özəl mərhəməti ilə himayə etmişdir. O (Pak və Müqəddəs Olan) onlara əla məziyyətlər əta etmiş və onları qüsur və nöqsanlardan azad etmişdir. Onlar isə Allaha müraciət edərkən əxlaq qaydalarına mükəmməl riayət edir və Onun hökmlərinə sözsüz icra edirlər.

 

ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ;

 







Дата добавления: 2015-09-04; просмотров: 535. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!




Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...


ТЕОРЕТИЧЕСКАЯ МЕХАНИКА Статика является частью теоретической механики, изучающей условия, при ко­торых тело находится под действием заданной системы сил...


Теория усилителей. Схема Основная масса современных аналоговых и аналого-цифровых электронных устройств выполняется на специализированных микросхемах...


Логические цифровые микросхемы Более сложные элементы цифровой схемотехники (триггеры, мультиплексоры, декодеры и т.д.) не имеют...

Сосудистый шов (ручной Карреля, механический шов). Операции при ранениях крупных сосудов 1912 г., Каррель – впервые предложил методику сосудистого шва. Сосудистый шов применяется для восстановления магистрального кровотока при лечении...

Трамадол (Маброн, Плазадол, Трамал, Трамалин) Групповая принадлежность · Наркотический анальгетик со смешанным механизмом действия, агонист опиоидных рецепторов...

Мелоксикам (Мовалис) Групповая принадлежность · Нестероидное противовоспалительное средство, преимущественно селективный обратимый ингибитор циклооксигеназы (ЦОГ-2)...

Йодометрия. Характеристика метода Метод йодометрии основан на ОВ-реакциях, связанных с превращением I2 в ионы I- и обратно...

Броматометрия и бромометрия Броматометрический метод основан на окислении вос­становителей броматом калия в кислой среде...

Метод Фольгарда (роданометрия или тиоцианатометрия) Метод Фольгарда основан на применении в качестве осадителя титрованного раствора, содержащего роданид-ионы SCN...

Studopedia.info - Студопедия - 2014-2025 год . (0.012 сек.) русская версия | украинская версия