Gər Biz Özümüzə əyləncə seçmək istəsəydik, onu dərgahımızdakılardan seçərdik”.
Bu – gerçəkləşməsi heç vaxt mümkün olmayacaq ehtimaldır. Əgər Allah əylənmək istəsəydi, O, bu barədə məxluqlarına bildirməzdi, çünki əylənməyə can atmaq nöqsan və qüsurdur. Əgər Onun qüsurları olsaydı, qullarına bunu bilməyə imkan verməzdi. Fövqəluca bu örnəyi ona görə misal çəkir ki, haqqı ən inandırıcı tərzdə yüksək ağıl səviyyəsinə malik olmayan insanlara çatdırsın. Təmkinli, Mərhəmətli və Müdrik Allah Pakdır və O, Öz Kitabında hər şeyi öz yerində yerləşdirmişdir[68].
ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ; (21.18) “Lakin Biz Haqqı nahaqqın təpəsinə çırpırıq, o da dağılıb yox olur. Ona məxsus saydığınız məziyyətlərə görə vay sizin halınıza!” Fövqəluca xəbər verir ki, O, haqqı təsdiq və yalanı darmadağın etmək üzrə məsuliyyəti Öz üzərinə götürmüşdür. İnsanlar hər dəfə mübahisəyə girərək yalanı müdafiə etdikdə, Allah haqqı, elmi və onların izahını nazil edir ki, yalanı xıncım-xıncım edib dağıtsın. Yalan yox olur və hamı onun qüsurluluğuna əmin olur. Bunu bütün dini və mənəvi məsələlərə şamil etmək olar. Yalan tərəfdarları insanlar arasında məntiqi təfəkkürlə və ya müqəddəs mətinlərlə bağlı yalanı doğru bəyan etmək və haqqı inkar etmək məqsədilə şübhə yaymağa başlayan kimi, insanlar Allahın nazil etdiyi təkzibolunmaz məntiqi dəlillər və müqəddəs mətnlərə rast gəlirlər və onlar bu yanlış baxışları qətiyyətlə rədd edirlər və bunun sayəsində ətrafdakılar bəyan edilənin qüsurluluğuna əmin olmaq imkanı əldə edirlər. Bu, dini məsələləri ardıcıllıqla və diqqətlə öyrənən hər kəsə yaxşı məlumdur. Sonra Allah Ona layiq olmayan məziyyətləri aid edənlərə, Ona şərik qoşanlara və ya Onun oğlu və yaxud zövcəsi olmasına inananlara müraciət edir. Sizin cinayətləriniz, sizin fəlakətə, ümidsizliyə və böyük zərərə düçar olmağınızla nəticələnəcək. Sizin sözləriniz sizə heç bir fayda verməyəcəkdir və sizin ümid bəslədikləriniz özünü doğrultmayacaqdır. Siz zəhmət çəkdiyiniz və can atdığınız məqsədə nail ola bilməyəcəksiniz. Bundan əlavə, hər şey əksinə baş verəcəkdir. Sizin nəsibiniz məhrumiyyətlər və məyusluq olacaqdır. Daha sonra Allah bildirir ki, bütün göylərin, yerin və onların arasında olanlar üzərində hakimiyyət tək Ona məxsusdur. Onlarda yaşayan bütün məxluqlar Onun qullarıdır. Onlar heç bir hakimiyyətə, hətta onun zərrə qədərinə də malik deyillər. Onlar Allaha heç nə ilə kömək edə bilməzlər və hətta Onun qarşısında Onun icazəsi olmadan onların şəfaət üçün Ona müraciət etmək haqları belə yoxdur. Niyə onda müşriklər bu məxluqları ilahlara çevirir və Allaha övlad istinad edirlər?!
ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ;
Göylərdə və yerdə olanların hamısı Ona məxsusdur. Onun hüzurundakılar isə Ona ibadət etməkdə təkəbbürlənmir və usanmırlar”.
Əzəmətli Hökmdar Pakdır! Onun fövqəlqüdrəti qarşısında bütün məxluqlar təzim edirlər. O, bütün varlıq üzərində hökmrandır. Hətta Ona yaxın olan mələklər belə Ondan ehtiyat edirlər. Onun yaxınlığında olanların hamısı yorulmadan Ona səcdə edirlər. Mələklər Ona ibadət etməkdən çəkinmirlər və bu əməllərindən bezmirlər, çünki onlar ürəkdən gələn səmimi istəklə Onu razı salmağa çalışır, Ona ən mükəmməl məhəbbət bəsləyirlər və onlara bundan ötrü qüdrətli bədən əta edilmişdir.
ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ;
|