Biz bu Quranda izahat veririk ki, onlar nəsihətləri yada salsınlar, lakin bu onların ancaq kin-küdurətini artırır”.
Fövqəluca bu ayədə xəbər verir ki, Quran ayələrində istənilən dini hökmlər izah edilmişdir. Onlarda Quranın dəvət etdiyi şeylərin xeyrinə olan çoxsaylı dəlillər vardır. Onlarda insanların özlərinə xeyir gətirməsi və onlara zərər vura bilməsi ilə əlaqədar tez-tez xatırlanması üçün müəyyən edilmiş öyüd-nəsihətlər vardır. Belə olarsa, onlar zərərli və təhlükəli olan hər şeydən çəkinərək faydalı əməllər yerinə yetirə bilərlər. Lakin insanların əksəriyyəti kəramətli Quran ayələrindən üz çevirməyi üstün tuturlar. Bunun səbəbi isə ondadır ki, onlar həqiqətə nifrət edirlər və etiqad etdikləri yanlış baxışlara aludədirlər. Onlar öz yalanlarına o dərəcədə fanatikcəsinə qapılıblar ki, Allahın ayələrinə qulaq asmaq və onlara diqqət yetirmək istəmirlər. Onu da qeyd etmək lazımdır ki, Quran ayələrinin əksəriyyəti və onların inandırıcı dəlilləri tək Allaha ibadətin zəruriliyinə həsr edilmişdir, çünki tövhid imanın ən mühüm əsasıdır. Allah tövhidə etiqad etməyi əmr etmiş və Ona şərik qoşmağı isə yasaqlamışdır. O, Öz sözlərini çoxsaylı nasslar[15] və məntiqi dəlillərlə sübuta yetirmişdir. Əgər insan, heç olmazsa, bu dəlillərin bir hissəsi üzərində düşünərsə, onun qəlbində tək Allaha ibadət etməyin zəruriliyinə kiçicik şübhə yeri belə qalmaz. Növbəti ayədə Fövqəluca bu məntiqi dəlillərdən birini xatırladır.
ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ;
De: “Əgər, onların söylədiyi kimi, Onunla bərabər digər tanrılar mövcud olsaydılar, onda onlar hökmən Ərşin Rəbbinə yol arayardılar”. EyMuhəmməd! Allahla bərabər digər tanrıların olduğuna inanan müşriklərə de: “Əgər sizin uydurmalarınız və yanlış ehtimallarınız həqiqət olsaydı, onda bütün tanrılar özlərini Allaha ibadət etməyə həsr edər, Onun yaxınları arasında olmaq ümidi ilə Ona doğru can atardılar. Niyə öz Rəbbinə ibadət etməyə güclü ehtiyacı olan Allahın zəif və köməksiz qulları Onunla bərabər digər ilahlara ibadət etməyə başlayırlar? Məgər bu ən böyük zalımlıq və dəhşətli bir axmaqlıq deyilmi?!!” Belə bir şərh nəzərə alınarsa, onda təfsir etdiyimiz ayə Quranın aşağıdakı vəhyinə oxşayacaqdır: “Onların dua etdikləri, özləri, digərlərini qabaqlayaraq, öz Rəbbinə yaxınlaşmağa yollar arayırlar. Onlar Onun lütfkarlığına ümid bəsləyir və Onun əzabından qorxurlar” (İsra, 17/57). “O Gün O, onları və onların Allahın yerinə ibadət etdiklərini toplayacaq və deyəcək: “Sizmi Mənim bu qullarımı azğınlığa salmışdınız və ya onlar özləri yollarını azmışdılar?” Onlar deyəcəklər: “Sən paksan! Bizə Sənin əvəzinə özümüzə hamilər və köməkçilər götürmək yaraşmazdı. Lakin Sən onlara və atalarına nemətlərindən faydalanmağa imkan verdin, onlar isə Zikri unutdular. Onlar islaholunmaz xalq idi” (Furqan, 25/17-18). Lakin şərh etdiyimiz ayənin digər təfsiri də mövcuddur və ona uyğun olaraq belə bir nəticə çıxarılmışdır ki, əgər Allahla bərabər digər ilahlar mövcud olsaydılar, onlar Fövqəluca Allaha üstün gəlməyə cəhd göstərərdilər və digərlərini özünə tabe edən ilah Vahid Rəbb olan Allah olardı. Amma müşriklər etiraf edirlər ki, onların ibadət etdikləri ilahlar Allahdan tam asılı vəziyyətdədirlər və Kainatda müstəqil sərəncam çəkməyə qadir deyillər. Onlar öz allahlarını fövqəlqüdrət sahibləri hesab etmirlər. Bununla əlaqədar Fövqəluca buyurur: “Allah Özünə oğul götürməmişdir və Onunla yanaşı başqa ilah yoxdur. Əks təqdirdə, hər bir ilah özü ilə yaratdıqlarını aparardı və onlardan bəziləri digərləri üzərində ucalardı. Allah onların Ona aid etdiklərindən Ucadır!” (Muminun, 23/91). ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ;
|