Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Musa dedi: “Məni unutduğuma görə cəzalan­dır­ma və üstümə ağır yük qoyma”.





Musa (ə) öz unutqanlığına görəbağışlanmasını istədi və onu (ə) bu dəfə cəzalandırmamağı təvəqqe etdi. O (ə) öz səhvini etiraf etdi, üzr istədi və Xıdıra xatırlatdı ki, yol yoldaşına qarşı mərhəmətli olsun. Xıdır onu (ə) dinləyib, bağışladı.

 

ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ;

 

(18.74) “Onlar bir oğlan uşağını görənə qədər yollarına davam etdilər və o, onu öldürdü. O dedi: “Doğurdanmı sən heç kimi öldürməmiş günahsız insanı öldürdün?! Sən pis iş gördün!”

Xıdır balaca oğlanı öldürdükdə Musa (ə) bərk qəzəbləndi. Saleh bir insan heç bir günah törətməmiş uşağı öldürmüşdü və bu dinin qanunlara uyğun olmayan bir şeydi. Musa (ə) Xıdırı yaramaz bir iş tutmaqda məzəmmət etdi və əlbəttə, heç kimi öldürməmiş və hətta özünü günahlarla ləkələməmiş bir uşağı öldürməkdən pis şey nə ola bilər?! Birinci dəfə Musa (ə) Xıdırı unutqanlığına görə qınamışdısa da, amma bu dəfə unutmamışdı, sadəcə olaraq özünü saxlaya bilmədi.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ;

 

(18.75) “O dedi: “Məgər mən sənə demədim ki, sən mənim yanımda səbirli ola bilməyəcəksən?”

Xıdır Musanı (ə) itaətsizliyə görə məzəmmət etdi və ona (ə) etdiyi xəbərdarlığını xatırlatdı.

 

ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ;

Musa dedi: “Əgər mən bundan sonra da səndən bir şey soruşsam, onda yolu mənsiz davam etdir. Sənin mənə olan rəftarın artıq özünü doğrultmuşdur”.

Əgər mən sənə bir daha itaətsizlik göstərsəm, onda sənin məndən ayrılmağa haqqın var. Mənim üzrxahlığımı qəbul et və sən səhv etməzsən.

 

ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ;

 

Onlar bir kəndin sakinlərinə çatana qədər yolla­rına davam etdilər. Onlar kəndin sakinlərini onları yedirtmə­lərini xahiş etdilər, amma kəndlilər onları qonaq etmədilər. Onlar orada uçulmaqda olan divarı gördükdə, o, onu düzəltdi. Musa dedi: “İstəsəydin, sən buna görə mükafat ala bilərdin”.

 

Bu kəndin sakinləri bizə qonaqpərvərlik göstərməkdən bo­yun qaçırdılar, sən isə divarı onlar üçün düzəltdin və öz əməyinə görə haqq almaq istəmədin, halbuki buna tam haqqın var idi. Musa (ə) yenə də verdiyi vədini pozdu və buna görə Xıdırın on­dan ayrılmasına heç nə mane olmurdu.

 

ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ;

O dedi: “Burada artıq mən səndən ayrılacağam, amma mən sənin səbirsizlik göstərdiyin şeylərin izahını bil­dirəcəyəm”.

Biz bundan sonra birlikdə getməyəcəyik, çünki sən özün mənim qarşımda belə bir şərt qoymuşdun. Sən öz davranışını doğrulda bilməzsən və biz birgə səyahət edə bilmərik. Mən, sənin qınanmalı adlandırdığın hərəkətlərimi, əsl niyyətimi, sənə aydın olsun deyə, danışacağam.

 

ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ;

 

Gəmiyə gəldikdə, o, dənizdə çalışan kasıblara məxsus idi. Mən onu ona görə korlamaq istəyirdim ki, onların qarşısında dayanmış çar bütün xarab olmayan gəmiləri güc tətbiq etməklə özünə götürürdü”.

Yarıq açdığım gəmi dənizdə çalışan və ağır əməyi onlara insanlardan xeyirxahlıq və mərhəmət göstərməyi vacib edən zəhmətkeşlərə məxsus idi. Mənə məlum oldu ki, onlar, zədələn­məmiş gəmiləri, onun ərazisinə girdikdə, güc tətbiq etməklə özünə götürən zülmkar çarın yanından keçməlidirlər. Belə olduqda, mən onların gəmisini xarab etdim ki, rəhmsiz çar onu onlardan almasın.

ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ;

Balaca oğlana gəldikdə isə, onun valideynləri mömin idilər və biz qorxduq ki, o, öz zalımlığı və kafirliyi üzündən onları incitməyə başlasın”.

Mənə aşkar edilmişdi ki, əgər bu oğlan uşağı həddi-buluğa çatarsa, o, ata-ana məhəbbətindən və ya ondan asılılıqlarından istifadə edərək, öz mömin valideynlərini allahsızlığa və zalımlığa məcbur edəcəkdir. Belə olduqda mən onu öldürmək və onun mömin valideynlərinin imanını qorumaq qərarına gəldim. Məgər dünyada bundan da daha faydalı və şərəfli bir şey varmı?! Əlbəttə, oğlu itirmək onlar üçün böyük müsibətdir, lakin Allah onlara hökmən daha gözəl nəsl bəxş edər.

 

ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙ ﯚ;

 







Дата добавления: 2015-09-04; просмотров: 481. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!




Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...


Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...


Композиция из абстрактных геометрических фигур Данная композиция состоит из линий, штриховки, абстрактных геометрических форм...


Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

Примеры задач для самостоятельного решения. 1.Спрос и предложение на обеды в студенческой столовой описываются уравнениями: QD = 2400 – 100P; QS = 1000 + 250P   1.Спрос и предложение на обеды в студенческой столовой описываются уравнениями: QD = 2400 – 100P; QS = 1000 + 250P...

Дизартрии у детей Выделение клинических форм дизартрии у детей является в большой степени условным, так как у них крайне редко бывают локальные поражения мозга, с которыми связаны четко определенные синдромы двигательных нарушений...

Педагогическая структура процесса социализации Характеризуя социализацию как педагогический процессе, следует рассмотреть ее основные компоненты: цель, содержание, средства, функции субъекта и объекта...

Билиодигестивные анастомозы Показания для наложения билиодигестивных анастомозов: 1. нарушения проходимости терминального отдела холедоха при доброкачественной патологии (стенозы и стриктуры холедоха) 2. опухоли большого дуоденального сосочка...

Сосудистый шов (ручной Карреля, механический шов). Операции при ранениях крупных сосудов 1912 г., Каррель – впервые предложил методику сосудистого шва. Сосудистый шов применяется для восстановления магистрального кровотока при лечении...

Трамадол (Маброн, Плазадол, Трамал, Трамалин) Групповая принадлежность · Наркотический анальгетик со смешанным механизмом действия, агонист опиоидных рецепторов...

Studopedia.info - Студопедия - 2014-2025 год . (0.013 сек.) русская версия | украинская версия