Onlar gecə-gündüz yorulmadan Onun şənini ucaldırlar”.
Mələklər özlərini bütövlüklə və tamamilə Allaha ibadətə və Onutərifləməyə həsr edirlər. Onlar Onu bütün gün ərzində aramsız xatırlayırvə bu məşğələlərində heç vaxt fasiləyə yol vermirlər. Hərçənd mələklər saysız-hesabsız olsalar da, onların hər biri bu özəlliyə malikdir. Bu, Allahın böyüklüyü, fövqəlqüdrəti, hakimiyyəti, qüsursuz elmi və kamil müdrikliyinə dəlalət edir. Həqiqətən, bu keyfiyyətlər bütün məxluqları ancaq təkcə Ona ibadət etməyə və Ona şəriklər qoşmamağa məcbur edir. Allahın fövqəlqüdrəti və böyüklüyünü və bütün varlığın Onun qarşısında baş əydiyini xatırlatdıqdan sonra, Fövqəluca onun yerinə uydurulmuş yer ilahlarına ibadət edən müşrikləri qınayır, çünki onlar büsbütün köməksiz və gücsüzdürlər. Fövqəluca buyurur:
ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ;
(21.21) “Yoxsa onlar Yer üzündən seçdikləri, diriltməyi bacaran tanrıçalaramı ibadətə başlamışlar?” Bu – cavabının ancaq mənfi olacağını özü təsdiq edən bir sualdır. Şübhəsiz ki, uydurulmuş tanrıçalar ölüləri diriltməyə qadir deyillər. Bununla əlaqədar Allah buyurur: “Onlar Onun əvəzinə, heç bir şeyi yaratmayan, amma özləri xəlq edilən digər “tanrılara” ibadət etməyə başladılar. Onlar hətta özlərinə belə zərər vurmaq və ya fayda vermək iqtidarında deyillər və nə ölümə, nə həyata, nə də diriltməyə sərəncam çəkə bilmirlər” (Furqan, 25/3); “Lakin onlar Allahı qoyub, yardım göstərəcəklərinə ümid bəslədikləri digər tanrıçalara ibadət edirlər. Bunlar onlar üçün hazır döyüşçülər olsalar da, onlar bunlara kömək edə bilməyəcəklər” (Yasin, 36/74-75).
Bütün bunlar onu göstərir ki, müşriklər fayda verməyə və ya zərər vurmağa qadir olmayan məxluqlara sitayiş edir və mütləq kamilliyə malik, taleləri idarə etməkdə Tək olan, fayda verməyə və ya zərər vurmağa qadir olan Allaha səmimi ibadətdən boyun qaçırırlar. Onların belə davranması, Onun onları haqq rəhbərlikdən və gözəl məziyyətlərdən məhrum etməsi ilə bağlıdır. Onlar sonsuz cəhalətə və zalımlığa dalmışdılar və buna görə də Kainatın təkcə vahid Rəbb olan Allahın himayəsi altında mövcud ola biləcəyini anlamırdılar.
ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ; (21.22) “Əgər onlarda [69] Allahla bərabər digər ilahlar da olsaydı, onda onlar dağılardı. Ərşin Rəbbi olan Allah pakdır və onların Ona qoşduqları şəriklərdən uzaqdır!” Əgər Allah Vahid Rəbb olan Allah olmasaydı, onda göylər və yer çoxdan dağılmış və oralarda yaşayan məxluqlar məhv olmuşdu. Bu müddəanın doğruluğunu izah etmək çox asandır. Ali və aşağı aləmlər mükəmməl qanunlar əsasında yaşayır və onlar üçün müəyyən olunmuş nizam-intizamdan asılıdırlar. Bu nizam-intizam[70] qüsur və nöqsanlara malik deyil və heç nəyin ona müqavimət göstərmək qabiliyyəti yoxdur. Bu isə o deməkdir ki, Kainatı bir Hökmdar, bir Rəbb olan Allah idarə edir. Əgər Kainat və onun məskunları iki və daha artıq tanrılar və hökmdarlardan asılı olsaydılar, o təqdirdə onlarda mövcud olan nizam-intizam pozulardı və onun əsası dağılardı. Müxtəlif hökmdarlar müxtəlif qərarlar qəbul edərdilər və əgər onlardan biri Kainatda mövcud olan hər hansı bir şeyi bəyənsəydi, onda digəri ola bilsin ki, bunun əksini arzulayardı. İki hökmdarın istəklərinin mütləq üst-üstə düşməsi imkan xaricindədir. Əgər onlardan birinin arzuladığı yerinə yetməsəydi, bu onun zəifliyini və gücsüzlüyünü göstərərdi. Buradan aydın olur ki, istəyi danışıqsız icra edilən və mübahisə mövzusu edilə və rədd edilə bilməyən Yeganə Hökmdar Olan – Fövqəlqüdrətli Allahdır. O buyurur ki, əgər müxtəlif ilahlar[71] mövcud olsaydı, onlar bir-birilərinə müqavimət göstərərdilər: “Allah Özünə oğul götürməmişdir və Onunla bərabər başqa tanrı da yoxdur. Əks təqdirdə, hər bir tanrı öz yaratdığını özü ilə aparar və onlardan bəziləri digərləri üzərində ucalardılar. Allah onların Ona qoşduğu şəriklərdən ucadır!” (Muminun, 23/91). Mövcud iki şərhdən birinə görə, Quranın növbəti ayəsi də eyni məna daşıyır: “De: “Əgər, onların dediyi kimi, Onunla bərabər digər ilahlar da mövcud olsaydı, onda onlar Ərşin Rəbbinə çatmağa hökmən cəhd göstərərdilər”. “O Pakdır və onların dediklərindən qat-qat ucadır” (İsra, 42-43). Həqiqətən də, Allah qüsursuzdur, əskikliklər və çatışmazlıqlar qətiyyən Ona xas deyildir. O – Kainatın damı və Onun yaratdıqlarının ən nəhəngi və ən əzəmətlisi olan Ərşin Rəbbidir. Əgər Allahın ilahi hökmranlığı Ərşə aiddirsə, onda bütün digər məxluqlardan danışmağın lüzumu yoxdur. Yenə buna baxmayaraq, haqqı inkar edən kafirlər zalımlıq edərək, Allaha oğul və zövcə aid edir – Ona şərik qoşurlar.
ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ;
|