Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Rəbbindən onlara elə bir nəsihət ayəsi gəlməz ki, ona istehza etmədən qulaq assınlar”.





 

Rəbbi onlara fayda verən və zərər vura bilən şeyləri öyrədən öyüd-nəsihətlər nazil edirdi. Bu öyüd-nəsihətlər onları xeyirxah­lığa çağırır və şərdən saxlayırdı, lakin insanlar onları dinləyir və onlara heç bir əhəmiyyət vermirdilər. Bununla da onlar özlərinə cahilliyə və bilməzliyə görə bəraət qazanmaqdan məhrum olurdular.

 

ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ;

 

(21.3) “Onların ürəkləri də laqeyd idi. Zalımlar öz ara­la­rında gizlicə belə deyirdilər: “Məgər bu – sizin kimi bir adam­dır? Doğrudanmı siz gözünüzlə gördüyünüz sehrbazlığa təslim olacaqsınız?”

 

Onların ürəkləri Allahın nəsihətlərinə laqeyd qalırdı, çünki onları dünyəvi zövqlərdən başqa heç nə maraqlandırmırdı. Özləri isə bu zaman alçaq istəklərini qane etməyə cəhd göstərərək, qəbahətli davranışlara yol verərək və son dərəcə zərərli sözlər işlədərək, əylənməklə məşğul olurdular. Axı onlardan əslində tamamilə başqa tərzdə davranmaq tələb olunurdu. Onlar Allahın hökmləri və haramları üzərində düşünməli, onlara layiqincə qulaq asmalı, onların əsl mənalarını dərk edərək, özlərini, xəlq edildikləri məqsədə uyğun olaraq öz Rəbbinə ibadətə həsr etmə­liy­dilər. Onlar dirildiləcəkləri, qisas alınacağı və əvəz veriləcəyi haqqında ara vermədən fikirləşməliydilər. Ancaq bu üsulla onlar uğura nail ola, doğru yola gələ və əməllərini təmizləyə bilərdilər.

Mən bu surənin birinci ayəsinə qayıtmaq istəyirəm. Fövqəluca bu ayədə deyir ki, qisas[64] vaxtı artıq insanlara yaxınlaş­mışdır. Bu ayəyə verilmiş iki şərh vardır. Birinci şərhə görə İslam icması[65] - son dini formasiyadır, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) isə sonuncu Elçidir. Bunlardan sonra artıq Qiyamət saatı başlayacaq ki, bu, ötüb keçən dini icmaların nümayəndələrindən daha çox müsəlmanlara yaxın ola­caqdır. Bu barədə Allahın Elçisi (s.ə.s.) belə demişdir: “Mən bu iki barmağım kimi Qiyamət saatı ilə birlikdə göndərilmişəm”. Bu zaman o (s.ə.s.), əlinin şəhadət barmağı ilə orta barmağını birləşdirərək göstərmişdir.

İkinci şərhə görə isə, qisas adı altında bu ayədə ölüm nəzərdə tutulur. Bu o deməkdir ki, dirilmə insanın ölüm anı ilə başlayır, çünki o, törədilən əməllərin əvəzinin verildiyi aləmə daxil olur. Bütün deyilənlərdən belə çıxır ki, haqdan etinasız­casına üz döndərənlərin vəziyyəti çox qəribədir və ona görə qəribədir ki, ölüm insanı hər hansı vaxtda haqlaya bilər: bu gündüz də ola bilər, gecə də. Allahın Öz İlahi qayğısı ilə himayə etdiklərindən başqa (onlar bunun sayəsində vaxtında ölümə və ondan sonra olacaq hallara hazırlaşırlar), bütün insanlar bu vəziyyətə düşürlər.

Sonra Fövqəluca Allah xəbər verir ki, kafirlər və zalımlar inadkarlıqla haqqa müqavimət göstərərək və onu yalançı dəlil­lərin vasitəslə inkar etməyə cəhd göstərərək bir-biriləri ilə öz aralarında pıçıldaşırlar. Onlar ona görə pıçıldaşırlar ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) barədə saziş bağlasınlar. Bu zaman onlar bir-birilərinə deyirdilər: “O da sizin kimi bir adamdır, O, sizdən nə ilə üstündür ki? Niyə o, belə xüsusi mövqe qazanmalıdır? Əgər sizdən kimsə insanlar arasında onun baxışlarını təbliğ etsəydi, onların təbliğatı arasında fərq olmazdı. Buna baxmayaraq, o, özünü digərlərindən üstün tutmağa və ətrafındakıları ötüb keçməyə cəhd göstərir. Elə buna görə siz ona tabe olmamalısınız. Ona inanmayın, çünki o – olsa-olsa, ancaq sehrbazdır! Onun təbliğ etdiyi Quran əsl sehrbaz­lıqdır. Ondan uzaq durun və insanları da onun sehrindən xəbərdar edin. Doğrudanmı siz gözünüzün qabağında insanları özünə cəzb edən cadugərə mane olmayacaqsınız?!”

Kafirlərin belə sözləri demələrinə baxmayaraq, onlara Muhəmmədin (s.ə.s.) Allahın həqiqi elçisi olması məlum idi. Onlar, başqa insanlara nəsib olmayan qəribə möcüzələrin şahidi olmuşdular. Lakin uğursuzluq, zalımlıq və inadkarlıq onları haqdan üz çevirməyə məcbur etmişdi. Fövqəluca Allah bunların bir-biri ilə gizlicə danışdıqlarının hamısını gözəl bilirdi və buna görə onların hər biri öz cinayətləri üçün cəza çəkəcəklər. Bax elə buna görə də sonra Allah buyurur:

 

ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ;

 







Дата добавления: 2015-09-04; просмотров: 523. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!




Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...


Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...


Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...


Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Факторы, влияющие на степень электролитической диссоциации Степень диссоциации зависит от природы электролита и растворителя, концентрации раствора, температуры, присутствия одноименного иона и других факторов...

Йодометрия. Характеристика метода Метод йодометрии основан на ОВ-реакциях, связанных с превращением I2 в ионы I- и обратно...

Броматометрия и бромометрия Броматометрический метод основан на окислении вос­становителей броматом калия в кислой среде...

Вопрос 1. Коллективные средства защиты: вентиляция, освещение, защита от шума и вибрации Коллективные средства защиты: вентиляция, освещение, защита от шума и вибрации К коллективным средствам защиты относятся: вентиляция, отопление, освещение, защита от шума и вибрации...

Задержки и неисправности пистолета Макарова 1.Что может произойти при стрельбе из пистолета, если загрязнятся пазы на рамке...

Вопрос. Отличие деятельности человека от поведения животных главные отличия деятельности человека от активности животных сводятся к следующему: 1...

Studopedia.info - Студопедия - 2014-2025 год . (0.013 сек.) русская версия | украинская версия