Sən orada ac və lüt olmayacaqsan”.
Sən orada susuzluqdan və bərk istidən əziyyət çəkməyəcəksən”. Sənə icazə veriləcək ki, yeməklər və içkilərdən ləzzət alasan, gözəl libaslar geyəsən və sən heç vaxt yorğunluq və taqətsizlik hiss etməyəcəksən. Sənə hər cür nemətlərdən istifadə etməyə icazə veriləcək, lakin təkcə bir ağacın meyvələrindən yemək qadağandır. Fövqəluca buyurur: “Ey Adəm! Zövcənlə Cənnətdə məskunlaş. İstədiyiniz qədər istədiyiniz yerdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan biri olarsınız” (Bəqərə, 2/35).
ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ;
(20.120) “Lakin şeytan onu vəsvəsəyə salıb dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və heç vaxt yox olmayacaq bir hakimiyyəti nişan verimmi?”
Şeytan Adəmi və onun zövcəsini yoldan azdırmağı qərara aldı və vəd etdi ki, qadağan olunmuş ağacın meyvələri onlara əbədi həyat və mütləq hakimiyyət əldə etmək imkanı verəcək. O onlara özünü xeyirxah məsləhətçi kimi təqdim etdi və mehribanlıqla söhbətə başladı ki, insanları şirnikləndirib aldatsın və onları azğınlığa salsın.
ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ;
Onların hər ikisi ondan yedilər və onların ayıb yerləri onlara göründü. Onlar özlərinə Cənnət yarpaqları tutmağa başladılar. Adəm Rəbbinə itaətsizlik göstərib azğınlığa düşdü”.
Onlar şeytana qulaq asdılar, lakin qadağan olunmuş ağacın meyvəsindən yeyən kimi bədənləri çılpaqlaşdı. Onlar öz günahlarını dərk etdilər və bir-birinin ayıb yerlərini gördülər, halbuki əvvəllər onların bu yerləri paltarla örtülü idi. Belə olduqda, onlar ayıb yerlərini Cənnət ağaclarının yarpaqları ilə örtməyə başladılar və elə böyük bir utancaqlıq hissi keçirdilər ki, onun ölçüsü təkcə Allaha bəllidir.
ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ;
|