Onlar Bizim cəzamızı hiss edəndə, oradan qaçmağa başladılar”.
Fövqəluca, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar etməyə cəsarət göstərən mürtədlərə müraciət edir və onlara, əvvəlki elçiləri rədd edən kafirlərin dəhşətli talelərini xatırladır. Allah kafir xalqları dəfələrlə yerli-dibli, sonuncu nəfərinədək məhv etmişdi və onların yerinə digər xalqlar yaratmışdı. Hər dəfə əzabverici cəza kafirlərə lap yaxınlaşanda, onlar narahatçılıq və təəssüflə ayaqları ilə yeri döyəcləyirdilər. Həqiqətən, onlar törətdiklərinə görə tövbə etməyə başlayırdılar. Lakin Biz onlara acı istehza ilə buyururduq:
ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ; (21.13) “Qaçmayın və dəbdəbə ilə yaşamağınıza imkan verilmiş məskənlərinizə qayıdın, ola bilsin ki, sizə müraciət edənlər olsun!” Siz qaça bilməyəcəksiniz və tövbələriniz də siz fayda verməyəcəkdir. Lakin əgər siz doğrudan da qüdrət sahibisinizsə, onda məmnun qaldığınız şeylərə və əyləncələrinizə qayıdın. Öz füsunkar mənzillərinizə dönün və Allahın hökmü gələnədək sizi azdırıb məşğul edən dünyəvi həyatdan zövq almağa davam edin. Bu dünya həyatında möhkəmlənin və onun nemətlərindən istifadə edin. Öz saraylarınızda sakitcə ömür sürün və ehtiram görün. Əvvəllər siz artıq öz məqsədinizə nail olmuşdunuz. Ola bilsin ki, siz yenə də istədiyinizə nail oldunuz və onda sizə dünyəvi məsələlər üzrə xahişlə müraciət edəcəklər. Təəssüf! Siz artıq bunu təkrar edə bilməyəcəksiniz. Dünyəvi həyatınızın müddəti bitmişdir və indi siz işgəncəli cəzaya və Allahın nifrətinə layiq görülmüşsünüz. Siz sabiq qüdrətinizdən, şöhrətinizdən və maddi nemətlərdən məhrum olmuşsunuz və sizin qismətiniz təəssüf və tövbədir.
ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ; (21.14) “Onlar deyirdilər: “Vay halımıza! Biz doğrudan da zalımlarmışıq!” Biz onları sönmüş kövşənə döndərənə qədər onlar beləcə çığırıb-bağırırdılar”. Onlar özlərinə ölüm istəyir, törətdikləri cinayətlərə görə tövbə edir, zalımlıqlarını etiraf edir və Allahın ədalətliliyinə şahidlik olduqlarını bildirirdilər. Bu, Allah onları biçilmiş əkin sahəsinə döndərənə qədər, davam edirdi. Onlar hərəkətdən düşür və sakitləşirdilər. Ey qulaq asan insanlar! Ən şərəfli elçini inadla rədd etməkdən çəkinin ki, sizin də başınıza, sizdən əvvəlkilərin başına gələnlər gəlməsin!
ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ;
|