Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Dedi: “Rəbbim göydə və yerdə nə danışıldığını bilir. O – Eşidən və Biləndir”.





 

Allaha insanların pıçıltı və ya ucadan danışdıqları hər şey məlumdur. O (Pak və Müqəddəs Allah) göylərin və yerin istə­nilən guşəsində olan səsləri eşidir. Onun gözəl adları arasında – Eşidən və Bilən adları da vardır. O (Pak və Müqəddəs Allah) müxtəlif xahişlərlə müxtəlif dillərdə Ona müraciət edən məxluq­ların səslərini eşidir. O (Pak və Müqəddəs Allah), ən gizli fikirləri və gizli niyyətləri bilir.

ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ;

 

Onlar dedilər: “Bunlar – rabitəsiz yuxulardır! Yox, o bunları uydurmuşdur! Yox, o – şairdir! Qoy o, bizə əvvəlki­lərin göndərildiyinə bənzər bir möcüzə göstərsin”.

 

Fövqəluca, kafirlərin Muhəmməd Peyğəmbərin (ona Allah­ın salavatı və salamı olsun!) və onun təbliğ etdiyi Müqəddəs Quranın əleyhinə uydurduqları iftira haqqında xəbər verir. Onlar Müqəddəs Qurana böhtan ataraq ona ən yalançı adlar verirdilər. Bəzən onlar Vəhyi rabitəsiz yuxular adlandırır, Peyğəmbərin (s.ə.s.) sözlərini, yuxulu adamın ağzından çıxan sözləri başa düş­mədiyi sayıqlamaya bənzədirdilər. Bəzən də onlar Vəhyi Peyğəmbərin (s.ə.s.) uydurduğu yalan və ya öz yazısı adlandı­rır­dılar. Bəzi hallarda da, onlar Quranı şeir, Peyğəmbəri (s.ə.s.) isə şair adlandırırdılar.

Lakin əgər insan Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) həyatı və sifətləri, həmçinin onun (s.ə.s.) təbliğ etdiyi Kitabı haqqında heç olmazsa lap azacıq bir təsəvvürə malikdirsə, onda o, heç vaxt Müqəddəs Quranın ən şərəfli və Allah tərəfindən nazil edilən ən uca Kitab olmasına qətiyyən şübhə etməz. Heç kim belə bir Kitabı və ya onun bir hissəsini yazmaq bacarığına malik deyildir. Allah Öz düşmən­lərinə dəvət göndərib, təklif edir ki, qoy onlar da Müqəddəs Qurana bənzər bir şey yazsınlar. Lakin özlərinin çoxsaylı iddia­larına baxmayaraq, onlar bu çağırışa cavab verə bilmədilər[66]. Onlar bunu özləri çox yaxşı bilirlər. Əgər bu belə deyilsə, onda onlar niyə qərar qəbul edə bilmirlər? Niyə onlar öz yerlərində hərəkətsiz oturaraq, anlaşılmaz sözlər söyləyirlər? Doğrudan da, onların bu rəftarı – Quran ayələrinin inkarı mümkün olmayan əsl həqiqət olmasındadır. Bu o deməkdir ki, kafirlər yalnız yalançı nitqlər söyləməklə ümid edirlər ki, həqiqəti hələ dərk etməyən insanlar ondan üz döndərəcəklər. Bütün bunlar Allahın ən böyük möcüzəsidir və o, gələcək nəsllər üçün qorunur və Elçinin (s.ə.s.) və onun gətirdiyi təlimin doğruluğunu açıq-aşkar təsdiq edir.

Əgər bundan sonra da kimsə, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) doğruçuluğunun dəlillə­rini və ya ona digər möcüzələr göstərməyi tələb edərsə, onda o zalım cahildir və bu məziyyəti ilə özündən əvvəlki inadkar kafirlərin tayıdır; onlar da iman gətirməkdən boyun qaçırırdılar və yeni möcüzələrin onlara nə dərəcədə böyük zərər vuracağını və onlara xeyir gətirməyəcəyini dərk etmirdilər. Əgər onlar Allahın Təliminin həqiqiliyinə inandıqdan sonra iman gətirmək niyyətində olsaydılar, onda artıq onlara göstərilmiş möcüzələr sayəsində əminlik hasil edə bilər və bir daha yeni fövqəltəbii möcüzələr tələb etməzdilər. Yox, əgər onlar elçilərin gücsüzlü­yünü ifşa etməyə və onlar möcüzə göstərməyəcəkləri halda özlə­rinə bəraət qazandırmağa cəhd göstərirdilərsə, onda onlar əsl kafirlər idilər. Belə adamlar onlara tələb etdikləri möcüzələr gös­tə­rildikdə də haqq dinə gəlmirlər və onlar işgəncəli əzaba düçar olana qədər allahsız qalırlar. Məhz belə insanlar Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) əvvəlki elçilərin, məsələn, Salehin (ə) dişi dəvəsi və Musanın (ə) əsası kimi, göstərdikləri möcüzə tələb edirdilər.

 

ﮒ ﮓﮔﮕﮖﮗﮘﮙﮚ ﮛ;

 

(21.6) “Onlara qədər Bizim məhv etdiyimiz ölkələrdən heç biri iman gətirməmişdilər. Məgər bunlar iman gətirəcək­lər?”

 

Məhv edilmiş ölkələrin sakinləri tələb etdikləri möcüzələri onlara göstərdikdən sonra da iman gətirmədilər. Bu isə o deməkdir ki, əgər insan ona möcüzə göstərilməsini tələb edirsə və tələbi yerinə yetirildikdən sonra yenə iman gətirməkdən boyun qaçırırsa, onda cəza onu yaxın həyatda haqlaya bilər. Allahın ədalətli qanunu belədir. Məlumdur ki, əvvəlki zamanlarda kafirlər onlara möcüzələr nazil edildikdən sonra da haqq dini qəbul etmirdilər. Məgər indiki allahsızlar da belə rəftar etməyəcəklərmi? Onlar özlərindən əvvəlkilərdən nə ilə üstündürlər ki? Məgər onlarda heç olmasa zərrə qədər xeyirxahlıq varmı ki, insan Allahın möcüzələri ilə rastlaşdıqda, ona iman gətirməsinə kömək etsin? Bu, zahirən gözəl sual olsa da, əslində az əhəmiyyət kəsb edir və buradan belə aydın olur ki, belə müşriklər heç vaxt haqq dinə gəlmirlər.

 

ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ;

 

Sənə qədər də Biz təkcə vəhy təlqin etdiyimiz kişiləri göndərirdik. Bilmirsinizsə, Xatırlayan adamlardan soru­şun”.







Дата добавления: 2015-09-04; просмотров: 498. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!




Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...


Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...


Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...


Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Сравнительно-исторический метод в языкознании сравнительно-исторический метод в языкознании является одним из основных и представляет собой совокупность приёмов...

Концептуальные модели труда учителя В отечественной литературе существует несколько подходов к пониманию профессиональной деятельности учителя, которые, дополняя друг друга, расширяют психологическое представление об эффективности профессионального труда учителя...

Конституционно-правовые нормы, их особенности и виды Характеристика отрасли права немыслима без уяснения особенностей составляющих ее норм...

Потенциометрия. Потенциометрическое определение рН растворов Потенциометрия - это электрохимический метод иссле­дования и анализа веществ, основанный на зависимости равновесного электродного потенциала Е от активности (концентрации) определяемого вещества в исследуемом рас­творе...

Гальванического элемента При контакте двух любых фаз на границе их раздела возникает двойной электрический слой (ДЭС), состоящий из равных по величине, но противоположных по знаку электрических зарядов...

Сущность, виды и функции маркетинга персонала Перснал-маркетинг является новым понятием. В мировой практике маркетинга и управления персоналом он выделился в отдельное направление лишь в начале 90-х гг.XX века...

Studopedia.info - Студопедия - 2014-2025 год . (0.013 сек.) русская версия | украинская версия