Biz istəyirdik ki, Rəbbi onlara onun əvəzində daha pak və öz yaxınlarına rəhmli olanı bəxş etsin”.
Allah onlara təmiz qəlb sahibi olan və valideynlərinə hörmət bəsləyən saleh övlad bəxş edər. Öldürülən uşağa gəldikdə isə, ona, kobud və tərbiyəsiz bir adam kimi böyümək nəsib olacaqdı və o, öz valideynlərini allahsız və günahkar olmağa məcbur edəcəkdi.
ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ;
Divar isə iki yetim qalmış oğlan uşağına məxsus idi. Onun altında onların xəzinəsi vardı. Onların atası mömin bir insandı və sənin Rəbbin istəmişdi ki, onlar həddi-buluğa çatsınlar və sonra Rəbbinin mərhəməti sayəsində öz xəzinələrinə yiyələnsinlər. Mən öz istədiyim kimi hərəkət etmirdim. Budur sənin səbirlə yanaşa bilmədiklərinin izahı”. İki oğlan uşağı yetimiydidlər və buna görə onlara mərhəmətlə yanaşılmasına layiq idilər. Onlar kiçik yaşda idilər və saleh insan olan atalarını tez itirmişdilər. Onun xatirinə Fövqəluca Allah onun uşaqlarına qayğı göstərməyə qərar vermişdi. Mənə bəyan edilmişdi ki, uşaqlara məxsus divarın altında xəzinə basdırılmışdır və buna görə mən divarı söküb oradakı dəfinəni lazımınca yerləşdirdim və sonra divarı yenidən hördüm və buna görə heç bir mükafat da tələb etmədim. Bütün bunlar Allahın mənə göstərdiyi mərhəmətindəndi. Mən öz istədiyimə görə hərəkət etmir və Allahın iltifatı və Allahın hökmlərinə istinad edirdim. Bu son dərəcə qiymətli və heyrətamiz hekayətdən çoxlu faydalı nəticələr çıxarmaq olar. Ayədə həmçinin çoxsaylı dini ehkamlar vardır ki, Allahın köməyi ilə biz onların bəziləri üzərində dayanacağıq. 1. Fövqəluca xeyirxahlıq elminə yiyələnənləri və elm əldə etmək üçün səfərə çıxanların üstünlüyünü xüsusilə vurğulayır. Bilik əldə etmək axtarışı dini tələblərin ən əhəmiyyətlilərindəndir və buna görə Musa peyğəmbər (ə) uzun bir səfərə çıxmışdı və bu səfərdə böyük çətinliklər sınağına məruz qalmışdı. O (ə) İsrail oğulları arasında adi həyat tərzi keçirmək və onları doğru yola yönəltmək istəməmişdi, və əksinə, elm axtarışı üçün səfərə çıxmağı üstün tutmuşdu. 2. Müsəlman ilk növbədə ən mühüm hökmləri yerinə yetirməli, sonra isə daha az vaciblərinə keçməlidir. Dəvətçi üçün yeni biliklərə yiyələnmədən, ancaq əldə etdiyi əsasında insanları öyrətməkdənsə, öz biliklərini dərinləşdirmək daha vacibdir. Amma onun bu iki işi uzlaşdırması daha yaxşısıdır. 3. Şəriət, öz ehtiyaclarını və istirahətini təmin etmək üçün həm öz evində olduğu zaman, həm də səfər zamanı xidmətçi tutmağa icazə verir. Musa peyğəmbər (ə) də məhz belə etmişdi. 4. İnsan elm axtarışı və ya cihad məqsədi ilə yola çıxdıqda, ona öz niyyətləri haqqında yol yoldaşlarına, bu onlara faydalı olacaqsa, danışmağa icazə verilir. Əgər o onları öz səfərinin məqsədi tanış edərsə, onlar səfərə və ya yürüşə daha yaxşı hazırlaşar, müvafiq ləvazimatlar götürər, layiqincə davranar və ətraflı düşünər və nəticədə bütün varlığı ilə onları gözləyən şərəfli ibadət ayininə qəlbən can atarlar. Bax elə buna görə Musa (ə) deyir: “Mən iki dənizin qovuşduğu yerə çatıncayadək və ya səfərimə uzun illər sərf etmədikcə dayanmayacağam” (Kəhf, 18/60). Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də səhabələrini Təbuk yürüşünə dəvət edəndə belə etmişdi. Halbuki, adətən, o (s.ə.s.) öz niyyətlərini gizli saxlayardı, amma Təbuk yürüşü zamanı müsəlmanlara öz planları haqqında danışmağı məqsədə uyğun saymışdı. 4. Müsəlmanlar, hər şeyin mütləq qaydada Allahın qədərinə uyğun olaraq baş verməsinə baxmayaraq, cinayətləri və şər niyyətləri şeytanın vəsvəsələri və azdırmaları ilə əlaqələndirməlidirlər və buna görə də Musa (ə) deyir: “... Mən balığı unutdum və ancaq şeytan məni onu xatırlamamağa vadar etdi...” (Kəhf, 18/63). 5. İnsana, onun təbiətinə xas olan aclıq, susuzluq, yorğunluq və digər zəiflikləri haqqında danışmağa, əgər o doğru söyləyirsə və narazılıq bildirmirsə, icazə verilir. Buna görə də Musa peyğəmbər (ə) deyir: “... “Naharımızı gətir, axı yol gəlib yorulmuşuq” (Kəhf, 18/62). 6. Xidmətçinin ağıllı, hazırcavab və fərasətli insan olması və öz sahibinə başladığı işi sona çatdırmağa kömək göstərməsi arzuolunandır. 7. Həm də yaxşı olardı ki, sahibi xidmətçisinə öz yediyindən yedirdəydi və onlar birlikdə yeyəydilər, çünki Musa peyğəmbərin (ə) sözlərindən aydın olur ki, xidmətçisi onunla (ə) birlikdə yemək yeyərdi. 8. İnsan öz vəzifələrini layiqincə icra etdikdə Allahın köməyinə nail olur. Allah belə insana, digərlərindən heç birinə bəsləmədiyi köməyi göstərir. Məhz buna görə Musa peyğəmbər (ə) xüsusilə vurğulayır ki, onlar iki dənizin qovuşduğu yeri keçdikdən sonra yorğunluq ona (ə) təsir etmişdi. Buna qədər o (ə) yorulmasından şikayət etmirdi, halbuki keçdikləri yol olduqca uzun və böyük bir səyahətdən ibarət idi. Lakin onlar qayanın altında gecələyib, balığı itirdikdə, sonra isə nahar vaxtına qədər yol getdikdə, o (ə) yorğunluq hiss etdi. Balığın itməsini bildikdə isə, o (ə) xatırladı ki, məhz dənizlərin qovuşduğu yer onların səyahətinin son məqsədi olmalıydı. 9. Xıdır peyğəmbər deyildi. O, Allahın Öz mərhəməti ilə şərəfləndirdiyi və elm bəxş etdiyi əməlisaleh bir insan idi. Allah onu Öz qulu adlandırır, amma onun peyğəmbərliyini xatırlatmır və, beləliklə, əgər o peyğəmbər olsaydı, onda Rəbb digər peyğəmbərləri və elçilərini xatırlatdığı kimi, bunu da mütləq bildirərdi. Allahın mömin bəndəsinin işlətdiyi: “o öz ixtiyarı ilə belə davranmırdı” ifadəsinə gəldikdə isə, bu heç də onun peyğəmbərliyinə dəlalət etmir. Allah ona müvafiq qaydada hərəkət etməyi təlqin yolu ilə çatdırırdı ki, belə təlqinlər elçilər üçün səciyyəvi hal deyildir. Fövqəluca bununla əlaqədar belə buyurur: “Biz Musanın anasına: “Onu döşünlə əmizdir. Ona görə qorxmağa başlasan, onda onu çaya at. Qorxma və kədərlənmə, çünki Biz onu sənə qaytaracaq və elçilərimizdən biri edəcəyik” (Qəsəs, 28/7); “Sənin Rəbbin arıya təlqin etdi: “Dağlarda, ağaclarda və tikililərdə özünə oyulmuş yerlər seç” (Nəhl, 16/68). 10. Allahın qullarına bəxş etdiyi biliklər iki növə bölünür. Birinciyə aid olanlar, səbirlə işləmək və can yandırmaq sayəsində nail olunan biliklərdir. İkinci növə aid olanlar isə elə biliklərdir ki, insan onu Allahın mərhəməti sayəsində təlqin yolu ilə əldə edilir. Bax elə buna görə, Fövqəluca Allah buyurur: “Onlar, dərgahımızdan mərhəmət bəxş etdiyimiz və qeyb elmindən öyrətdiyimiz qullarımızdan biri ilə rastlaşdılar” (Kəhf, 18/65). 11. Müsəlman öz müəlliminə ehtiram göstərməli və ona xüsusi hörmətlə yanaşmalıdır. Məhz buna görə Musa peyğəmbər (ə) demişdir: “Sən öyrəndiyin doğru yolu mənə öyrətməyin üçün mən sənin ardınca gələ bilərəmmi?” (Kəhf, 18/66). O (ə) bu sözləri ilə Xıdıra olan ehtiramını göstərir və sanki ondan məsləhət almaq istəyir. O (ə) həmçinin müdrik Xıdırdan onun ardınca getmək icazəsi istəyir və vurğulayır ki, onun şagirdi olmağı hazırlaşır. Kobud və təkəbbürlü adamlar tamamilə ayrı cürə davranırlar və onlar müəllimi qarşısında onun biliklərinə möhtac olduqlarını büruzə vermirlər və özlərini elə aparırlar ki, sanki müəllimə vəzifələrini yerinə yetirməkdə yardım göstərirlər. Belələrindən bəziləri hətta elə güman edirlər ki, onlar öz müəllimini öyrədirlər və belə davranış onların hədsiz cahilliyini sübut edir. Həqiqətən, müəllim qarşısında itaətkarlıq və açıq şəkildə onun elminə ehtiyacı olduğunu bildirmək istənilən şagirdin ən faydalı keyfiyyətlərindən biridir. 12. Adlı-sanlı insanlar onlardan aşağı səviyyədə dayanan insanlardan bilik əxz etməkdən təkəbbürlə boyun qaçırmamalıdırlar. Buna örnək Musa peyğəmbər (ə) idi. O (ə), şübhəsiz ki, səviyyə baxımından, mömin Xıdırdan yüksəkdə dayanırdı. 13. Əgər bir böyük alim və ya ilahiyyatçı elm sahələrinin hər hansı bir sahəsində kifayət qədər məlumatlı deyilsə, onda o, digər sahələrdə öz elmi ilə onu əhəmiyyətli dərəcədə ötüb keçməsinə baxmayaraq, yardım almaq üçün bu elm sahəsində daha dərin biliklərə malik olan insana müraciət etməlidir. Musa peyğəmbər (ə) isə, Allahın heç bir insanı layiq görmədiyi bilikləri əta etdiyi möhkəm əqidəli elçilərindən biri idi. Lakin Xıdır xüsusi biliklərə malik idi ki, onlar saleh peyğəmbərdə (ə) yox idi və buna görə o (ə) bilmədiklərini müdrik Xıdırdan öyrənməyə tələsirdi. Bütün deyilənlərdən belə çıxır ki, əgər İslam hüququ və ya hədislərin tədqiqi ilə məşğul olan müsəlman-ilahiyyatçı qrammatikanı, morfologiyanı və digər elmləri zəif bilirsə, onda o, bu fənlərin incəliklərinə bələd olan, lakin hədisi və ya İslam şəriətini kifayət qədər bilməyən, ilahiyyatçıların məşğələlərində iştirak etməlidir. 14. Müsəlmanlar bilikləri və digər layiqli keyfiyyətləri Fövqəluca Allahla bağlamalı, Onun nemətlərini etiraf etməli və nazil etdiyi nemətlərə görə Ona minnətdarlıq (şükür) etməlidirlər. Bax elə buna görə Musa peyğəmbər (ə) demişdir: “Sən öyrəndiyin doğru yolu mənə öyrətməyin üçün mən sənin ardınca gələ bilərəmmi?” (Kəhf, 18/66). O (ə) Xıdırın bu bilikləri Allahdan əxz etdiyini nəzərdə tuturdu. 15. Faydalı bilik – insanlara xeyirxahlıq yolunu göstərən və şər, ona aparan yollar barədə xəbərdarlıq edən biliklərdir. Başqa biliklərə gəldikdə isə, onlar insana ya zərər vurur, ya da mənasız və faydasız olur. Məhz buna görə, Musa (ə) Xıdırdan ona (ə) bildiyi doğru yol haqqında olan bilikləri öyrətməyi xahiş edir. 16. Əgər insan müəlliminin hüzurunda səbirlilik göstərməyə, səbirlə bilik əldə etməyə və başladığı işi mətanətlə davam etdirməyə qadir deyilsə, onda o, yüksək şərəfə layiq deyil. Səbirdən məhrum olan insan bilik əldə edə bilməz. Əksinə, səbirli və səbatlı insan qarşısında qoyulmuş hər bir məqsədə nail ola bilər. Yuxarıda deyilənləri Xıdırın bu sözləri təsdiq edir: “... Mənim yanımda qalmağa sənin səbrin çatmaz” (Kəhf, 18/67). O, Musa peyğəmbərə (ə) onun (ə) faydalı biliklər əldə etməsinə maneə ola biləcək şeylər haqqında xəbər verdi. 17. Həyat təcrübəsi və baş verən hadisələrin mahiyyətini təyin edə bilmək bacarığı insana zəruri səbirlilik göstərməkdə kömək edən mühüm keyfiyyətlərdir. Əgər insan işin mahiyyətini, həmçinin onun son məqsədini və mümkün ola biləcək nəticələrini bilmirsə, onda o, onu səbirli olmağa yönəldən hissdən məhrum olur. Məhz buna görə Xıdır demişdir: “ Sən elminlə əhatə edə bilmədiyin şeyə səbirlə yanaşa bilərsənmi?” (Kəhf, 18/68). O, qeyd edir ki, baş verən hadisələr haqqında təsəvvürü olmaması Musa peyğəmbərin (ə) səbirsizliyinin səbəbi idi. 18. Müsəlman təmkinli, düşüncəli və səbirli olmalıdır və əgər o qərar qəbul etmək istəyirsə, onda o, ondan nə tələb olunduğunu və necə etməli olduğunu anlamayınca, gözləməlidir. 19. Əgər müsəlman insanların gələcəkdə etməyə hazırlaşdıqları işdən danışırsa, o, bunu Allahın iradəsi ilə bağlamalıdır. “Mən bunu mütləq edəcəyəm” demək olmaz. “Mən, inşallah[34], bunu edəcəyəm” deyilməlidir. 20. Əgər insan hər hansı bir şeyi etməyi qəti qərara alıbsa, bu hələ onun o işi yerinə yetirdiyini bildirmir. Musa peyğəmbər (ə) demişdir: “... “Əgər Allah istəsə, onda sən görərsən ki, mən səbirliyəm və mən sənin əmrindən çıxmaram” (Kəhf, 18/69). O (ə) qəti qərara gəlmişdi ki, səbirli olsun, lakin bunu edə bilmədi[35]. 21. Əgər müəllim özü izah edənə qədər, şagirdinə ona bəzi sualları verməyi qadağan etməyi məqsədəuyğun sayırsa, bunu edə bilər. Bunlar, şagirdin hələlik başa düşə bilməyəcəyi incəliklər və ya bundan başqa şagirdin mənimsəməli daha mühüm məsələlərin qalması və yaxud da onların sadəcə yersiz suallar olmasıdır. 22. Əgər insan öz həyatı üçün təhlükə hiss etmirsə dəniz səyahətinə çıxa bilər. 23. Müsəlman Allah qarşısında və ya insanlar qarşısında öz vəzifələrini unutduğuna görə yerinə yetirmədikdə məsuliyyət daşımır ki, buna saleh peyğəmbərin (ə) aşağıdakı sözləri dəlalət edir: “... “Məni unutduğuma görə cəzalandırma...” (Kəhf, 18/73). 24. İnsan comərd[36] və ətrafındakılara qarşı mərhəmətli olmalı və onları öhdəsindən gələ bilməyəcəkləri vəzifələrlə yükləməməlidir ki, sonra onları işi bacarmadıqlarına görə qınamasın. İnsanlara qarşı belə münasibət onları insandan uzaqlaşdırır və belə insana qarşı nifrət yaradır. Buna görə müsəlman yüngül və asan olan şeylərə üstünlük verməlidir. Məhz belə olduqda Allah da onun öz qismətini yüngülləşdirər. 25. İnsanların həyatı və malına aid olan qərarlar qəbul edərkən aydın faktlara istinad etmək lazımdır, çünki Musa peyğəmbər (ə) Xıdırı gəmini deşdiyinə və oğlan uşağını öldürdüyünə görə qınamışdı. İlk nəzərdə, bu əməllər qınağa layiqdi və buna görə Musa (ə) sakit dayanıb səbirlilik göstərə bilmədi. O (ə), Xıdıra tez-tələsik sual verib qərar çıxartdı. Halbuki bu sualı bütün başqa hallarda vermək olsaydı da, o (ə) gərək mühüm bir şərti nəzərə alaydı. Bu şərt onun (ə) səbirli olmaq haqqında verdiyi öhdəliklə bağlı idi və o (ə) öz yol yoldaşını qınamağa tələsməməli idi. 26. Şəriət böyük cinayətin qarşısını ondan daha az ağır cinayət vasitəslə almağa icazə verir və bu İslam dininin ən vacib prinsiplərindən biridir. Bununla yanaşı həmçinin az faydalı xeyirxahlıqdan daha çox faydalı xeyirxahlığa görə boyun qaçırmağa icazə verilir. Şübhəsiz ki, uşağın öldürülməsi cinayətdir, lakin əgər bu uşaq böyüsəydi və valideynlərini haqq dindən döndərsəydi, bu daha böyük cinayət olardı. Güman etmək olar ki, uşaq onlara xeyir də verə bilərdi, lakin onlar Allahın dininə layiqincə etiqad etməklə daha çox fayda əldə edə bilərdilər və Xıdır da məhz buna görə oğlan uşağını öldürmüşdü[37]. Bu dini prinsip son dərəcə böyük əhəmiyyətə malikdir və müsəlmanlara imkan verir ki, çoxsaylı nemətlər qazansınlar, çünki bu prinsipin vasitəslə hətta əməl müsbət və ya mənfi nəticələr verdikdə belə, düzgün qərar qəbul etməyə imkan yaradır. 27. Şəriət özgəsinin mülkiyyətinə sərəncam çəkməyə, əgər belə hərəkətlər fayda verirsə və ya vurula biləcək ziyanın qarşısını alırsa, icazə verir və bu da İslam hüququnun mühüm qayda-qanunlarındandır. Bu halda özgəsinin mülkiyyətinə sərəncam çəkməyə, onun sahibinin razılığı olmadan da və hətta mülkiyyətin bir hissəsinin itə biləcəyi gözlənildikdə belə icazə verilir. Xıdır da məhz belə etmiş və gəminin zülmkar çarın əlinə keçməməsi üçün onu zədələmişdi. Bütün deyilənlərdən məlum olur ki, əgər bir evdə yanğın baş verərsə və ya evi su basarsa, ev əşyalarının əsas hissəsini saxlamaq üçün onun bir qismini tələf etməyə icazə verilir. Əgər ədalətsiz insan müsəlmanın malını mənimsəməyə cəhd göstərirsə, onda mülkiyyətin bir hissəsini ona verməklə, qalan hissəsini qorumağa icazə verilir. Bundan başqa, şəriət belə davranmaq hökmü də verir. Zəruriyyət yarandıqda isə, bunu hətta başqa bir adam, mülkiyyət sahibinin icazəsi olmadan da edə bilər. 28. Müsəlmanlara həm quruda, həm də dənizdə işləməyə icazə verilir, çünki Fövqəluca buyurmuşdur: “Gəmiyə gəldikdə isə, o, dənizdə çalışan kasıblara məxsus idi” (Kəhf, 18/79). Fövqəluca onları dənizdə işləmələrinə görə qınamır. 29. Miskin o insan hesab olunur ki, müəyyən mülkiyyətə malik olsa da, öz güzəranını tam təmin etmək halında deyil, çünki Fövqəluca Allah dənizdə çalışan zəhmətkeşləri, gəmiləri olmasına baxmayaraq, miskin adlandırmışdır. 30. Qətl ən böyük günahlardan biridir, çünki Musa peyğəmbər (ə) belə demişdir: “...Doğurdanmı sən heç kimi öldürməmiş günahsız insanı öldürdün?! Sən pis iş gördün!” (Kəhf, 18.74). 31. Qətl törətmiş insanın buna görə öldürülməsi qınanılan əməl deyildir, çünki Musa peyğəmbər (ə) Xıdırı balaca oğlanı öldürdüyünə görə qınayır və onun hələ heç bir oxşar cinayət törətmədiyini əsas tutur. 32. Allah Öz mömin bəndələrini onların özlərinin öz əleyhinə edə biləcəkləri və ya övladlarının onların əleyhinə edə biləcəkləri cinayətdən qoruyur. 33. Möminlər və onlarla əlaqəsi olan insanlar, hər kəsdən daha çox onlara xeyirxah münasibət bəslənməsinə layiqdirlər, çünki Xıdır xəzinəni gizlədərək, onun üstündə divarı, yetim qalmış uşaqların atasının mömin insan olmasına görə ucaltmışdı. 34. Müsəlman Fövqəluca Allah haqqında ehtiramla danışmalıdır, çünki mömin Xıdır məhz belə edirdi. Özünün gəmini korlamaq barədə niyyətini bildirərək, o demişdi: “Mən onu ona görə korlamaq istəyirdim ki, onların qarşısında dayanmış çar bütün xarab olmayan gəmiləri güc tətbiq etməklə özünə götürürdü” (Kəhf, 18/79). Bu əməli xatırlayaraq, o, onu Allahın iradəsi ilə bağlamadı. Lakin o, öz xeyirxah hərəkətini xatırladıqda, onu Fövqəluca Allahın adı ilə bağladı və dedi: “...Onların atası mömin bir insandı və sənin Rəbbin istəmişdi ki, onlar həddi-buluğa çatsınlar və sonra Rəbbinin mərhəməti sayəsində öz xəzinələrinə yiyələnsinlər...” (Kəhf, 18/82). Eynilə İbrahim peyğəmbər (ə) də belə etmiş və demişdi: “Onların hamısı, aləmlərin Rəbbindən başqa, mənim düşmənlərimdir. O, məni xəlq etmiş və düz yolla aparır. O, məni yedirir və içirir. O, mən xəstələndikdə, mənə şəfa verir” (Şuəra, 26/77-80). Cinlər isə demişdilər: “Biz Rəbbin bununla yer üzündəkilər üçün şərli olmağımızı nəzərdə tutduğunu və ya onları düz yola yönəltməkmi istədiyini bilmirik” (Cin, 72/10). Lakin, buna baxmayaraq, xeyir və şər insanı Allahın qədərinə tam müvafiq olaraq çulğayır. 35. Müsəlman səfər zamanı yol yoldaşını, əgər o, ona narahatçılıqtörətmirsə,tərk etməməlidir. Belə olarsa, onun rəftarı özünü doğruldar və Xıdır da Musa peyğəmbərlə (ə)belə etmişdi. 36. Əgər səfər yoldaşları yol verilən əməllərdə bir-birilərini anlayır və bir-birilərini müdafiə edirlərsə, onda bu onların münasibətlərinin möhkəmlənməsinə kömək edir. Əgər onlar bir-birilərini başa düşmürlərsə, onda bu, onları bir-birindən ayrılmağa sövq edir.
ﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ;
|