Vvəlcə Biz Adəmlə əhd bağladıq, lakin o, unutdu və Biz onda möhkəm iradə görmədik”.
Biz Adəmlə əhd bağladıq və ondan söz aldıq ki, bu əhdə layiqincə riayət etsin. O, Bizim iradəmizə müti oldu və öz vəzifələrini qüsursuz yerinə yetirəcəyi qərarına gəldi, amma sonra o, ona əmr olunanı unutdu. Onun əvvəlki qətiyyəti yoxa çıxdı və o, onun nəslləri üçün nümunə olan bir hərəkətə yol verdi. İnsanlar Adəmdən bu məziyyəti irsən aldılar və öz vəzifələrini unutmağa başladılar və bununla da öz əcdadlarına bənzədilər. Adəm günah etdi və onun nəslləri də günah etməyə başladılar. O, əhdinə riayət edəcəyi haqqında qəti niyyətini pozdu və sonra onun nəslləri də onun göstərdiyi nümunəni təkrar etdilər. Sonra o, tövbə etməyə tələsdi və öz səhvini etiraf etdi və belə olduqda Allah onu bağışladı və vəd etdi ki, onun nümunəsini təkrar edənlərin və zalımlıqdan əl çəkənlərin hamısını bağışlayacaq. Sonrakı yeddi ayədə Fövqəluca Allah bu vəhydə ifadə olunanları daha təfərrüatı ilə təsvir edir və buyurur:
ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ;
Budur, Biz mələklərə dedik: “Adəmin qarşısında səcdə qılın!” Onlar səcdə qıldılar və təkcə İblis boyun qaçırdı”. Allah Öz əlləri ilə Adəmin yaradılışını sona çatdırdıqdan sonra, ona məxluqların adlarını öyrətdi və böyük lütfkarlıq göstərdi, bütün mələklərə insanın qarşısında səcdə etmək və bununla ona öz ehtiramını göstərmək əmri verdi. Mələklər Rəbbə o saat itaət etdilər və təkcə, onların arasında olan, İblis Adəmə səcdə etməkdən təkəbbürlə boyun qaçırdı və dedi: “Mən ondan daha yaxşıyam. Sən məni oddan, onu isə palçıqdan yaratmışsan” (Sad, 38/76). Bu, İblisin Adəmə və onun zövcəsinə qarşı bəslədiyi çox böyük nifrətin dəlili idi. Paxıllıq hissi onda nifrət doğurmuşdu və buna görə Allah Adəmi və onun zövcəsini bu məkrli düşməndən qorunmaq barədə xəbərdar etdi.
ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ;
Biz dedik: “Ey Adəm! Bu, həqiqətən, sənin və zövcənin düşmənidir. Qoy o, sizi Cənnətdən çıxarmasın, yoxsa sən bədbəxt olarsan”. Özünü bədbəxtliyə və gözəl nemətlərindən zövq alacağın və tam rahatlıq tapacağın Cənnətdən qovulmağa məhkum etmə.
ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ;
|