Onlara xeyirli sözlər öyrədilmiş və Həmdolunanın yoluna yönəldilmişlər”.
Cənnət sakinlərinin yaşadığı ərazinin ətrafında su, süd, bal və şərab çayları axacaqdır. Onların əynində müxtəlif geyimlər və qiymətli bəzək əşyaları olacaqdır və bütün bunlar onların öyrədildiyi xeyirli sözlərin nəticəsi kimi təzahür edəcəkdir ki, bunlardan ən yaxşısı xalis iman göstəricisidir. Onlara aid olanlar həmçinin yerdə qalan bütün digər xeyirxah sözlərdir ki, Allahdan və ya Allahın qullarına göstərilən yaxşılıqlardan bəhs edir. Həmdolunanın yoluna gəldikdə isə, birinci rəyə görə, düz yol təriflənən yol adlandırılmışdır, çünki Allahın istisnasız bütün qanunları hikmətlə doludur və tərifə layiqdir. Onlar insanları gözəl əməllər işləməyə çağırır və insanları pis əməllərindən çəkindirir. Allahın dini elədir ki, onda nə artıq bir şey var, nə nəzərdən qaçırılmış məqamlar vardır və o, faydalı bilikləri və xeyirxah əməlləri özündə birləşdirir. Digər bir şərhə görə isə, Həmdəlayiq Allahın yolu nəzərdə tutulur. Fövqəluca olduqca tez-tez düz yolu Özününkü adlandırır, çünki məhz bu yol qullarını Ona yaxınlaşdırır. Bu halda Allah Özünü Həmdəlayiq adlandırmışdır ki, möminlərin Onun mərhəməti sayəsində düz yola gəldiyini xüsusilə nəzərə çatdırsın. Məhz buna görə, möminlər Cənnətə düşdükdən sonra, belə deyəcəklər: “...Buranı bizə nəsib edən Allaha həmd olsun! Allah bizə hidayət verməsəydi, biz düz yolla getməzdik...” (Əraf, 7/43). Bunu buyurduqdan sonra, Fövqəluca həmçinin bildirir ki, bütün məxluqlar Onun qarşısında səcdəyə qapanırlar. Bu, göylərin və yerin məskunlarına aiddir. Günəş və ay, ulduzlar və dağlar, ağaclar və heyvanlar və həmçinin mömin insanlar Allahın qarşısında səcdə qılırlar. Lakin insanların ən çoxu cəzaya layiq görüləcəklər və bunun səbəbi onların kafirliyi olacaqdır. Belə insanları düz yola yönəltmək mümkün deyil, çünki Allahın Özü onları alçaltmışdır. Əgər O, kimisə alçaldırsa, onda bundan sonra belə bir adamı heç kim dirçəldə bilməz. Əgər O, hər hansı bir şeyi diləyərsə, heç kim bunun yerinə yetirilməsinə mane ola bilməz. Bütün məxluqların Onun qarşısında səcdə etməsinə gəldikdə isə, Onun hüzurunda qüdrətinə baş əymələri və Onun əzəməti ilə müti olmaları, təkcə Onun Rəbb və Həmdəlayiq Hökmdar olmasına dəlalət edir. Kim ki, digər “ilahlara” ibadət etməyə başlayır, dərin azğınlığa düşür və özünü ən böyük zərərə məhkum edir.
ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ;
Həqiqətən, iman gətirməyib, başqalarını da Allahın yolundan çıxaranlara, onları, Bizim, orada yaşamasından və ya köçəri olmasından asılı olmayaraq, bütün insanlar üçün tikdiyimiz Məscidülharama buraxmayanlara və həmçinin zalımlığına görə orada haqdan yayınmaq istəyənlərə Biz şiddətli əzabı daddıracağıq”.
Fövqəluca bu ayədə öz Rəbbinə iman gətirməyən bütpərəstlərin yaramaz əməllərindən bəhs edir. Onlar nəinki Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən imtina edir, həm də insanları Onun yolundan azdırırlar. Onlar insanların haqq dinə etiqad etməsinə mane olur və onları Məscidülharama buraxmırlar, halbuki o, nə onların, nə də onların atalarının mülkiyyəti deyildir. Əksinə, o, onun yaxınlığında yaşayan və ya oraya uzaqdan gələnlərin hamısı üçün açılmışdır. Lakin müşriklər ən yaxşı insanı – Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) və səhabələrini ora buraxmamağa cürət etmişdilər. Bu məscid ona ən böyük ehtiram bəslənilməsinə layiqdir, çünki ona qarşı zalımlıq edən hər bir kəs özünü şiddətli əzaba məhkum edir. İnsan bu müqəddəs torpaqda olduğu zaman ədalətsiz rəftar etmək niyyətində olursa, onda o, məhz bu niyyətinə görə artıq cəzaya layiq görülür, amma hər hansı digər bir yerdə isə insan təkcə törətdiyi zalımlığa görə cəzaya məruz qalır. Bəs onda bu müqəddəs torpaqda kafirlik edənlər, uydurulmuş “ilahlara” ibadət edənlər, insanları Allahın yolundan azdıranlar və məscidi ziyarət etmək istəyən zəvvarlara maneçilik edənlər barəsində nə demək olar? Siz necə düşünürsünüz, Allah belə fasiqlərin başına nə oyun gətirər?! Bu şərəfli ayədə Məkkə torpağına ehtiramla yanaşmağın zəruriyyəti öz əksini tapmışdır və o torpaqda cinayət törətmək niyyətində olanlara və ya cinayəti törədənlərə xəbərdarlıq vardır.
ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ; Budur Biz İbrahimə Evin yerini göstərdik: “Heç nəyi Mənə şərik qoşma və Mənim Evimi onun ətrafında dövrə vuranlar, namaz qılanlar, ibadət edənlər, səcdəyə qapılanlar üçün təmizlə”.
Fövqəluca ayədə Kəəbənin şan-şöhrəti və əzəmətindən, həm də Mərhəmətli Allahın sevimli dostu və bu məbədi tikən İbrahim peyğəmbərin (ə) böyüklüyündən söhbət açır. Allah onu (ə) bu təşəbbüsü etməyə hazırlamış, onu (ə) müvafiq yerə yönəltmiş, orada onun (ə) nəsllərinin bir hissəsini məskunlaşdırmış, sonra isə ona (ə) tikintiyə başlamağı əmr etmişdir. İbrahim (ə) Allaha itaətkarlığı və təqvalılığı əsasında Kəəbəni inşa etmişdir. Bu işdə ona (ə) oğlu İsmayıl (ə) kömək etmişdir. Allah həmçinin ona (ə) buyurmuşdu ki, Ondan başqa heç kimə ibadət etməsin və təkcə Ona ixlasla qulluq etsin. Bu isə o deməkdir ki, ona (ə) məbədi ancaq ixlasla Allah xatirinə tikmək əmr olunmuşdu. O, həm də ona (ə) məbədi müşriklikdən və itaətsizlikdən, habelə çirkdən və nəcasətdən təmizləməyi buyurmuşdu. Allah Kəəbəni, onun şöhrətini və böyüklüyünü xüsusilə qeyd edərək, Öz Evi adlandırır ki, ona göstərilən ehtiram və qayğı insanların ürəyini tərk etməsin, onların qəlbi daim dünyanın hər guşəsindən ona doğru can atsın. Bütün bunlar onu (ə) Kəəbəni – onun ətrafında dolanan[87], onda Ona ibadət etmək üçün tənhalığa çəkilən[88], onda Onu zikr edən, Müqəddəs Kitabı oxuyan, saleh bilikləri mənimsəyən, onları başqalarına öyrədən və ya onu Ona yaxınlaşdıran əməllər həyata keçirən insanlar üçün təyin edən Rəbbin məbədini səylə təmizləməyə və ucaltmağa sövq edirdi. Bu insanların arasında ləyaqət möminlər – namaz qılanlar vardır ki, onlar öz Hamisinə itaət etməyi, müqəddəs məbədin yanında Ona qulluq göstərməyi və Ona yaxınlaşmağı sevirlər. Belə insanlar böyük haqqa malikdirlər və şərəflə qəbul edilmələrinə layiqdirlər. Buna görə Allahın Evi xoşagəlməz hər şeydən təmizlənməlidir. Bu, həmçinin hündürdən danışmağa və namaz qılanların və ya Kəəbənin ətrafını təvaf edənlərin diqqətini yayındıran faydasız söhbətlər aparmağa da aiddir. Bu ayədə Kəəbənin təvafı məsciddə etikafa girməkdən və namaz qılmaqdan öncə xatırlanır, çünki ətrafında təvaf edilməsi bu məscidin özəlliyidir, məsciddə etikafa girmək isə ümumiyyətlə, bütün məscidlərə məxsus olan xüsusiyyətlərdəndir.
ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ; Nsanların içində həcci bəyan et. Onlar sənin yanına ən uzaq yollardan da piyada və qıvraq dəvələrlə gələcəklər”.
İnsanlara zəvvarlıq ayinlərini öyrət və onları onu icra etməyə çağır. İnsanın harada yaşamasından asılı olmayaraq, sən onu xəbərdar etməlisən ki, Allahın Evini ziyarət etmək vacib və tərifəlayiq bir əməldir. Sən onları xəbərdar etdikdən sonra, onlar böyük və kiçik ziyarətə getməyə başlayacaqlar. Onlardan bəziləri bunu o qədər şiddətlə arzu edəcəklər ki, ziyarətə piyada yola düşəcəklər. Digərləri isə, qıvraq dəvələrlə yola çıxaraq, səhraları və çölləri aşıb keçəcəklər ki, yer üzündə ən şərəfli torpağa gəlib çata bilsinlər. Onlar hətta ən uzaq ölkələrdən də gələcəklər. Allahın sevimlisi İbrahim (ə) Rəbbinin hökmünü yerinə yetirdi və eyni şeyi onun (ə) nəslindən olan Muhəmməd Peyğəmbər (s.ə.s.) də həyata keçirdi. Onlar insanları Allahın Evini ziyarət etməyə çağırdılar və bunu ən mükəmməl tərzdə etdilər və elə onda da Allahın vədi yerinə yetdi: insanlar yer kürəsinin hər tərəfindən ya piyada, ya da minik heyvanlarından istifadə etməklə ziyarətə başladılar. Sonra Allah Toxunulmaz məscidi ziyarət etmənin gətirdiyi faydasını xatırladır ki, insanlarda tezliklə oraya getmək arzusu oyatsın. Allah buyurur:
ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ; (22. 28) “Qoy onlar onlara fayda gətirən şeyə şahid olsunlar və Allahın onlara nəsib etdiyi heyvan üzərində müəyyən edilmiş günlərdə Allahın adını çəksinlər. Ondan yeyin və bədbəxt kasıbı da yedirdin!” Allahın Evinin yaxınlığında onlar, yer kürəsinin heç bir guşəsində icra edilməyən, şərəfli ibadət ayinlərini yerinə yetirə bilərlər və bununla onlar öz dininə fayda gətirərlər və bununla yanaşı dünyəvi nemətlər də qazana bilərlər. Əslində də hər şey elə belə də olur və insanlar bu barədə çox gözəl bilirlər. Onlar həmçinin qurban verə bilərlər ki, bu da onların həm bu dünyəvi, həm də mənəvi həyatında fayda verir. Onlar qurbanlıq heyvanları kəsəndə Allahın adını çəkir və bununla Onun onlara bəxş etdiyi lütfkarlığına və verdiyi imkanlara görə şükür edib, minnətdarlıqlarını bildirərlər. Qurban kəsldikdən sonra isə, onlar qurbanlıq ətindən yeyəcək və ehtiyacı olanlara da ondan paylayacaqlar.
ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ;
|