O dedi: “Mənim yanımda qalmağa sənin səbrin çatmaz”.
(18.68) “Sən elminlə əhatə edə bilmədiyin şeyə səbirlə yanaşa bilərsənmi?”
Mən sənə mənim yanımda qalmağı qadağan etmirəm, amma sən mənim əməllərimi səbirlə müşahidə edə bilməzsən. Sən görəcəksən ki, mən, ilk nəzərdə qınanmalı görünən, hərəkətlər edirəm, halbuki əsl həqiqətdə onlar sənin başa düşdüyün kimi deyildir və buna görə sən səbirsizlik göstərəcəksən. Axı sən necə də ətrafda baş verənlərin mahiyyətini və mənim əsl niyyətimi bilmədən, onları sakitcəsinə müşahidə edə bilərsən?
ﮨ ﮩﮪﮫﮬﮭﮮﮯ ﮰﮱﯓ;
Musa dedi: “Əgər Allah istəsə, onda sən görərsən ki, mən səbirliyəm və mən sənin əmrindən çıxmaram”. Musa (ə) qərara almışdı ki, layiqincə səbir etsin, lakin hələ bilmirdi ki, qismətinə düşən hansı sınaqlara dözməli olacaqdır. Amma möhkəm səbirli olmaq niyyəti ilə - səbirli olmağın özü müxtəlif şeylərdir və Musa (ə) sınaqla üz-üzə gəldikdə, o (ə) layiqincə səbir göstərə bilmədi.
ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ;
O dedi: “Əgər sən mənim ardımca gələcəksənsə, onda, mən sənə bir şey demədikcə, məndən heç nə soruşma”. Mənə suallar vermə və mən sənə baş verənlərin mahiyyəti haqqında bildirmədikcə, məni tutduğum əməllərdə qınama. Mən isə yeri düşdükcə bunların barəsində sənə izahat verəcəyəm. Xıdır Musaya (ə) ona sual verməyi qadağan etdi və onun (ə) görəcəkləri bütün hadisələrin mahiyyəti barədə ona (ə) danışacağına söz verdi.
ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ; (18.71) “Onlar ikilikdə yola düşdülər. Onlar gəmiyə oturanda, onda bir deşik açdı. O dedi: “Sən gəmidə deşik açdın ki, ondakı adamları batırasan? Sən ağır cinayət törətdin!”
Xıdır gəminin döşəmə taxtalarından birini söküb çıxartdı və ilk nəzərdən belə güman etmək olardı ki, o, gəmidə olanlar batırmaq qərarına gəlmişdir. Lakin Xıdırın niyyəti tamam başqa idi və o, bu barədə Musaya (ə) sonra danışmaq istəyirdi. Amma peyğəmbər (ə) dözə bilmədi və Xıdırı rəzil və yaramaz bir cinayət törətməkdə qınadı. Bununla da o (ə) layiqincə səbirlilik göstərə bilmədi. ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ;
(18.72) “O dedi: “Mən demədim ki, sən mənim yanımda səbir edə bilməyəcəksən?” Xıdır bu barədə Musanı (ə) xəbərdar etmişdi və onun zənni özünü doğrultmuşdu. Musa (ə) isə bunu unutqanlığı üzündən etmişdi. ﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅ;
|