Biz göyü qoruyucu tavan etdik, lakin onlar Onun dəlillərindən üz döndərirlər”.
O – gecəni və gündüzü, günəşi və ayı Xəlqedəndir. Hamısı öz dairəsində cərəyan edir”.
Allah göyü Yer aləminin tavanı etmişdir və onu yerin üstünə düşməkdən qoruyur. O (Pak və Müqəddəs Olan), göyü Onun əmrlərinə xəlvətcə qulaq asmağa can atan şeytanlardan qoruyur. Lakin insanlar səmavi dəlillərdən etinasızlıqla üz çevirirlər. Onlar o dəlillərə diqqət yetirmirlər və bu bütün səmavi dəlillərə aiddir. Onların arasında göylərin yüksəkliyini, əzəmətini, hüdudsuz ölçülərini, gözəl rəngini və mükəmməl görkəmini sadalamaq olar. Bununla yanaşı göylər (səmalar) özlərində mütəhərrik və hərəkətsiz olan planetlərə, ulduzlara və həmçinin şəfəq saçan günəşə və işıq verən aya malikdirlər ki, onlar fasiləsiz olaraq öz orbitləri üzrə hərəkət edir, yerə gecə və gündüzü gətirirlər. Bu da insanlara çox böyük fayda verir. Bunun sayəsində soyuq və isti, həmçinin ilin müxtəlif fəslləri bir-birini əvəz edir. Bundan başqa, insanlar ibadət ayinlərini düzgün icra etmək və qarşılıqlı öhdəliklərini yerinə yetirmək məqsədilə illərin sayını (tarixi) hesablaya bilirlər. Gecələr onlar rahatlanır və istirahət edirlər, gündüzlər isə onlar özlərinə ərzaq tədarük etmək məqsədilə yer üzünün hər tərəfinə yayılırlar. Əgər ağıllı insan bu dəlillərə diqqətlə nəzər yetirərsə və onların üzərində düşünərsə, onda o, bu Kainatı, insanların öz istəklərini təmin etmək və maddi nemətlərdən ləzzət almaq imkanına nail olmaları üçün Allah tərəfindən müəyyən bir müddətə yaradıldığına şübhə etməkdən əl çəkər. Sonra isə bu nemətlərin yox olması nəzərdə tutulmuşdu, çünki Kainatı yaradan və onu hərəkətə gətirən Allah onu rahatlayaraq, dağıdıb məhv edəcəkdir. O zaman öz əməllərinə görə məsuliyyət daşıyacaq məxluqlar elə bir başqa aləmə düşəcəklər ki, orada onları işlətdikləri əməllərə görə ən mükəmməl əvəz gözləyir. Həqiqətən, dərrakəli insana aydın olmalıdır ki, bu dünya həyatı gələcək həyat üçün bir əkin sahəsi kimidir. Bu – müvəqqəti daldalanacaqdır, son məskən deyildir.
ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ;
(21.34) “Sənə qədər insanlardan heç kimə Biz ölümsüzlük əta etməmişdik. Doğrudanmı, əgər sən hətta ölsən də, onlar məgər əbədimi yaşayacaqlar?” Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) düşmənləri bir-birilərinə deyirdilər: “Ölüm onu özü ilə aparana qədər gözləyin”. Belə olduqda, Fövqəluca Allah ən sadə və sınaqdan keçirilmiş üsulla Elçisinə (s.ə.s.) izah edir ki, O, əvvəllər bu dünyada heç kimə ölümsüzlük bağışlamamışdı. Ey Muhəmməd! Sən onsuz da öləcəksən, lakin axı ölüm bütün peyğəmbərlərin, elçilərin və Allahın dostlarının qisməti olmuşdur. Doğrudanmı, əgər hətta sən bu həyatı tərk etsən, sənin düşmənlərin əbədiyyət qazanarlar? Əgər bu belə olsaydı, onda ölümsüzlük onlar üçün alçaldılma olardı. Lakin işlər tamamilə əksinədir, çünki bütün yer sakinləri öləcəklər.
ﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ;
(21.35) “Bütün nəfslər ölümü dadacaq. Biz sizi sınaqdan keçirmək üçün xeyir və şərlə imtahan edirik. Siz Bizə qaytarılacaqsınız!” Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Fövqəluca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Fövqəluca buyurur: “Əlində hakimiyyət Olan, hər şeyə qadir Olan, kimin əməlinin daha yaxşı olduğunu sınamaq üçün həyatı və ölümü xəlq Edən Xeyirxahdır!” (Mülk, 67/1-2). İnsanlarınbəziləri sınaq zamanı aldanır, digərləri isə qurtuluşa nail olurlar. Sonra isə hər bir insan öz Rəbbinə qayıdır ki, etdiyi əməllərə görə əvəz alsın: yaxşılığa yaxşılıqla, pisliyə də pisliklə. Fövqəluca həmçinin buyurur: “Sənin Rəbbin Öz qulları ilə zalımcasına davranmır” (Fussilət, 41/46). Şərh etdiyimiz bu ayə əməlisaleh mömin bir insan olan Xıdırın bu günə qədər yaşaması və ölümsüz olmasını hesab edənlərin yanıldığına dəlalət edir. Belə iddialar sübutlara əsaslanmır və müqəddəs mətnlərə ziddir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ; Kafirlər səni görəndə sənə istehza edib deyirlər: “Bu, sizin tanrılarınız haqqında pis danışan şəxs deyilmi?” Lakin məhz onlar Mərhəmətlinin Xatırlatmasına inanmırlar”.
Bu ayə müşriklərin azğın allahsızlığını təsdiq edir. Onlar Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) görən kimi, ona lağ etməyə başlayır və deyirlər: “Bu yazıq adam tanrılarımızı təhqir etməyə və alçaltmağa cəsarət edir. Siz ona diqqət verməməlisiniz!” Onlar Muhəmməd Peyğəmbərə (s.ə.s.) istehza ilə gülürdülər, lakin onlar onda olan təkcə gözəl məziyyətləri lağa qoyurdular. Həqiqətən, o (s.ə.s.) ən görkəmli və ən kamil insan idi və onun (s.ə.s.) gözəl keyfiyyətlərindən və yaxşı cəhətlərindən biri də bir olan Allaha səmimi ibadəti və Onunla yanaşı ibadət edilən bütün digər ilahların gücsüzlüyünü və qeyri-kamil olmalarını ifşa etməsi idi. Lakin bu, kafirlərə və allahsızlara ona rişxənd etməyə və onu ələ salmağa mane olmurdu. Onların belə davranması eyni zamanda bütün ən pis keyfiyyətlərə malik olmalarındaydı. Lakin hətta əgər bütün bu keyfiyyətlərdən onlara təkcə biri – Rəbbə inamsızlıq və Onun elçilərinin inkarı xas olsaydı, onda bu da kifayət edərdi ki, onları Allahın yaratdığı canlı məxluqların ən alçağı adlandırsınlar. Məhz belə olduqları üçün onlar Rəhmli Olanı xatırlamaqdan boyun qaçırırdılar. Amma, Allahı yad etdikdə, insan ən yüksək vəziyyətdə olur. Lakin kafirlər bunu etmirlər, çünki onlar Rəhmli Olana iman gətirmirlər. Əgər iman gətirsələr də, onsuz da Ona şərik qoşurlar. Buna görə, onların zikrlə bağlı sözləri kafirliyin və bütpərəstliyin təzahürüdür. Belə olduqda bu insanların digər əməlləri haqqında nə demək olar? Fövqəluca bu ayədə Özünü heç də təsadüfən Mərhəmətli adlandırmır. Bu adın xatırlanması müşriklərin vəziyyətinin nə dərəcədə çox pis olduğunu aydın surətdə vurğulayır. Mərhəmətli Allah onları fasiləsiz olaraq maddi nemətlərlə təmin edir və onları bədbəxtliklərdən qoruyur. Hər hansı dünyəvi nemət və hər hansı fəlakətlərdən xilas edilmə Onun ilahi mərhəmətinin nəticəsidir, amma bütpərəst müşriklər isə buna daima naşükürlük və küfrlə cavab verirlər.
ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ;
(21.37) “İnsan hövsələsiz yaradılmışdır. Mən sizə Öz möcüzələrimi göstərəcəyəm və buna görə Məni tələsdirməyin!”
İnsan daima tələsir və hadisələrin də baş verməsini sürətləndirməyə cəhd göstərir. Möminlər istəyirlər ki, Allah kafirləri və allahsızları tezliklə cəzalandırsın və belə hesab edirlər ki, ədalətli əvəz gecikir. Kafirlər isə haqdan üz çevirirlər və onlara cəzanın tez verilməsini istəyirlər, çünki ona inanmaqdan inadkarlıqla imtina edirlər.
ﭭﭮﭯﭰ ﭱﭲﭳﭴ;
(21.38) “Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, onda vəd etdiyiniz nə vaxt olacaqdır?”
Fövqəluca Allah möhlət verir, amma heç nəyi unutmur. O, səbirlə gözləyir, çünki bütün məxluqlara qədəri öncədən müəyyən etmişdir. Fövqəluca buyurur: “Onların vaxtı çatanda, onlar onu özlərindən nə uzaqlaşdıra, yaxud nə də bir saatlığa belə yaxınlaşdıra bilməyəcəklər” (Nəhl, 16/61). Bax buna görə də bundan əvvəlki ayədə Fövqəluca Allah möcüzələrini göstərəcəyini vəd edir. Bu möcüzə, kafirliyə etiqad etdiklərinə və Allaha itaətsizlik göstərdiklərinə görə hər kəsdən alınacaq hesabat olacaqdır. Lakin kafirlər dərin qəflət içindədirlər. Onlar amansız cəzanın yaxınlaşmasına inanmırlar və buna görə belə dəhşətli sözlər danışırlar.
ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ; (21.39) “Əgər kafirlər üzlərini və kürəklərini Oddan uzaqlaşdıra bilməyəcəkləri və onda heç kimin onlara kömək etməyəcəyi vaxtı bilsəydilər!” O, onları qəflətən yaxalayıb sarsıdacaq. Onlar ondan xilas ola bilməyəcəklər və onlara möhlət də verilməyəcəkdir”. Kafirlərin vəziyyəti dəhşətli olacaqdır. Cəhənnəm odu onları hər tərəfdən əhatəyə alacaq və onda onlar bir-birilərinə kömək edə bilməyəcəklər. Onlar cəzadan xilas ola da bilməyəcəklər və heç kim onların köməyinə gəlməyəcək. Onlar Cəhənnəmin qarşısında olduqda, bərk qorxuya düşəcəklər. Eyni zamanda o dərəcədə zəifləmiş və alçaldılmış halda olacaqlar ki, bu vahimədən canlarını qurtara bilməyəcəklər. Fövqəluca Allah onlara nə möhlət verəcək, nə də cəzalarını ləngitməyəcəkdir. Əgər allahsızlar doğrudan da onları gözləyən taleyi bilsəydilər, onlar Allahı onları cəzalandırmaq üçün tələsdirməyə cəsarət etməzdilər. Əksinə, onlar bu amansız Allah cəzasından dəhşətlənərdilər. Lakin onlar bu barədə lazım olduğu kimi məlumata malik deyillər və ona görə təhqiramiz ifadələr işlədirlər.
ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ; Sənə qədər də elçilərə istehza edərdilər, lakin istehza etdikləri onların özünü hər tərəfdən yaxaladı”. Müşriklərin Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!), o (s.ə.s.) onları uydurulmuş ilahlarından əl çəkməyə çağırdığına görəistehzaya qoyduqlarını xatırlatdıqdan sonra, Fövqəluca Allah Öz Elçisinə (s.ə.s.) təsəlli verir və bildirir ki, bütün zamanlarda kafir xalqlar Allahın elçilərinə belə münasibət göstəriblər. Lakin hər dəfə həmin xalqlar əzabverici cəzaya məruz qoyulmuş və onlar yol verdikləri xətaları düzəltmək imkanından məhrum edilmişlər. Qoy kafirlər onlardan əvvəlkilərə verilmiş müdhiş cəzadan özlərini gözləsinlər!
ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ;
De: “Gecə də, gündüz də sizi Mərhəmətlidən qorumağa kim qadirdir?” Lakin onlar öz Rəbbini xatırlamaqdan imtina edirlər”.
Fövqəluca, bu ayədə, uydurulmuş ilahlara ibadət edən müşriklərin iqtidarsızlığına işarə edir. Onlar özləri Mərhəmətli Allahın köməyinə bərk möhtacdırlar. Onun mərhəməti gecə-gündüz bütün möminləri və günahkarları əhatə etməkdədir. İnsanları gecələr yatdıqları və hissi qavrama qabiliyyətindən məhrum olduqları zaman kim qoruyur? İnsanları gündüz işlə başları qarışdığı və ehtiyatsız olduqları zaman kim qoruyur? İnsanların qayğısına Mərhəmətli Allahdan başqa kim qalır? Həqiqətən də, Ondan başqa heç kim insanların qayğısına qalmır və onları qorumur. Lakin kafirlər öz Rəbbini xatırlamaqdan imtina edirlər və Ona şərik qoşurlar. Əgər onlar Ona müraciət etsəydilər və faydalı nəsihətlərə qulaq assaydılar, onda hökmən düz yola gələrdilər. ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ;
(21. 43) “Ya da onları Bizdən qoruya biləcək ilahları var? Onlar heç özlərini belə qoruya bilmirlər; heç kim onları Bizdən qoruya bilməz!” Məgər Allah müşriklərə pislik etmək istəsə, saxta ilahlar onları fəlakət və bədbəxtliklərdən xilas etməyi bacararlarmı? Əlbəttə yox! Lakin Fövqəluca Allah da müşriklərə kömək etməyəcəkdir. Əgər Allah onlara kömək göstərməyi rədd edirsə, onda onlar tamamilə yardımsız qalacaqlar. Həqiqətən də, onlar yaxşılıq görməzlər və şərdən yaxa qurtara bilməzlər.
ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ;
(21. 44) “Bəli, Biz bunları da, atalarını da faydalandırdıq və ömürləri uzandı. Doğrudanmı onlar görmürlər ki, Biz yeri kənarlarından daraldırıq? Məgər onlar qalib gələ bilər?” Fövqəluca kafirlərin küfrə etiqad etməyə və Allaha şərik qoşmağa məcbur edən səbəb haqqında xəbər verir. Allah onlara var-dövlət, çoxlu oğul-uşaq nəsib etmiş və həmçinin uzun ömür vermişdir. Onlar isə əta edilmiş nemətlərdən həzz alaraq, sonradan unutmuşlar ki, onlar nəyin xatirinə xəlq edilmişlər. İllər keçdikcə onların qəlbi daşlaşmış, zalımlıqları həddini aşmış, naşükürlükləri isə ən yüksək dərəcəyə çatmışdır. Əgər onlar ətraflarına baxsaydılar, görərdilər ki, onları hər tərəfdən təkcə məhv olmuş insanlar əhatə edir. Bununla yanaşı onlar ölüm haqqında xəbərdarlıq edənlərin səsini eşidərdilər və dərk edərdilər ki, insan nəslləri bir-birinin ardınca ölümə yollanır. Həqiqətən də, ölüm hər yerdə məxluqların düşdüyü tələlər qurmuşdur. Bax elə buna görə Allah buyurur ki, yerin ətrafı daima qısalır. Yerin sakinləri ölür və bir-birinin ardınca yox olurlar. Bu onunla sonuclanacaq ki, Allah yerə və onun üzərində olan hər şeyə varis olacaqdır. Həqiqətən, Allah varis olanların ən yaxşısıdır! İnsanlar vəziyyəti belə gördükdən sonra, onları aldanmağa və inadkarcasına küfrə etiqad etməyə vadar edən görəsən nədir? Doğrudanmı onlar üstünlük qazanacaqlarına ümid bəsləyirlər? Doğrudanmı onlar elə zənn edirlər ki, Allahın qədərindən qaça biləcəklər? Məgər onların ölümə müqavimət göstərməyə gücləri çatacaq? Məgər onların malik olduqları keyfiyyətlər əbədi yaşamağa ümid etməyə əsas verirmi? Qətiyyən yox! Allahın elçiləri mütləq onların ardınca gələcəklər və o zaman alçaldılmış və müti günahkarlar onlara heç bir müqavimət göstərə bilməyəcəklər.
ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ;
De: “Mən sizə vəhylə xəbərdarlıq edirəm”. Lakin karlar, onlara hətta xəbərdarlıq edildikdə də çağırışı eşitməzlər”. Ey Muhəmməd! Bütün bəşəriyyətə bəyan et ki, sən Allahın Elçisisən (s.ə.s.). Sən onların arasında öz uydurmalarını təbliğ etmirsən. Sən Allahın xəzinələrinin sərəncamçısı deyilsən. Sən qeybi bilmirsən. Sən özünü (s.ə.s.) mələk adlandırmırsan. Sən insanlara Allahın sənə nazil etdiyi vəhylə öyüd-nəsihət verirsən. Əgər onlar sənin dəvətinə cavab verərlərsə, onda onlar bununla Allahın çağırışına cavab vermiş olarlar və O, buna görə, onları mükafatlandırar. Lakin əgər onlar imtina edib müqavimət göstərsələr, sən onsuz da onların üstündə hakimiyyətə malik deyilsən. Bütün hakimiyyət təkcə Allaha məxsusdur və hər şey Onun qədərinə müvafiq olaraq baş verir. Kar eşidə bilməz, çünki o bu qabiliyyətdən məhrumdur. Səsləri və insan danışıqlarını insanın qavraması üçün onun müvafiq səsləri eşitmə orqanına malik olmasını tələb edir. Eyni fikri insanın ürəyini həyata qaytaran və Allahı dərk etməkdə insana kömək göstərən vəhy haqqında da demək olar. Lakin əgər insan ürəyi haqq Təlimi eşitmək qabiliyyətinə malik deyilsə, onda belə adam, səsləri və danışıqları mənimsəyə bilməyən kar kimi, imanı və gerçək öyüd-nəsihətləri qəbul edə bilmir. Elə buna görə müşriklər Haqq Təlimdən danışılanda eşitmirlər. Onların yanılmasına, xüsusilə, nəzərə alınsa ki, onlar amansız cəzanın və onun verəcəyi işgəncənin hələ necə olduğunu dərk etməyiblər, təəccüblənmək lazım deyil.
ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ;
(21. 46) “Əgər sənin Rəbbinin əzabının ani yeli belə onlara toxunarsa, onda hökmən deyəcəklər: “Vay bizim halımıza! Həqiqətən, biz zalımlarmışıq!” Günahkarları cəzanın ancaq zərrə qədəri belə toxunarsa, onlar özlərini lənətləməyə və ölüm diləməyə başlayacaqlar. Onlar törətdiklərinə görə mütləq təəssüflənəcək və öz kafirliklərinə və zalımlıqlarına görə tövbə edəcəklər. Onlar anlayacaqlar ki, həqiqətən cəzalandırılmağa layiqdirlər.
ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ; Qiyamət günü Biz ədalətli Tərəzi quracağıq və heç kimlə zalımcasına rəftar edilməyəcək. Əgər xardal toxumu çəkisində bir şey olsa belə, Biz onu göstərəcəyik. Hesabı Bizim aparmağımız kifayətdir! Fövqəluca ayədə, Qiyamət günü Məhşər ayağında toplanacaq məxluqlar üçün çıxarılacaq Öz ədalətli qərar və qərəzsiz hökmlərindən bəhs edir. Həmin gün ədalətli tərəzi qurulacaq və o, məxluqların zərrə çəkisində olacaq yaxşı və pis əməllərini belə təyin edəcəkdir. O zaman nə müsəlmanlar, nə də allahsızlar incidilməyəcək və ya sıxışdırılmayacaq, çünki Allah onların xeyirxah əməllərini azaltmayacaq və günahlarını çoxaltmayacaq. Hətta insan, xardal dənəsi – məxluqların ən kiçiyi və ən dəyərsizi çəkisində olan əməl etmiş olsa belə, onun nəticələrini görəcək və ona görə əvəz alacaqdır. Bununla əlaqədar olaraq Fövqəluca belə buyurur: “Zərrə qədər ağırlıqda xeyirxahlıq edən, əvəzini alacaqdır. Həmçinin zərrə qədər ağırlıqda pislik edən də əvəzini alacaqdır” (Zəlzələ, 99/7-8); “Qarşıya kitab qoyulacaq və sən görəcəksən ki, günahkarlar onda yazılanlardan necə lərzəyə düşəcəklər. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə kitabdır! Onda heç bir kiçik və böyük günah yaddan çıxarılmamışdır – hamısı hesablanmışdır”. Onlar bütün etdiklərini öz qarşılarında aşkar görəcəklər və sənin Rəbbin heç kimə zalımlıq etməyəcəkdir!” (Kəhf, 18/49). Allahın qullarının bütün əməlləri haqqında hər şeyi bilməsi kifayətdir. O (Pak və Müqəddəs Olan), bu əməlləri saxlayır və onların yazı halında qeydiyyatını aparır. O (Pak və Müqəddəs Olan) onların ölçülərindən xəbərdardır və dəqiq bilir ki, onları kim törətmişdir, kimə hansı mükafat və cəza veriləcəkdir.
ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ;
(21. 48) “Biz Musaya və Haruna Furqanı müttəqilərdən ötrü nur və xatırlatma olaraq əta etdik”, Fövqəluca Allah bir çox hallarda iki Müqəddəs Kitabı – Tövrat və Quranı eyni vaxtda xatırladır. Bu dünya onlardan da şərəfli, daha nəsihətamiz, daha faydalı və daha aydın Kitablar görməmişdir. Fövqəluca xəbər verir ki, Tövratı Musaya (ə) və Haruna (ə) əta etmişdir. Şübhəsiz ki, birincinin peyğəmbərliyi əsas, ikincininki isə ikinci dərəcəli idi. Tövrat elə bir meyar idi ki, insanlar onun sayəsində haqqı yalandan və doğru yolu isə azğınlıqdan fərqləndirirdilər. O həm də bir nur idi ki, onun sayəsində möminlər işıqlı düz yola çıxırdılar və halalı haramdan fərqləndirirdilər. Bu nur cahillik, zalımlıq və azğınlıq zülmətini parçalayıb dağıdırdı. Bununla yanaşı Tövrat bir öyüd-nəsihət idi ki, insanlar onun sayəsində nəyin onlara fayda, nəyin isə zərər verəcəyini bilirdilər. Bu öyüd-nəsihət insanların xeyrə və şərə olan baxışlarını ziyalandırırdı. Lakin bundan ibrət dərsini təkcə təqvalı möminlər alırdılar. Onlar vəhyi öyrənir və onun tələblərini rəhbər tuturdular. Sonra Fövqəluca Allah həmin təqvalı möminlərin bəzi məziyyətlərini sadalayır:
ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ;
|