Студопедия — O, Allahın əvəzinə, ona nə zərər, nə də fayda verməyənə dua edir. Bu, dərin azğınlıqdır!
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

O, Allahın əvəzinə, ona nə zərər, nə də fayda verməyənə dua edir. Bu, dərin azğınlıqdır!






Belə insanlar haqq dindən imtina edərək, onlara nə fayda verə, nə də zərər vura bilənlərə sitayiş etməyə başlayırlar. Bu, Allahdan başqa bütün tanrıçalara[85] aiddir, çünki onların hamısı, başqaları bir kənara qalsın, hətta özlərinə belə zərər vurmağa və ya fayda verməyə qabil deyillər. Həqiqətən də, insan, xeyrə və şərə sərəncam çəkən, zəngin olan və başqalarına var-dövlət əta edən Allaha ibadət etməkdən imtina edən kimi böyük bir zəlalətə düçar olur. O, özü kimi bir məxluqa ibadət etməyə başlayır. O, özünə elə bir ilah seçir ki, o, baş verənlər üzərində heç bir hakimiyyətə sahib olmur. O, istədiyinə nail olmağa cəhd göstərir, lakin əsl həqiqətdə hər şey əksinə baş verir və buna görə sonra Fövqəluca buyurur:

 

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ;

 

(22. 13) “O, zərəri xeyrindən daha yaxın olana dua edir. Beləsi pis ağa və pis yoldaşdır!”

Çoxallahlığın insan təfəkkürünə və vücuduna və insanın bu dünyası və Axirətinə vurduğu zərər bəllidir. Uydurulmuş ilah nə hami, nə də layiqli yoldaş ola bilməz, çünki insan, ona fayda verəcəkləri və onu şərdən müdafiə edəcəkləri ümidi ilə özünə himayədar axtarır və yoldaş seçir. Əgər onlar bunu edə bilməyə­cəklərsə, onda doğrudan da qınanmağa layiqdirlər.

 

 

ﯰﯱﯲﯳﯴﯵﯶﯷ ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ;

Allaha iman gətirib xeyirxah işlər görənləri isə, Allah altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Həqiqətən, Allah istədiyini edir”.

Allah barədə mübahisə edən insanların azğınlıq carçılarına və onları kor-koranə təqlid edənlərə bölündüyünü xatırlatdıqdan sonra, Fövqəluca Allah bildirir ki, iman gətirənlər adlandırılan insanlar da iki qrupa bölünürlər. Birinci qrupa, əsl imanın ürəklərinə hələ daxil olmadığı insanlar aiddirlər və onlar haqqında yuxarıda söhbət getmişdir. İkinci qrupa isə həqiqi iman gətirmiş şəxslər daxildirlər ki, onlar öz imanlarını saleh əməllərlə təsdiq edirlər. Fövqəluca bildirir ki, məhz onlar çaylar axan Cənnət bağlarına girəcəklər. Bu bağlar Cənnət adlanır, çünki onlarda o qədər çoxlu yüksək imarətlər, saraylar, ağaclar və o qədər müxtəlif bitkilər var ki, onlar tam mənası ilə oraların sakinlərini gizlədirlər.

Həqiqətən, Allah istədiyi hər şeyi yerinə yetirir və heç nə Ona nəzərdə tutduğunu həyata keçirməyə mane ola bilməz. Bu isə o deməkdir ki, möminləri Öz mərhəməti və Öz səxavəti ilə Cənnət bağlarında yerləşdirməsinə heç nə maneə olmur.

 

ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ;

 

(22. 15) “Kim ki, Allahın ona bu dünyada və Axirətdə kömək etməyəcəyini zənn edirsə, onda qoy göyə bir ip uzatsın, sonra isə onu kəsib görsün ki, bu onun qəzəbinə səbəb olanı aradan qaldıracaqmı?”

Kim fikirləşir ki, Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) kömək etməyəcək və Allahın dini izsiz-tozsuz itəcək, qoy bilsin ki, Allahın yardımı göylərdən nazil olur. Qoy onda o, göyə bir kəndir bağlasın və Allahın köməyinin nazil edildiyi yolları bağlasın. Bax onda aydın olar ki, o, Elçiyə (s.ə.s.) necə mane ola bilər, onun (s.ə.s.) dininə necə müqavimət göstərə bilər və o, ona son qoymaq üçün nə edə bilər. Amma o, onu qəzəbləndirən dinin qələbə çalmasına mane ola bilərmi? Şübhəsiz ki, bu, cavab alınması üçün verilmiş sual deyil. Onsuz da, həmin şəxsin çəkdiyi səylər ona rahatlıq gətirməyəcəkdir.

Bu kəramətli ayənin mənası belədir:

Ey Muhəmməd Peyğəmbərlə (s.ə.s.) düşmənçilik edən və onun (s.ə.s.) dininin nurunu söndürməyə cəhd göstərən və özünün cahilliyi üzündən cəhdlərinin istədiyinə nail olacağına kömək göstərəcəyini güman edən günahkar! Yadında saxla ki, Elçiyə (s.ə.s.) qarşı hazırladığın fitnəkarlıqlar sənə təskinlik verməyəcək və səni qəm-qüssədən xilas etməyəcək, çünki sən dinə mane olmağa qadir deyilsən. Lakin Biz sənə necə rahatlıq əldə etməyi və Elçini (s.ə.s.) Allahın yardımından necə məhrum etməyi, əgər bu ümumiyyətlə, mümkündürsə, deyə bilərik. İşin lazımi tərəfindən yapış və səni arzuladığın məqsədinə çatdıra biləcək yollardan istifadə et. Kəndir və ya möhkəm buraz götü­rüb, onu göydən as və sonra da onunla dırmaşaraq özünü Allahın köməyinin nazil olduğu darvazalara yetir. Bu darvazaları bağla və Allahın köməyinin nazil olduğu yolların qarşısını kəs və təkcə onda sən təsəlli tapıb rahatlanarsan. Sən öz məsələni ancaq bu yolla həll edə bilərsən. Bir də, ümid bəslədiyin yerdə qalan bütün digər fitnəkarlıqlara, sən, əgər hətta dünyanın bütün insanları sənin tərəfinə keçsələr də, onların sənə gətirəcəyi rahatlıq haq­qında heç fikirləşmə də!

Bu mübarək ayə, Allahın Öz dininə və Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və Özünün mömin qullarına kömək göstərəcəyi vədi haqqında müjdədən ibarətdir və bu kömək şübhəsizdir və əhəmiyyətli dərəcədə təsirli olacaqdır. Onun nu­runu öz boşboğazlıqları ilə söndürməyə cəhd edən kafirlərə gəldikdə isə, onlara uğur qazanmaq nəsib olmayacaqdır, çünki O, Öz nurunu, bu hətta kafirlərdə nifrət oyatsa da və hətta onlar buna görə əllərindən gələn hər şeyi etsələr də, qoruyacaqdır.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ;

 







Дата добавления: 2015-09-04; просмотров: 497. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Композиция из абстрактных геометрических фигур Данная композиция состоит из линий, штриховки, абстрактных геометрических форм...

Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

ТЕОРЕТИЧЕСКАЯ МЕХАНИКА Статика является частью теоретической механики, изучающей условия, при ко­торых тело находится под действием заданной системы сил...

Меры безопасности при обращении с оружием и боеприпасами 64. Получение (сдача) оружия и боеприпасов для проведения стрельб осуществляется в установленном порядке[1]. 65. Безопасность при проведении стрельб обеспечивается...

Весы настольные циферблатные Весы настольные циферблатные РН-10Ц13 (рис.3.1) выпускаются с наибольшими пределами взвешивания 2...

Хронометражно-табличная методика определения суточного расхода энергии студента Цель: познакомиться с хронометражно-табличным методом опреде­ления суточного расхода энергии...

Тактические действия нарядов полиции по предупреждению и пресечению групповых нарушений общественного порядка и массовых беспорядков В целях предупреждения разрастания групповых нарушений общественного порядка (далееГНОП) в массовые беспорядки подразделения (наряды) полиции осуществляют следующие мероприятия...

Механизм действия гормонов а) Цитозольный механизм действия гормонов. По цитозольному механизму действуют гормоны 1 группы...

Алгоритм выполнения манипуляции Приемы наружного акушерского исследования. Приемы Леопольда – Левицкого. Цель...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.01 сек.) русская версия | украинская версия