Студопедия — De: “Hər kəs öz yolunu seçir, Rəbbiniz isə kimin daha düz yolda olduğunu ən yaxşı Biləndir”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

De: “Hər kəs öz yolunu seçir, Rəbbiniz isə kimin daha düz yolda olduğunu ən yaxşı Biləndir”.






 

Hər kəs öz vəziyyətinə müvafiq əməllər həyata keçirir. Əgər o, pak mömindirsə, onda onu aləmlərin Rəbbi xatirinə ye­rinə yetirdiyi əməllər rövnəqləndirir. Əgər o, Allahın köməyin­dən məhrum edilmiş digər insanlara aiddirsə, onda öz əməllərini məxluqlara həsr edir və o, ancaq öz mənfəətini güdən məqsədlərə nail olmağa can atır. Allah çox gözəl bilir ki, kim doğru yolla getməyə layiqdir və Allah belə insanları haqq yola yönəldir. Əgər insan doğru yolla getməyə layiq deyilsə, onda Allah onu köməksiz qoyur və haqq yola yönəltmir.

 

ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ;

 

Onlar səndən ruh haqqında soruşacaqlar. De: “Ruh Rəbbimin hökmünə tabedir, sizə isə bu barədə az bir şeyi bilmək verilmişdir”.

 

Bu ayədən məlum olur ki, əgər insan sual verdiyi şəxsə irad tutmaq və ya onun bilməməzliyini ifşa etmək niyyətin­dədirsə, onda yaxşı olardı ki, belə suallarından vaz keçəydi. Mühüm məsələləri bir kənara qoyaraq, insanlardan barəsində biliyin gizli saxlan­dığı ruh haqqında soruşmaq olmaz. Bir nəfər belə ruhu və ya onun mahiyyətini təsvir etməyə qadir deyil. Buna belə bir zəruriyyət də yoxdur, çünki adamların çoxusu bütün məxluqların ehtiyac duyduqları biliklərdən məhrumdurlar.

Elə buna görə Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, kim ondan (s.ə.s.) ruh haqqında soruşsa, desin ki, ruh Allahın iradəsi ilə yaradılmış çoxsaylı məxluqlardan biridir. Ruhun incəlikləri barədə bilmək insanlara böyük bir fayda verməz, çünki insanlar daha vacib digər şeylər haqqında heç nə bilmirlər. Bütün deyilənlərdən belə çıxır ki, əgər insan ona verilən suala cavab verməməyi məqsədəuyğun sayırsa, onda o, necə lazım bilirsə, elə də davranmalı və sual verənə daha çox ehtiyacı olan və daha çox fayda verən məsələlərlə maraqlan­mağı məsləhət görməlidir.

 

ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﭑ ﭒﭓﭔﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ;

 

(17.86) “Əgər Biz istəsəydik səni sənə vəhylə verdiyimiz­dən məhrum edərdik və sonra heç kim Bizə qarşı sənə vəkillik edə bilməzdi”,

(17.87) “əgər Rəbbinin lütfkarlığı olmasaydı. Həqiqətən, Onun sənə bəslədiyi mərhəməti böyükdür!”

 

Fövqəluca bildirir ki, Muhəmməd Peyğəmbərə (ona Allah­ın salavatı və salamı olsun!) nazil edilmiş Quran və vəhy Rəbbin ona (s.ə.s.) və bütün bəşəriyyətə göstərdiyi mərhəmətidir. Bu, Allahın Öz Elçisinə (s.ə.s.) əta etdiyi ən böyük lütfkarlıqdır. O, o dərəcədə əzəmətlidir ki, onu sadəcə dəyərləndirmək mümkün deyildir.

Ey Muhəmməd! Səni bu mərhəməti ilə Şərəfləndirən, səni ondan mərhum etməyə də qadirdir. Bu baş vermiş olarsa, heç kim sənə mövqeyini geri qaytara və sənə vəkil ola bilməz! Buna görə, Allahın mərhəmətinə sevin, sənə nazil edilmiş nemətlərdən istədiyin qədər istifadə et, kafirlərin səni yalançı adlandırma­sından və yolunu azmışların səni məsxərəyə qoymasından kədərlənmə. Onlara da ən böyük mərhəmətdən ləzzət almaq imkanı verilmişdi, lakin onlar onu rədd etdilər. Bu ona görə baş verdi ki, onlar öz Rəbbinə laqeyd yanaşmış və Onun yardı­mın­dan məhrum olmuşdular.

 

ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ;

 

(17.88) “De: “Əgər insanlar və cinlər birləşib bu Qurana bənzər bir şey uydurmaq istəsəydilər, onlar bir-birilərinə kö­mək göstərsələr də, buna nail ola bilməzdilər”. [21]

 

Bu, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bütün təbliğ etdiklərinin hamısının doğruluğunun lehinə inandı­rıcı bir dəlil və inkaredilməz sübutdur. Allah insanlara və cinlərə meydan oxuyaraq, onlara Müqəddəs Qurana bənzər bir şey yaz­malarını təklif edir. Sonra isə Allah bəyan edir ki, onlar heç vaxt Qurana bənzər bir şey yazmağa nail ola bilməzlər, hətta əmək­daşlıq edib bir-birilərinə kömək göstərsələr də belə.

Hər şey doğrudan da Allahın öncədən buyurduğu kimi baş verir. Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə düşmənçilik edən kafirlər hər vasitə ilə olur olsun Peyğəmbər Təlimini yalançılıqda ifşa etməyə cəhd göstərirlər. Onlar dilləri yüksək səviyyədə bilirlər və bəlağətli danışıq qabiliyyətinə malik­dirlər. Əgər onlar heç olmazsa Quran kimi bir kitabı yazmaq imkanına azca da qabil olsaydılar, onlar bunu mütləq edərdilər. Deməli, kafirlər artıq öz gücsüzlüklərinə itaət etmək məcburiyyə­tində idilər. Onlardan bəziləri öz xoşu ilə bunu etiraf etmiş, digərləri isə buna məcbur olmuşdular.

Onlar haqqa qarşı duruş gətirə bilmədilər. Axı başqa cür də ola bilməzdi, onlar, sadəcə olaraq, torpaqdan yaradılmış və hər hansı kamil keyfiyyətlərdən məhrum olan məxluqlardılar. Onlar biliyə, gücə, arzuya, iradəyə, nitq qabiliyyətinə və ya kamilliyə təkcə Allahın bunları istədiyi hallarda malik olurlar. Məgər onlar qeybə aid hər şeyi bilən, mütləq kamilliyə malik və hər növ tərifə layiq olan, sonsuz əzəmətə və ecazkar nitq sahibi olanın – səmaların və yerin Rəbbinin nitqinə qarşı duruş gətirə bilərdi­lərmi? Məgər yerin bütün ağaclarından hazırlanmış qələmlərlə və yeddi okean mürəkkəbinin köməyi ilə yazıldığı halda belə sözləri bitib tükənməyən Rəblə rəqabət apara bilərdi­lərmi? Doğrudan da, əgər bu baş verərsə, onda Böyük Allahın sözləri qurtarma­mışdan mürəkkəb okeanları quruyar, qələmlər isə yazmaqla aşılanıb yeyilər.

Məxluqların keyfiyyətləri Onun ilahi sifətlərinə bənzəmir və onların nitqi də Onun ilahi nitqinə oxşaya bilməz. Heç kim Fövqəlxeyirxah və Fövqəluca Allahın zatı, adları, sifətləri və ya əməlləri ilə müqayisə oluna bilməz! Vay o şəxslərin halına ki, onlar Xaliqin sözləri ilə məxluqların nitqi arasında fərqi görmür! Vay o adamın halına ki, o, Müqəddəs Quranı Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) yazdığını və onu Allaha aid etdiyini güman edir!

 

ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ;

 

Biz bu Quranda insanlara hər cür misallar çəkdik, lakin insanların əksəriyyəti kafirlikdən başqa hər şeyi rədd edir”.

 

Quran ayələri, Allahın qullarına dəfələrlə xatırlatdığı və onların bilməyə kəskin ehtiyac duyduqları müxtə­lif moizələr və hikmətli sözlərdən ibarətdir. Bu ona görə edilmişdi ki, insanlar haqqı tez-tez yada salsınlar və öz Rəbbindən qorxsunlar. Lakin Quran nəsihətlərinə qulaq asanlar çox azdır. Onu dinləyənlər Allahın onlara xoşbəxt sonluq təyin etdiyi və doğru yola gəlməyə yardım göstərdiyi şəxslərdir. Əksər insanlara gəldikdə isə, onlar kafirlikdən başqa hər şeydən boyun qaçırırlar. Onlar Allahın bəxş etdiyi ən böyük mərhəmətini etiraf etməkdən imtina edir, ən tərs inadkarlıq göstərir və Allahdan onlara – bu zalım və cahil insanlara, ürəklərindən keçən yeni möcüzələr göstər­məsini tələb edirlər.

 

ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ;

 

(17.90) “Onlar deyirlər: “Əgər yerdən bizim üçün bir bu­laq fışqırtmayınca, sənə iman gətirməyəcəyik”

(17.91) “və ya sənin xurmalığın, üzümlüyün olmayınca və aralarından çaylar axıtdırmayınca”

(17.92) “və ya iddia etdiyin kimi, göyü parçalayıb başı­mıza qaxmayınca, ya da sən Allah və mələklərlə birlikdə gəlib qarşımızda dayanmayınca”

Və yaxud da daş-qaşdan imarətin olmayınca, ya da sən göyə qalxmayınca, hətta biz sənin göyə qalxmağına da, sən oradan bizim oxuyacağımız Kitabla enəcəyinədək, inanma­ya­­cağıq”. De: “Rəbbim pakdır! Mən isə adi bir insan və elçiyəm”.

Məkkə müşrikləri zəruri dəlillər və möcüzələrdən ibarət olan Müqəddəs Quranla onların yanına göndərilmiş Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!): “Biz sənin dinini o vaxt qəbul edəcəyik ki, sən bizə yerdən bir çeşmə fışqır­da­san ki, o şırıldayan çaya çevrilsin. Bir də, sənin xurma ağacları və üzüm təngləri olan bağın olmalıdır ki, heç nəyə ehtiyacın olmasın və bazarda alverlə məşğul olmayasan. Həm də sən gö­yün bir parçasını qoparıb, üstümüzə ataraq göstərməlisən ki, bizə vəd etdiyin cəzanın necə olacağını görək. Sən həmçinin bizə Allahı və mələkləri göstərməlisən ki, onlar sənin təliminin doğru olduğunu təsdiq etsinlər. Sənin həm də qızıldan və başqa daş-qaşlardan tikilmiş dəbdəbəli bir sarayın olmalıdır. Sən həmçinin göyə necə ucalacağını göstərməlisən. Lakin bizim tələbimizi yerinə yetirsən də, biz, sən oradan bizim oxunmasına razı olacağımız bir Kitab gətirməsən, göyə qalxa bildiyinə də inanma­yacağıq” – demişdilər.

Axmaq və zalım kafirlər bu sözləri ilə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gücsüz oldu­ğunu ifşa etməyə cəhd göstərirdilər. Bu sözlərdən anlamaq olar ki, onlar haqqı inkar edir və Allaha ehtiram göstərmək istəmir­dilər. Buna görə Allah, insanlara Allahın möcüzələrini göstərməli olan Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edirdi ki, desin: “Allah Pakdır! Onun, sizin uydurduğunuz iftiralarla heç bir əlaqəsi yoxdur! O, sizin pozğun istəyinizə və azğın baxışlarınıza uyğun möcüzələr nazil etməkdən sonsuzluğa qədər uzaqdır! Mən isə, heç bir hökmdarlıq səlahiyyəti verilmə­yən, sadəcə, adi bir insan və elçiyəm”.

 

ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ;

Nsanlara haqq yolu göstərən rəhbərlik gəldikdən sonra iman gətirmələrinə mane olan: “Doğrudanmı Allah insanı elçi göndərmişdir?” – demələri oldu”.

De: “Əgər mələklər yer üzündə rahatlıqla gəzə bilsəydilər, onda Biz onlara bir mələk elçi göndərərdik”.

İnsanların əksəriyyəti Allahın elçilərinin insanlardan olma­sına görə onlara iman gətirməyi rədd edirlər. Lakin elçilərin insanlar arasından seçilməsi, Allahın qullarına olan mərhəmətini sübut edir, çünki insanlar mələklərdən bilik öyrənmək qabiliy­yətinə malik deyillər. Əgər yer üzündə yaşayanlar mələk olsay­dılar, onda onlar özlərinin eyni olanları görə bilər və onlardan bilik əldə edə bilərdilər və Allah da onlara elçi olaraq mələk göndərərdi.

 

ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ;

 

De: “Mənimlə sizin aranızda Allahın şahid olma­sı yetər! Həqiqətən, O, qullarını tanıyır və görür”.

Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) göstərdiyi əzəmətli xariqə və möcüzələri Allahın iradəsi ilə edirdi, ona (s.ə.s.) nazil edilən vəhylər və Allahın iradəsi ilə düşmənləri üzərində çaldığı qələbələr Allahın onun (s.ə.s.) lehinə olan dəlilləridir. Əgər o (s.ə.s.) öz Rəbbinə, azca da olsa, yalan aid etsəydi, onda Hər Şeyi Bilən və Görən Allah onun (s.ə.s.) sağ əlin­dən tutub şah damarını qırardı. Həqiqətən, qullarının gizli əməl­lərinin heç biri Ondan gizlədilə bilməz.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ;

 

Allahın düz yolla apardığı şəxs düz yolla da gedir. Amma Allah kimi azdırırsa, sən onlara Allahdan başqa Hami tapa bilməzsən. Qiyamət günü Biz onları üzüqoylu uzan­mış, kor, lal və kar olduqları vəziyyətdə toplayacağıq. Onların sığınacağı Cəhənnəm olacaqdır. O sakitləşən kimi Biz onun alovunu artıracağıq”.

Bu, onların Bizim ayələrimizə iman gətirməmək­lə­rinin və “Doğrudanmı biz sür-sümük olub torpa­ğa qarışdıq­dan sonra yeni məxluq kimi dirildiləcəyik?” demələrinin əvə­zidir”.

Fövqəluca Allah bildirir ki, təkcə O, insanları düz yola yönəltməyə və ya azğınlığa salmağa qadirdir. Əgər O, insanı düzgün yolla aparmaq istəyirsə, onda həmin adamın xeyirxah təşəbbüslər etməsini asanlaşdırır və onu ona ağır yük ola biləcək hər şeydən uzaqlaşdırır. Belə insan doğrudan da doğru yola gəlir. Amma Allah kimi isə hər hansı bir azğınlığa düçar etmək istəyirsə, onda onu Öz köməyindən məhrum edir və taleyi ilə başlı-başına buraxır. Allahdan başqa heç kim belə bir insanı doğru yola gətirə bilməz və O, üzüqoylu uzanmış, alçaldılmış, kor və lal kafirləri toplayan zaman heç kim onu amansız cəzadan müdafiə edə bilməz. Onlar nə görə, nə də danışa biləcəklər, onların daimi məskəni isə Cəhənnəm olacaqdır ki, orada bütün qəm-qüssə, çətinliklər və məşəqqətlər bir yerə cəmləşdirilmişdir. Cəhənnəmin odu sönməyə başlayanda, Allah onu yenidən alovlandırmağı əmr edəcək ki, əzaba düçar edilmişlərin əzabı, bir anlığa da belə olsa, azalmasın. Onlar orada öldürülməyəcəklər, çünki onlar bir daha heç vaxt ölümü dadmayacaqlar. Fövqəluca onlarla zalımcasına davranmır. Əksinə, onlar Onun ayələrinə iman gətirməkdən boyun qaçırdıqlarına, Onun elçiləri və Səmavi Kitabların xəbərdarlıq etdiyi dirilməni inkar etdiklərinə görə ədalətli əvəz alacaqlar. Onlar elə hesab edirdilər ki, Rəbb ölənləri diriltməyə qadir deyil və Onun hüdudsuz qüdrətinə inanmır­dılar. Onlar belə düşünürdülər ki, meyitlər torpağa qarışdıqdan sonra onların dirildilməsi ağlasığmazdır. Onların yararsız ağılla­rına görə bu inanılmaz bir şeydir.

 

ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ;

Məgər onlar görmürlər ki, göyləri və yeri yaratmış Allah onlar kimiləri də xəlq edə bilər? O, onlar üçün, şübhə doğurmayan bir əcəl təyin etmişdir, lakin zalımlar küfrdən başqa hər şeyi inkar edirlər”.

 

Göyləri və yeri yaratmaq insanı yaratmaqdan daha ağır əməldir. Məgər göyləri və yeri yaradan Allah insan kimi bir məxluq yaratmağa qadir olmazmı? Həqiqətən, O, buna qadirdir! O, insanlar üçün şübhə doğurmayan əcəl təyin etmişdir. Əgər bu təyinat olmasaydı, O, günahkarları onlara dirilmənin doğruluğu barədə təkzibolunmaz dəlillər gətirildikdən sonra, dərhal cəzalandırardı. Bu dəlillərə baxmayaraq, günahkarlar zalımlıq etməkdə və yalan uydurmaqda davam edirlər.

 

ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ;

 

De: “Əgər siz Rəbbi­min rəhmət xəzinələrinə sahib olsay­dınız belə, yenə də onun xərc­lənib tükənməsindən qor­xa­raq xə­sislik edərdiniz. Çünki insan xə­sis­dir”.

Ey insanlar! Əgər siz Allahın tükənməz mərhəmət xəzinə­lərinin sahibi olsaydınız da, var-dövlətinizin tükənəcəyindən ehtiyat edərək, başqalarına səxavətlə hədiyyə verməyə xəsislik edərdiniz. Allahın var-dövlətinin tükənməzliyinə baxmayaraq, siz bundan ehtiyat edərdiniz. Bu, insan nəfsinə xəsisliyin xas olması ilə izah edilir[22].

 

ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ;

 

Biz Musaya doqquz açıq-aşkar möcüzə bəxş etdik. İsrail oğullarından soruş, gör Musa onların yanına necə gəlmişdi və Firon ona demişdi: “Ey Musa! Həqiqətən, mən belə hesab edirəm ki, sən sehrlənmişsən”.

 

Ey Allahın çoxsaylı ayələri ilə yardım etdiyi Elçi! Sən Allahın elçilərinin insanlar tərəfindən yalançı adlandırılan ilki deyilsən. Sənə qədər onlara Allahın Özü ilə danışan İmran oğlu Musa (ə) göndərilmişdi. O (ə), Fironun və onun camaatının yanına doqquz açıq-aşkar möcüzələrlə gəlmişdi və onlardan hər biri bəs edərdi ki, haqqı axtaran doğru yola gəlsin. Bu möcüzələr: ilan, əsa, su basqını, çəyirtkə, bitlər, qurbağalar, qan, əl və dənizin aralanmasın­dan ibarət idi. Əgər sən buna şübhə etmiş olsan, onda İsrail oğullarından soruş. Onlar təsdiq edərlər ki, Firon bu möcü­zələrə baxmayaraq, pak peyğəmbəri (ə) sehrlənmiş adlandırdı.

 

ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬﯭ;

 

 

Musa dedi: “Sən artıq bilirsən ki, bir başqası deyil, ancaq göylərin və yerin Rəbbi onları əyani möcüzələr kimi nazil etmişdir. Ey Firon! Mən belə güman edirəm ki, sən məhvə düçar ediləcəksən”.

 

Ey Firon! Göylərin və yerin Rəbbi möcüzələr göndərmişdir ki, Onun qullarının gözləri açılsın. Sən düşündüyünü danışmır­san. Bu üsulla sən Misir xalqını öz tərəfinə çəkməyə cəhd edirsən. Doğrudan da, sən onları axmaq insanlar sayırsan. Mən isə səni məhvə məhkum edilmiş hesab edirəm. Allahın sənə qəzəbi tutacaq və sən cəzalandırılacaqsan. Sənin nəsibin alçaldılma və lənətlənmə olacaqdır.

 

ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ;

Firon onları yerlərindən sıxışdırıb çıxartmaq istədi, lakin Biz onu və onunla olanların hamısını suya qərq etdik”.

Bundan sonra Biz İsrail oğullarına dedik: “Yaşa­yın bu torpaqda. Son vəd icra olunduğu zaman, Biz sizin hamı­nızı bir yerdə toplayacağıq”.

 

Firon Musanı (ə) və onun soydaşlarını Misir torpağından rüsvayçılıqla qovmaq qərarına gəlmişdi. Lakin Allah onu öz qoşunları ilə birlikdə dənizdə batırdı və onların malikanələri və evləri İsrail oğullarının irsinə çevrildi. Onlara bu ölkədə yaşamaq və insanların bir yerə toplanılacağı və hər kəsin törətdiklərinin əvəzini alacağı günə[23] hazırlaşmaq əmr olundu.

ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ;

Biz onu Haqq ilə nazil etdik və o, Haqdan enmiş­dir və səni də Biz müjdə vermək və xəbərdarlıq edən nəsihətçi kimi göndərmişik”.

Allah Müqəddəs Quranı həqiqətlə nazil etmişdir ki, insanlar Onun hökmləri və qadağanları, mükafatları və cəzalan­dıracağı barədə bilikləri öyrənsinlər. Quran insanlara daş-qalaq edilmiş hər hansı şeytandan mühafizə olunan[24] həqiqətlə və ədalətlə göndə­rilmişdir. Onu gətirən Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) olmuşdur. O (s.ə.s.), Allaha itaət edən insanları həm bu dünyada, həm də öldükdən sonra mükafatlan­dırılacaqları haqqında xoş xəbərlə sevindirmiş və Ona itaətsizlik göstərənləri isə həm bu dünyada, həm də Axirətdə cəzalan­dırılacaqları barədə xəbərdar etmişdir. Bu o deməkdir ki, o (s.ə.s.), Allahın mükafatının necə olduğunu və Onun cəzasının necə olacağını təsvir etmişdir.

ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ;

Biz Quranı hissələrə ayırmışıq ki, sən onu insan­lara tələsmədən oxuyasan. Biz onu hissə-hissə nazil et­mişik”.

Quran ayələri doğru yolla azğınlıq, həqiqətlə yalan arasın­dakı fərqi nümayiş etdirir. Allah onları nazil etmişdir ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) tələsmədən onları insanlara oxusun və onlar da ayələr üzərində düşünsünlər, onların mahiyyətini dərk etsinlər və özləri üçün faydalı olan bilikləri aydınlaşdıra bilsinlər. Vəhylər Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) hissə-hissə iyirmi üç il ərzində nazil edilmişdir. Fövqəluca bununla əlaqədar buyurur: “Kafirlər dedilər: “Niyə Quran ona bütövlükdə bir dəfəliyə nazil edilməmişdir?” Biz bunu belə etmişik ki, onlarla sənin ürə­yini möhkəmlədək və onu ən gözəl tərzdə sənə izah etmişik. Onlar sənə istənilən məsəli çəkdikdə, Biz sənə həqiqəti və ən yaxşı təfsirini açıqlamışıq” (Furqan, 25/32-33).

 

ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ;

 

De: “Ona iman gətirin və ya gətirməyin! Həqi­qə­tən, onu əvvəllər elm əta edilmişlərə oxuduqda, onlar, çənələ­ri yerə toxunaraq, səcdəyə qapılırlar”.







Дата добавления: 2015-09-04; просмотров: 545. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит...

Кран машиниста усл. № 394 – назначение и устройство Кран машиниста условный номер 394 предназначен для управления тормозами поезда...

Приложение Г: Особенности заполнение справки формы ву-45   После выполнения полного опробования тормозов, а так же после сокращенного, если предварительно на станции было произведено полное опробование тормозов состава от стационарной установки с автоматической регистрацией параметров или без...

Мотивационная сфера личности, ее структура. Потребности и мотивы. Потребности и мотивы, их роль в организации деятельности...

Классификация ИС по признаку структурированности задач Так как основное назначение ИС – автоматизировать информационные процессы для решения определенных задач, то одна из основных классификаций – это классификация ИС по степени структурированности задач...

Внешняя политика России 1894- 1917 гг. Внешнюю политику Николая II и первый период его царствования определяли, по меньшей мере три важных фактора...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.045 сек.) русская версия | украинская версия