Hər iki bağ bəhrə verirdi və onlardan heç bir itki olmurdu, aralarından isə Biz çay salmışdıq”.
Bu bağların sahibi bol meyvə və taxıl məhsulu götürürdü və hətta onun bol məhsulunun cüzi bir hissəsi belə zay olmurdu. Suya gəldikdə isə, bu bağlarla yanaşı geniş çay axırdı. Bunun sayəsində bu adamın var-dövləti artırdı. O, gözəl meyvələr yığırdı. Onun ağacları xəstəlik və nöqsanlardan xali idi. Bu hər bir əkinçinin xəyalından keçirə biləcəyi bir həddi və buna görə bu bağların sahibi öz xoş güzəranına aldandı. O, lovğalandı və öz Axirət gününü unutdu.
ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ; Onun məhsulu (və ya varı) vardı və o, öz yoldaşı ilə söhbəti zamanı ona dedi: “Mənim malım və köməkçilərim səninkindən daha çoxdur””.
Bir dəfə o, öz yoldaşı ilə gündəlik işləri haqqında söhbət edərkən onun qarşısında özünün zənginliyi, qullarının, xidmətçilərinin və qohumlarının çoxsaylı olması ilə lovğalandı. Bu hərəkəti onun cahil olmasını sübut edirdi, çünki ancaq nadan insan öz mənəvi zənginliyi ilə deyil, əldə etdiyi maddi nemətləri ilə qürrələnər. Buna bənzər bir şeyi, uydurulmuş nailiyyətləri ilə özünü tərifləyən uşaqlar da belə edirlər. Lakin bağların sahibi öz dediklərindən cahil və ədalətsiz nəticə çıxarana qədər yoldaşı qarşısında təkcə lovğalanmaqla qane olmamışdı.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ;
O, öz nəfsinə qarşı zalımlıq edərək bağına girdi və dedi: “Mən güman etmirəm ki, bu, nə vaxtsa yox ola bilər”. Mən güman etmirəm ki, o Saat gələcək. Əgər məni Rəbbimə qaytarsalar, geri döndükdə, orada daha gözəl şeylər əldə edəcəyəm”.
O öz ümidlərini maddi həyatla bağlamışdı, yer üzündə əldə etdiyi firavanlıqla qane oldu və ölümdən sonra dirilməni inkar etdi. O, Qiyamət gününə iman gətirməkdən boyun qaçırdı və cürət edib belə bir zənnə qapılmışdı ki, hətta Axirət həyatı mövcud olsa da, öldükdən sonra o, onsuz da hökmən onun bağlarından daha yaxşısını mükafat alacaqdır. O, belə sözləri iki səbəb üzündən ağzından çıxara bilərdi: ya o, həqiqəti bilirmiş, buna görə də onda onun sözləri olduqca kobud rişxənd imiş və onun küfrünü artırmışdır; ya da o, Axirət həyatının labüdlüyünə doğrudan da şübhə edirmiş və bu halda isə o, ən cahil və düşüncəsiz insanlardan biri imiş. Yer üzündəki əmin-amanlıq və Axirət həyatının müvəffəqiyyətləri arasında ümumi bir oxşarlıqmı var? Niyə bu cahil insan belə qərara gəlmişdir ki, insan bu dünyada var-dövlət yığarsa, onda ona gələcək həyatında da hökmən mərhəmət göstəriləcək? Əksinə, əksər hallarda Fövqəluca Allah Özünün pak və əməlisaleh qullarını dünyəvi zənginlikdən məhrum edir və onları, öldükdən sonra heç bir qismət almayan, düşmənlərinə əta edir. Yəqin ki, bağların sahibi haqqı bilirmiş və təfsir etdiyimiz sözləri istehza və rişxəndlə deyirmiş. Məhz buna görə Fövqəluca Allah buyurur ki, o, bağına daxil olanda özü özünə qarşı günah işlətmiş və ağzından həmin ötkəm sözlər çıxmışdır. Bu isə o deməkdir ki, o, pozğun və inadkar günahkarmış.
ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ;
(18.37) “Onunla söhbət edən yoldaşı demişdir: “Doğrudanmı sən səni torpaqdan, sonra – nütfədən Xəlq Edənə, daha sonra isə səni kişi simasında Formalaşdırana inanmırsan?”
Mənim məsləhətimə qulaq as və bu dünyaya necə gəldiyini fikirləş. Allah səni əvvəlcə torpaqdan, sonra – nütfədən[31] yaratdı. O, səni Öz lütfkarlığı ilə xəlq etdi və sənə saysız-hesabsız nemətlər bağışladı. O, ardıcıl olaraq sənin görkəmini dəyişdirirdi və nəhayət səni ideal biçimli və təfəkkür sahibi olan qəddi-qamətli bir insana çevirdi. O, sənin yerdə yaşamağını asanlaşdırdı və sənə maddi nemətlər nazil etdi. Sən böyük var-dövlət sahibi öz bacarığın və qüdrətin sayəsində deyil, Fövqəluca Allahın sənə bəslədiyi mərhəməti sayəsində oldun. Bəs onda sən niyə səni əvvəlcə torpaqdan, sonra da bir damcıdan Yaradan və səni qəddi-qamətli insan formasına salan Allaha minnətdarlıq etməkdən boyun qaçırırsan? Niyə sən Onun sənə göstərdiyi lütfkarlığını unudur və Rəbbinin səni öldükdən sonra diriltməyəcəyini zənn etməyə cəsarət göstərirsən və əgər bu hətta baş versə də, sən bağından daha yaxşı bir mükafat alacağını güman edirsən? İnsan bu tərzdə düşünməməlidir. Lakin mömin qonşu görür ki, onun həmsöhbəti iman gətirməkdən boyun qaçırır və yol verilən əməllərin sərhədlərini aşmaqda davam edir. Belə olduqda, o, müsahibinə məsələyə öz nəzər nöqtəsini bildirmək və bununla bərabər öz Rəbbinə şükür etmək, həm də onun şübhəli və mübahisəli sübutlarını rədd etmək və haqq dinə gəlməyin zəruriliyini bəyan etmək qərarına gəlir. O deyir:
ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ;
|