SURƏSİNİN. Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ŞƏRHİ; ﭑ ﭒ ﭓ ﭔ; Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ; (18.1) “Həmd olsun o Allaha ki, quluna Kitab nazil etmiş və onda nöqsana yol verməmiş”, (18.2) “və onu dopdoğru etmişdir ki, dərgahından gələcək ağır əzabdan çəkindirsin, saleh əməllər işləyən möminlərə onlar üçün gözəl mükafat [25] hazırlandığı haqqında müjdə versin ki, ” (18.3) “onlar orada [26] əbədi qalacaqlar” “Həmd” sözü ilə, Onun kamil sifətlərindən və həmçinin insanların onun sayəsində öz dünyəvi və ruhani həyatını sahmana saldıqları aşkar və gözlə görünməyən Səxavətindən istifadə etməklə Allahı tərifləmələri nəzərdə tutulur. Şübhəsiz ki, bu nemətlərdən ən şərəflisi Allahın qulu və Elçisi Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi Əzəmətli Kitabı – Müqəddəs Qurandır. Fövqəluca Özü Özünü tərifləməklə, Elçisinin (s.ə.s.) gəlişi və Kitabın nazil edilməsi münasibətilə insanları Onu tərifləməyə dəvət edir. Sonra Allah Öz Kitabının iki məziyyətini səciyyələndirir ki, bunlardan hər biri onun hərtərəfli kamilliyini təsdiq edir. Birincisi, onda hər hansı ziddiyyət yoxdur. İkincisi, o – doğrudur. Ziddiyyətlərin və nöqsanların olmaması ona dəlalət edir ki, Quran hekayətləri arasında yalançı nağıllar yoxdur və Quran ehkamları da mənasız və ədalətsiz deyildir. Kitabın doğru olması onu göstərir ki, hekayətlər və hökmlər insanların qəlbini bilik, iman və həqiqi məna ilə dolduran ən düzgün etiqadı təbliğ edir. O, Allahın adları, sifətləri və əməlləri haqqında rəvayət edir və həmçinin olub keçmiş və hələ olacaq hadisələr haqqında qeybə dair biliklərin bir hissəsini insanlara açıqlayır. Kitabın hökmləri və qadağaları ürəkləri təmizləyir, ruhu nəcibləşdirir, onları inkişaf etməyə və təkmilləşməyə məcbur edir. Onlar kamillik, ədalət və qərəzsizliklə doludur və şəriki olmayan Tək Allaha qulluq etməyə yönəldilmişdir. Belə gözəl keyfiyyətlərə malik olan Kitabı nazil etməsinə görə Allahın Özünü tərifləməyə doğrudan da haqlı olduğunu və Öz qulları qarşısında bununla fəxr etməsini göstərir. Quran, onun müdrik ayələri, Allahın əmrlərini pozmağa cəsarət edən hər kəsi gözləyən və artıq qədərlə təyin olunmuş cəzanı insanlara xatırlatmaq üçün nazil edilmişdir. Bu, həm bu dünyada əzab-əziyyət, həm də öldükdən sonra cəza ola bilər. Fövqəluca insanları onlara zərər verə biləcək və məhvə düçar edəcək hər şeydən çəkindirir və bu da Onun ən böyük lütfkarlıqlarından biridir. Buna görə, Cəhənnəm Alovunun təsvirində deyilir: “Allah bununla qullarını dəhşətə salır. Ey Mənim qullarım, Məndən qorxun!” (Zumər, 39/16). O, Öz mərhəməti ilə, Onun hökmlərinə itaətkarlıq etməyənləri sərt cəzaya məhkum etmişdir. O, Öz qullarına bu cəza barədə xəbər verir və izah edir ki, onları müdhiş məşəqqətlərə düçar edən məhz hansı əməllərdir. Allah Öz quluna (s.ə.s.) Kitabı nazil etmişdir ki, o (s.ə.s.), Ona, Onun elçilərinə və Onun Kitabına iman gətirənlərə, imanını təkmilləşdirənlərə, xeyirxah işləri səmimiyyətlə Onun xatirinə və Onun Peyğəmbərinin (s.ə.s.) yoluna tam uyğun olaraq görərək, dinin vacib və nafilə tələblərini yerinə yetirənlərə müjdə versin. Belə insanlar gözəl mükafata layiqdirlər ki, Allahın istəyi ilə, onunla ancaq iman gətirmişlər və yaxşılıq edənlər təltif olunurlar. Ən başlıcası isə, onların Onun mərhəmətini qazana bilmələridir və onlar Cənnət bağlarına düşəcəklər, orada onlar üçün baxışların görmədiyi, qulaqların eşitmədiyi və insanın xəyalına belə gətirə bilmədiyi nemətlər hazırlanmışdır. Allah Özü onların mükafatını gözəl adlandırmışdır, çünki onların sevincini orada heç bir şey poza bilməyəcək və onların narahatlığına səbəb olmayacaq. Əgər bu belə olmasaydı, onda onların mükafatı, sözün tam mənasında, gözəl adlandırılmazdı. Cənnət mükafatı heç vaxt azalmayacaq və möminlər onu itirməyəcəklər. Bundan başqa, o, hər an ancaq artacaqdır. Allah möminləri belə mükafat haqqında xəbərlə sevindirərək, onlara xatırladır ki, Müqəddəs Quranda insanların qəlbinin vəcdə gələcəyi və ruhunun şadyanalıq edəcəyi uğura nail olmağa imkan verən bütün saleh əməllər yad edilmişdir.
ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ Və həm də: “Allah Özünə oğul götürmüşdür” deyənləri çəkindirmək üçün...[27]”. Yəhudilər, xristianlar və müşriklər belə yaramaz ifadələri bu barədə səhih bilikləri və haqlı olduqlarına əmin olmadan söyləyirlər. Bu barədə hətta onların, kor-koranə təqlid etdikləri və yolları ilə getdikləri atalarına belə heç nə məlum deyildi. Buna görə Fövqəluca buyurur:
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ
Bu barədə nə onlar, nə də ataları biliyə malik deyildilər. Ağızlarından çıxan sözləri ağır və danışdıqları isə təkcə yalan idi”. Onlar zənnə qapılır və öz nəfslərinə uyaraq, dəhşətli cinayətlər törədir və özlərini əzabverici cəzaya məhkum edirdilər. Allahın haqqında oğul törətməsini iddia etməkdən daha müdhiş cinayət nə ola bilər?!! Bu, Allahın sifətlərinin mükəmməl olmadığını və Allahın sifətlərinə malik oğlunun olmasını güman etməkdir. Həqiqətən də, bu – müdhiş iftiradır. Fövqəluca buyurur: “Allaha böhtan atanlardan daha zalım kim ola bilər?” (Kəhf, 18/15). Müşriklərin iddialarının həqiqətlə heç bir əlaqəsi yoxdur və baxın görün, Allah onları necə də ardıcıllıqla təkzib edir. Əvvəlcə O bildirir ki, nə müşriklər, nə də ata-babaları öz baxışlarının doğruluğu haqqında biliyə malik deyildilər. Əgər insan dəqiq məlumatlara istinad etmədən Allah haqqında danışırsa, onda onun iddiaları məqbulolunmazdır və qüsurludur. Sonra O, xəbər verir ki, müşriklərin dedikləri müdhiş cinayətdir. Axırda isə, O, onları əsl yalan adlandırır və həqiqətə tamamilə zidd olduğunu buyurur.
ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ;
|