Ondan onların iç-içalatı və dəriləri əriyəcək”.
Onlardan ötrü dəmir toppuzlar hazırlanmışdır”. Hər dəfə onlar oradan çıxmaq və kədərdən xilas olmaq istəyəndə, onları geriyə qaytaracaqlar. Onlara: “Dadın yandırıcı Odun əzabını!” – deyiləcək”. Hər iki tərəf hesab edirdilər ki, məhz onlar haqqa sadiqdirlər. Lakin son nəticədə, aralarında yəhudilər, xristianlar, atəşpərəstlər, səbailər və bütpərəstlər olan kafirlər üçün qatrandan libas biçiləcək ki, o, dəhşətli alov saçsın və cəza onları hər tərəfdən əhatə edə bilsin. Yuxarıdan isə onların başına qaynar su töküləcək və o, o dərəcədə qızmar və yaramaz olacaqdır ki, Cəhənnəm əzabkeşlərinin əti, piyləri və bağırsaqları əriyəcəkdir. Kobud və sərt mələklər onları nəhəng toppuzlarla döyəcəklər və bu dəhşətli cəza bir anlığa belə kəslməyəcəkdir. Günahkarlara aman verilməyəcəkdir və qınaq məqsədi ilə onlara belə deyiləcəkdir: “Dadın bədənlərinizi və canınızı yandıracaq cəzanı!”
ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶﯷﯸﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀﰁﰂ;
Man gətirənləri və xeyirxah əməllər işləyənləri Allah içində çaylar axan Cənnət bağına daxil edəcəkdir. Orada onlar qızıl bilərziklər və mirvarilərlə bəzənəcəklər, libasları isə ipəkdən olacaqdır”. Heç şübhə yoxdur ki, bu ayədə xatırlanan məziyyətləri təkcə müsəlmanlara aid etmək olar, çünki onlar bütün Səmavi Kitablara və Allahın bütün elçilərinə (onlara salam olsun!) iman gətirmişlər. Onlar kişilərin də, qadınların da qızıl qolbaqlar taxacaqları və ipək geyəcəkləri Cənnətə düşəcəklər. Onların məmnunluğu füsunkar təamlarla mükafatlandırılacaq ki, bunlarsız Cənnətə cənnət deyilməzdi.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ;
|