Biz mağarada onların qulaqlarını illərlə qapadıq”.
Onlar mağarada üç yüz il və bir də doqquz il yatdılar və bütün bu dövr ərzində onların ürəkləri qorxudan və narahatçılıqdan xilas edilmişdi, onların özləri isə həmqəbilələrinin fitnə-fəsadından qorunmuşdular.
ﮧﮨﮩﮪﮫ ﮬﮭﮮﮯﮰ
Sonra Biz onları oyatdıq ki, iki dəstədən hansı birinin orada qaldıqları müddəti daha düzgün saydıqlarını bilək”. Allah yuxuya verdiyi yeniyetmələri yuxudan oyatdı ki, onlardan hansı birinin mağarada keçirdikləri illəri düzgün hesablaya biləcəyini aydınlaşdırsın. Fövqəlucabuyurur: “Beləliklə, Biz onları oyatdıq ki, onlar bir-birilərindən soruşsunlar” (Kəhf, 18/19). Onların mağarada neçə il qalmasına gəldikdə isə, bu hal, illərin hesablanmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır və Allahın hüdudsuz qüdrəti, müdrikliyi və mərhəmətinə dəlalət edir. Əgər yeniyetmələr yuxudan heç vaxt ayılmasaydılar, onda heç kimin onların bu şərəfli hekayətindən xəbəri olmazdı.
ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ Biz sənə onların tarixçəsini gerçəkdən rəvayət edirik. Onlar öz Rəbbinə iman gətirmiş gənclər idilər və Biz onların doğru yola bağlılığını artırdıq”.
Bu sözlərlə Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) yatmış yeniyetmələrin tarixçəsini daha da təfsilatı ilə izah etməyə başladı. Bu hekayət əsl həqiqətdir və onun səhihliyinə şübhə etmək mümkün deyil. “Fityə” (“yeniyetmə”) sözünün leksik təhlilindən aydın olur ki, yatmış yeniyetmələrin sayı on nəfərdən az idi. Onlar Vahid Allaha iman gətirmişdilər və Ona şərik qoşmaqdan boyun qaçırmışdılar və bununla da öz xalqının iradəsinin əleyhinə çıxmışdılar. Allah onları haqqa iman gətirdiklərinə görə onlara əvəzini vermiş və onları doğru yol üzrə sabitqədəm etmişdi. İman onların ürəklərində kök atdıqdan sonra, O, faydalı biliklərin və saleh əməllərin sayəsində onların doğru yola olan bağlılığını daha da artırmışdı. Fövqəluca belə buyurur: “Allah doğru yolla gedənlərin doğru yola bağlılığını artırır” (Məryəm, 19/76). Buna görə də Allah ən həyəcanlı bir anda gənclərə dözüm və səbirlilik göstərməkdə kömək etmişdir. O, onların ürəklərinə əminlik vermiş, haqq din bəxş etmiş, doğru yola yönəltmiş, onları dözümlülük və səbirliliklə mükafatlandırmış və bütün bunlar Allahın onlara bəslədiyi xeyirxahlığı və mərhəmətinin dəlilləridir.
ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ
Onlar qalxıb: “Rəbbimiz – göylərin və yerin Rəbbidir! Biz Ondan başqa ilahlara dua etməyəcəyik. Belə olsaydı, sözümüzdə ifrata varmış olardıq” – dedikdə, Biz onların ürəklərini qüvvətləndirdik”.
Rəbbimiz – Allahdır! O, bizi yaratmış, bizə ruzi əta etmiş, bizi idarə edir və qayğımızı çəkir. O, göyləri və yeri xəlq etmişdir və O, bütün bu əzəmətli məxluqları təklikdə Yaradandır. Bütlərə və heykəllərə gəldikdə isə, onlar yaratmaq və ruzi vermək imkanına malik deyillər. Onların fayda vermək və zərər vurmaq qabiliyyəti yoxdur. Nə həyata, nə ölümə, nə də dirilməyə sərəncam çəkə bilmirlər. Buna görə də biz dualarımızı məxluqlara yönəltməyəcəyik. Bizə aydın oldu ki, Allah – Vahid Rəbb olan İlahdır, ibadətə layiqdir və əgər bundan sonra biz uydurulmuş ilahlara ibadət etsək, onda Ona etinasızlıq göstərmiş olarıq və dərin azğınlığa düşərik. Gənclər Vahid Rəbbə iman gətirdilər və başa düşdülər ki, təkcə O, ibadətə pərəstişə layiqdir. Onlar Allahı özlərinin Rəbbi olan İlah qəbul etdilər və şəhadət verərək, Ona ibadətin haqq olduğunu, digər ilahlara isə ibadətin əbəs və faydasızlığını təsdiq etdilər. Bu ona dəlalət edir ki, onlar doğrudan da öz Rəbbini dərk etmişdilər və O da onları doğru yolda möhkəmləndirmişdi.
ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ (18.15) “Bizim bu xalqımız Onun əvəzinə digər ilahlara ibadət etməyə başlamışdı. Niyə onlar bunun lehinə olan aydın bir dəlil gətirmirlər? Allaha iftira deyənlərdən daha zalım kim ola bilər?” Allahın onlara əta etdiyi imanı,ilahi rəhbərliyini və müttəqiliyi xatırladıqdan sonra, onlar həmqəbilələrinin etiqad etdikləri müşrikliyini bir-birilərinin yadına saldılar. Onlar müxtəlif ilahlara ibadət edirdilər, lakin haqlı olduqlarına əmin deyildilər. Əksinə, onlar ən böyük cahillər idilər və dərin azğınlığa batmışdılar. Yeniyetmə gənclər bunu bilirdilər və bilirdilər ki, onların qəbilədaşları öz uydurma baxışlarının doğruluğunu təsdiq etməyə heç vaxt nail ola bilməyəcəklər, çünki onlar Allaha böhtan atır, yalan uydurur və ən böyük zalımlıq edirdilər. Sonra onlardan biri digərlərinə belə dedi:
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ;
Gər siz onlardan və onların Allahdan başqa ibadət etdiklərindən uzaqlaşmışsınızsa, onda mağarada gizlənin və Rəbbiniz sizə Öz mərhəmətini göstərəcəkdir və işinizi asanlaşdıracaqdır”.
Siz xalqınızı tərk etmişsiniz və onun dinindən də əl çəkmişsiniz, indi isə əlinizdən gələni etməlisiniz ki, onlardan xilas olasınız. Sizin onlara qarşı vuruşmaq imkanlarınız yoxdur, onların yanına qayıtsanız, onda onlar sizə başqa dinə etiqad etməyə aman verməyəcəklər. Buna görə də mağarada gizlənin və Rəbbiniz sizə mərhəmətini bəxş edərək, yardım göstərər. Öncə biz xatırlatmışdıq ki, gənclər Allaha: “Ey Rəbbimiz! Bizə Özündən mərhəmət əta et və işimizi ən yaxşı tərzdə sahmanla” (Kəhf, 18/10) sözləri ilə müraciət etmişdilər. Onlar öz zəifliklərini etiraf edərək, Allaha müraciət etmiş, Onun yardımına təvəkkül etmiş və qəti əmin idilər ki, Allah mütləq onların duasına cavab verəcəkdir. Əlbəttə ki, O, onlara Öz mərhəmətini bəxş etdi və xeyirxah təşəbbüslərində onların Himayəçisi oldu. O, onların bədənini və imanını qoruyub saxladı, onları digər insanlar üçün möcüzə etdi və onları şərəfləndirdi ki, bu da gənc yeniyetmələrə qarşı Onun lütfkarlığının dəlili idi. Bununla yanaşı O, onların mağarada qalmasını asanlaşdırdı və onların təhlükəsizliyini ən kamil tərzdə təmin etdi. Elə buna görə sonra Fövqəluca belə buyurur:
ﭥﭦﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ; (18.17) “Günəş üfüqdən qalxan zaman onların mağarasının sağ tərəfinə düşür, qürub edəndə isə onlardan sol tərəfə keçirdi. Onlar isə mağaranın ortasında idilər. Bu, Allahın bəzi möcüzələrindən idi. Allahın doğru yolla apardığı kəs, doğru yolla da gedər. Onun azğınlığa saldığı kəsə isə sən nə himayə edən, nə də nəsihət verən tapmazsan!” Allah onları dözülməz istidən mühafizə edərək, onlara mağarada sığınacaq vermişdi. Günəş çıxanda onların mağarasının sağ tərəfinə düşürdü, batanda isə mağaranın sol tərəfinə düşürdü və bunun sayəsində mağara həmişə sərin qalırdı və isti yatmış yeniyetmələrin bədəninə zərər vurmurdu. Onlar mağaranın ən geniş və açıq yerində yatırdılar və bu küləklərə imkan verirdi ki, onların bədənlərini hər cür xoşagəlməz şeylərdən təmizləsin. Mağaranın ortasında onlar sıxlıq hiss etmirdilər və bu şərait çox mühüm idi, çünki onlar orada çox uzun müddət yatmışdılar. Bütün bunlar Allahın möcüzələrindən biri idi və yeniyetmələrin dualarını qəbul edib onlara cavab verən və onları doğru yolla aparan Rəbbin fövqəlqüdrəti və lütfkarlığını təsdiq edirdi. Həqiqətən, bu yolla ancaq Allahın yönəltdiyi şəxslər gedirlər, çünki Onun iradəsinin əleyhinə olaraq doğru yola gəlmək mümkün deyildir. O, insanları doğru yolla təkbaşına aparır və onlara həm bu dünyada, həm də ölümdən sonra faydalı ola biləcək hər şeyi nişan verir. Əgər O, insanı azğınlığa salırsa, onda heç kim ona mömin olmağa, xoşbəxtlik və əmin-amanlıq qazanmağa kömək edə bilməz. Allah fasiqləri azğınlığa məhkum edir və heç kim bu hökmü ləğv edə bilməz.
ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ;
Sən elə bilərdin ki, onlar oyaqdırlar, halbuki onlar yatmışdılar. Biz onları gah sağ böyürü, gah da sol böyürü üstə çevirirdik. Onların iti girəcəyin önündə, ayağını uzadaraq uzanmışdı. Onlara baxsaydın, tez qoyub qaçar və vahiməyə düşərdin”. Quran təfsirçiləri qeyd etmişlər ki, yatanların gözləri açıq saxlanmışdı ki, uzun müddətli yuxudan onların görmə qabiliyyəti zədələnməsin və əgər insan onları bu vəziyyətdə görsəydi, o, elə hesab edərdi ki, onlar oyaqdırlar, halbuki əslində onlar dərin yuxuya getmişdilər. Onlar bir böyürləri üstündən digərinə çevrilirdilər və bu onu təsdiq edirdi ki, Allah onların bədəninin qayğısını çəkirdi. Torpaq öz adəti üzrə ona toxunan bədənləri yeyir və buna görə Allah yeniyetmələrin bədənlərinə bir böyürdən digəri üstə çevrilməyi əmr etmişdi. O, onların bədənlərini böyür üstə çevrilmədən belə çürümədən qoruya bilərdi, lakin Fövqəlmüdrik Xaliq istəmişdi ki, Kainat qanunları pozulmasın və bu qəribə hadisələr müvafiq səbəblərə uyğun olaraq baş versin. Bir-neçə gənclə bərabər bir it də var idi və onların mağaraya girişini mühafizə edirdi və o da dərin yuxuya verilmişdi. Lakin Allah yatan yeniyetmələrin bədənlərini təkcə təbiət hadisələrindən deyil, canlı insanlardan da qoruyurdu. Əgər insanlar onlara yaxınlaşsaydılar, onların qəlbini dəhşətli bir qorxu bürüyərdi və onlar oradan qaçıb uzaqlaşardılar. Bu himayə sayəsində yeniyetmələr mağarada uzun bir vaxt ərzində yatdılar və mağaranın şəhərə bilavasitə yaxın olmasına baxmayaraq heç bir adam onları orada tapmadı. Bunu təsdiq edən faktlardan biri, yuxudan oyandıqdan sonra gənclər özlərindən bir nəfəri şəhərə ərzaq almaq dalınca göndərdilər və özləri isə mağarada onun qayıtmasını gözlədilər. Bu addım özünü mağaranın şəhərə yaxın olması ilə doğrulda bilər.
ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ;
Beləliklə, Biz onları oyatdıq ki, onlar bir-birini sorğu-suala tutsunlar. Onlardan biri dedi: “Siz burada nə qədər qalmısınız?” Onlar dedilər: “Biz ya bir gün, ya da günün bir hissəsini qalmışıq”. Onlar dedilər: “Sizin Rəbbinizə yaxşı məlumdur ki, nə qədər qalmısınız. Sizlərdən birini öz gümüş sikkələrinizlə şəhərə göndərin. Qoy o baxsın: hansı ərzaq yaxşıdırsa onu sizə yemək üçün gətirsin. Qoy o ehtiyatlı olsun ki, sizin burada olmağınızı heç kim bilməsin”. Gər onlar sizin barənizdə bilsələr, sizi daş-qalaq edərlər və ya öz dinlərini sizə qəbul etdirərlər və onda siz heç vaxt uğur qazana bilməzsiniz”. Allah istəmişdir ki, gənclər yuxudan oyandıqdan sonra, mağarada nə qədər qaldıqlarını müəyyən etməyə cəhd göstərsinlər. Onlardan biri belə güman etdi ki, onlar cəmisi bir gün və hətta ondan da az yatmışlar, amma o biriləri buna şübhə etdilər və dedilər ki, bu barədə ən yaxşısını bilən Allahdır. Bununla da onlar təsdiq etdilər ki, onların mağarada qalmasının dəqiq müddəti bütün varlıqlar haqqında hər şeyi Bilənə məlumdur. Yəqin ki, bundan sonra Fövqəluca Allah onların bu mağarada neçə il qalması haqqında xəbər vermişdir. Bu ehtimalı təsdiq edən şərt kimi, Allahın onları yuxudan bir-birilərini sorğu-suala tutmaları üçün oyatmasını əsas götürmək olar. Onlar doğrudan da belə etdilər və hətta bu barədə öz ehtimallarını irəli sürdülər, lakin öz zənlərinin doğruluğuna şübhə etdilər. Beləliklə, yəqin ki, Allah həqiqəti onlara açmışdır, çünki onların oyadılmasının əsl mənası da məhz bunda imiş, çünki Allah heç bir şeyi boş yerə etmir. Bundan başqa, əgər insanlar var qüvvələri ilə dərk etməyə möhtac olduqları həqiqəti bilmək istəyirlərsə, onda Allahın onlara rəhmi gəlir və onların axtardığı biliyi onlara açıqlayır. Bu müddəanın lehinə Fövqəlucanın aşağıdakı sözləridir: “Beləliklə, Biz onlar barəsində insanlara ona görə xəbər verdik ki, onlar Allahın vədinin haqq olduğunu və Saata şübhə etməyin mümkünsüzlüyünü bilsinlər” (Kəhf, 18/21). Onların mağarada qalmaları haqqında həqiqəti bilməməsi yuxarıda deyiləni mümkünsüz edərdi. Yeniyetmələr oyandıqdan dərhal sonra bir-birindən mağarada nə qədər qaldıqlarını soruşduqdan sonra, onlar özlərindən bir nəfəri ərzaq almaq üçün şəhərə göndərməyi qərara aldılar. Bundan ötrü onlar belə hallardan ötrü saxladıqları gümüş sikkələri ona verdilər və ona ən təmiz və ən dadlı yemək almağı, həm də ehtiyatlı olmağı tapşırdılar ki, nə özünü tanıtmasın, nə də qardaşlarını ələ verməsin. Onlar həmçinin xatırlatdılar ki, əgər insanlar onlardan xəbər tutsalar, onda onlar ikisindən birini seçməlidirlər: ya tövhidə və onun tərəfdarlarına nifrət edən, onları ən dəhşətli edama məhkum edəcək və daş-qalaq edəcək müşriklərin əlinə keçməli, ya da onlar öz dinlərindən əl çəkib, müşrikliyə qayıtmalı olacaqlar. Əgər onlar ikinci yolu tutsalar, onda onlar həmişəlik olaraq bədbəxt qalacaqlar, çünki həqiqi dini itirəcək, həm bu dünyada, həm də Axirətdə xoşbəxtlikdən məhrum olacaqlar. Şərh etdiyimiz ayələrdən aşağıdakı nəticələri çıxartmaq olar: Müsəlmanlar elmə yiyələnməli və haqqı axtarmalıdırlar, çünki məhz buna görə Allah yatmış yeniyetmələri oyatmışdı. Əgər insan öz biliklərinin doğruluğuna şübhə edirsə, onda o, bu məsələdə daha yaxşı məlumatı olana müraciət etməlidir, öz ehtimalları ilə qane olmamalıdır. Alqı-satqıda etibar edilən şəxsin üstünə məsuliyyət qoymağa və müştərək mal almağa icazə verilir. Yuxudan oyanmış yeniyetmələr ən yaxşı ərzaq almağa qərar vermişdilər və bu o deməkdir ki, yeməyə ən zərif və qiymətli yeməklər almağa, əgər bu İslam şəriəti ilə qadağan olunmuş israfçılığa yol vermirsə, icazə verilir. Bu, xüsusi ilə, insanı zərif yeməklərdən başqa heç bir şeyin razı salmadığı hallara aiddir. Gənc yeniyetmələrin belə davranışı əsasında Quranın bir çox şərhçiləri iddia edirdilər ki, onlar varlı zadəganların uşaqları imişlər. Əslində, zərif yeməklər varlı və ad-sanlı insanlara məxsus yeməklərdir. Müsəlmanlar onların dini etiqadına mane ola bilən hər şeydən çəkinməlidirlər, din üçün təhlükə yarandıqda isə onu ətrafdakılardan gizlətməlidirlər. Gənc yeniyetmələr haqq dinə etiqad etmək üçün güclü istəyə malik idilər, azğınlıqlardan xilas olmaq istəyirdilər və hətta Allah yolunda öz Vətənini tərk etmişdilər. Müsəlmanlar imansızlığın təhlükəli olması və zərəri haqqında bilməlidirlər, çünki bütün zamanlarda möminlər məhz belə rəftar edirdilər və ona nifrət bəsləyirdilər ki, bu barədə gənc yeniyetmələrin aşağıdakı sözləri buna dəlalət edir: “Əgər onlar sizin barənizdə bilsələr, sizi daş-qalaq edərlər və ya öz dinlərini sizə qəbul etdirərlər və onda siz heç vaxt uğur qazana bilməzsiniz” (Kəhf, 18/20).
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ;
Beləliklə, Biz onların barəsində xəbər verdik ki, bilsinlər: Allahın vədi haqdır və Saata şübhə etmək mümkün deyil. Lakin onlar barəsində mübahisəyə başladılar və dedilər: “Onların üzərində bir tikili ucaldın. Rəbbi isə onları daha yaxşı tanıyır”. Öz rəyində qalanlar dedilər: “Biz onların üzərində hökmən məscid tikərik”. Fövqəluca Allah xəbər verir ki, insanlar mağaradakı adamların taleyi haqqında məlumatlandılar. Allaha bu barədə daha yaxşı məlumdur, lakin ola bilsin ki, bu, onlar yuxudan oyandıqdan sonra, gənclərdən birini şəhərə ərzaq dalınca göndərəndə olmuşdu. Onlar ona ehtiyatlı olmağı və qalanları ələ verməməyi tapşırmışdılar, lakin Allah istəmişdi ki, insanların daha da əməlisaleh olmalarına kömək edən və gənclərin özlərinin mükafatını artıran hadisə baş versin. İnsanlar son dərəcə qəribə bir möcüzənin şahidləri olmuşdular və öz gözləri ilə görüb inanmışdılar ki, Allahın vədi həqiqətdir və ona şübhə etmək mümkün deyil, hərçənd onlar əvvəllər dirilmənin və əvəzin gerçəkliyi haqqında bir-biriləri ilə mübahisə edirdilər. Mağaradakı insanların hekayəti möminlərin tam iman gətirməyə nail olmalarına imkan verdi və Axirət həyatını inkar edənlərin hamısının baxışlarını təkzib etdi, yuxudan oyanmış gənclər isə buna səbəb olduqlarına görə mükafatlandırıldılar. Allah bu cavanları şöhrətləndirdi, onları, yanlarına gəldikləri insanların gözündə ucaltdı. Sonradan insanlar onların qəbirləri üzərində tikililər inşa etməyi və onların sonrakı taleyinin Allaha daha yaxşı məlum olduğunu yadda saxlamağı qərara aldılar. Hakimiyyət sahibləri isə həmin yerdə içində Allaha ibadət etmək və gənc yeniyetmələrin başlarına gələnləri xatırlamaq üçün məbəd tikmək qərarına gəldilər. Bu yanlış addım idi və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) qəbirlər üstündə məscid inşa etməyi qadağan etmişdi və belə davrananları ciddi surətdə qınayardı. Ağsaqqalların qərarının xatırlanması heç vəchlə bu qərarın tərifə layiq olmasını təsdiq etmir, çünki mağara əhlinin hekayəti məhz gənc yeniyetmələri üstünlüyünü vurğulayır. Şəhər əhalisinə gəldikdə isə, onlar bilmişdilər ki, gənc yeniyetmələr havaxtsa öz qəbilədaşlarından olduqca bərk ehtiyat edirmişlər və onların gözlərinə görünməkdən belə qorxurmuşlar və buna görə onların qəbirləri üzərində məbəd tikmək qərarına gəlmişdilər. Bu tarixçə ona parlaq şəkildə dəlalət edir ki, əgər insan öz imanını saxlamağa və azğınlıqdan çəkinməyə can atırsa, onda Allah onu onlardan qoruyur. Əgər insan səadətə can atır və Allahın himayəsinə sığınırsa, onda Fövqəluca Allah ona əmin-amanlıq bəxş edir və bunun sayəsində başqa insanları da doğru yola yönəldir. Əgər insan Allah yolunda Allahın mərhəmətinə ümid bağlayaraq məhrumiyyətlərə və alçaldılmalara dözürsə, onda bu maneələrlə dolu yolun sonunda onu heç ağlına belə gətirmədiyi bir tərəfdən gələcək əzəmət və şöhrət gözləyir. Buna görə Fövqəluca buyurur: “…Bu, Allahdan bir ziyafətdir. Allahın dərgahında olan nemətlər möminlər üçün daha xeyirlidir” (Ali-İmran, 3/198).
\ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ;
Bəziləri deyirlər ki, onlar üç nəfər idilər, dördüncüsü onların iti idi. Digərləri də deyirlər ki, onlar beş nəfər idilər, altıncısı itləri idi. Onlar bu minvalla qeybi bilmək cəhdi göstərirlər. Başqaları isə onların yeddi nəfər olduğunu, səkkizincinin isə itləri olduğunu deyirlər. De: “Rəbbim onların sayını daha yaxşı bilir. Bu, bir-neçə nəfərdən başqa heç kimə məlum deyil”. Onların barəsində ancaq açıq mübahisə et və onların heç birindən onların barəsində soruşma”.
Fövqəluca xəbər verir ki, Kitab əhli mağarada neçə gənc yeniyetmənin olması barədə müxtəlif rəylər söyləyirdilər. Bu ziddiyyətin səbəbi ondan ibarət idi ki, Kitab əhli özlərindən fərziyyələr irəli sürür və səhih bilikləri olmadığı şeylərdən danışırdılar. Onlardan bəziləri iddia edirdi ki, yeniyetmələr üç nəfər idi, dördüncü isə itləriydi. Digərləri hesab edirdilər ki, onlar beş nəfər idi, altıncı isə itləriydi. Fövqəluca bildirir ki, bu ehtimallar fərziyyələrə əsaslanırdı və bu da onların yanlışlığını təsdiq edir. Üçüncülər belə sayırdılar ki, yeniyetmələr yeddi nəfər idilər, səkkizinci isə onların iti idi və bu rəy ola bilsin ki, doğru olsun, amma bu barədə ən yaxşısını bilən Allahdır. Buna baxmayaraq, Allah iki əvvəlki ehtimalı təkzib etmiş, üçüncü rəyi isə təkzib etməmişdir və bu bizə imkan verir ki, onun doğru olduğunu düşünək. Bununla əlaqədar mübahisələrə gəldikdə isə, onlar tamamilə mənasızdır, çünki yatmış yeniyetmələrin sayının bilinməsi insanlara nə ruhi həyatda, nə də maddi həyatda fayda verə bilməz. Bax buna görə də, Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: Həqiqət əsl mənada Ona və səhih biliklərə malik olan az bir qismə məlumdur. Ey Muhəmməd! Əgər sən Kitab əhli ilə mübahisəyə girirsənsə, onda müstəsna olaraq ancaq möhkəm biliyə və inandırıcı dəlillərə istinad et və insanlara fayda verməyə səy göstər. Zənnə əsaslanan və inadcıllıqla öz nəzər nöqtəsini müdafiə edən və hətta az əhəmiyyətli məsələlər üzrə, məsələn, yatmış yeniyetmələrin sayı barədə, mübahisələrə qatılan cahillərlə faydasız mübahisələrə gəldikdə isə, belə höcətləşmələrin mənası yoxdur. Belə məsələlər barədə uzunsürən mübahisələr və uzunçəkən müzakirələr vaxt itirməkdir və mənasız qarşılıqlı kin-küdurət törədir. Buna görə də, Kitab əhlindən mağardakı insanlar haqqında soruşma – onları ehtimalları gerçəkliklə heç bir əlaqəsi olmayan gümanlar üzərində qurulmuşdur. Buradan aydın olur ki, dini məsələlərlə əlaqədar izahat almaq üçün bu şərəfə layiq olmayan insanlara müraciət etmək olmaz. Belə insanlar – verilmiş sahə üzrə kifayət qədər biliyə malik olmayanlar və ya öz sözlərinə xüsusi əhəmiyyət verməyənlər və onları azğınlıqdan saxlayan təqvalılıqdan məhrum olanlardır. Əgər şəriət dini məsələlərin izah edilməsi üçün belə insanlara müraciət etməyi qadağan edirsə, onda onlara dini mövzularla bağlı müstəqil fikir yürütmək qadağan edilir. Bununla yanaşı Quran ayəsindən aydın olur ki, elə insanlar var ki, onlara bəzi məsələlərin izahı ilə bağlı müraciət etmək qadağan olunur, amma digər məsələlər üzrə izahat üçün müraciətə icazə verilir. Belə adamlardan onların mükəmməl bildikləri şeylər haqqında soruşmaq olar, çünki Kitab əhlinə sual verməyin qadağan olunması ümumi səciyyə daşımırdı və o, təkcə mağaradakı adamlar və digər belə hekayətlərlə bağlı idi.
ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ;
|