Студопедия — Biz Axirətə inanmayanlara şiddətli iztirab hazır­lamışıq”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Biz Axirətə inanmayanlara şiddətli iztirab hazır­lamışıq”.






 

Quran ayələri özündə həm müjdə, həm də xəbərdarlıqları əks etdirir. Onlarda imandan və saleh əməllərdən bəhs edilir ki, bunların sayəsində insanlar müjdə eşitmək və mükafat almaq haqqına layiq görülürlər. Ayələrdə bəyan edilir ki, əgər insan özünə başqa yol seçərsə, əzab-əziyyətə məhkum ediləcəkdir.

 

ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ;

 

Nsan xeyirdən ötrü dua etdiyi kimi, şər üçün də dua edir. Həqiqətən də, insan tələskəndir”.

 

Həmişə tələsən insanın bu xasiyyəti onun nadanlığına dəlalət edir. O, qəzəbləndiyi zaman ya özünə, ya da uşaqlarına qarğış etməyə başlayır. O, xeyirdən ötrü tələsə-tələsə Allaha dua etdiyi kimi, beləcə tez-tələsik bu lənəti ilə də Ona müraciət edir. Lakin Allah insana qarşı mərhəmətli və rəhmlidir. O, onun xeyirxah dualarını qəbul edir və onun qarğışlarına isə əhəmiyyət vermir. Fövqəluca buyurur: “Əgər Allah insanların dualarında dilədikləri xeyrin gerçəkləşdirilməsini sürətləndirdiyi kimi, onların qarğışlarında dilədikləri şərin gerçəkləşməsini də insan­lar üçün sürətləndirsəydi, onda onlar hökmən məhv olardılar” (Yunus, 10/11).

 

ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ;

Biz gecə və gündüzü dəlillər etdik. Rəbbinizin mərhəmətinə can atasınız, illərin sayını və hesabı biləsiniz deyə, gecə nişanəsini götürüb, gündüz əlamətini işıqlandırdıq. Belə ki, Biz hər şeyi təfərrüatı ilə açıqlayırıq”.

Gündüz və gecə Allahın hüdudsuz qüdrəti və hər şeyi əhatəedən mərhəmətini təsdiq edən iki dəlildir. Onlar təkcə Onun ibadətə layiq olduğunu təsbit edirlər. O, gecəni qaranlıq etmişdir ki, məxluqları sakitliyə çəkilib istirahət etsinlər. O, gündüzü işıqlı etmişdir ki, onlar gündəlik işləri ilə məşğul ola bilsinlər, məhsul istehsal etsinlər, ticarət etsinlər, səyahət çıxsınlar. Gündüzün və gecənin bir-birini əvəz etməsi və ayın vəziyyətinin dəyişməsi sayəsində O, insanlara illərin sayını yadda saxlamağı və hesab­lamağı öyrətmişdir və onlar da bundan müxtəlif faydalar əldə edirlər. Allah insanlara Öz dəlillərini izah etmişdir ki, onlar ətrafda gedən prosesləri yaxşıca araşdıra və həqiqəti yalandan fərqləndirə bilsinlər. Bununla əlaqədar Fövqəluca buyurur: “Biz Kitabda heç nəyi nəzərdən qaçırmamışıq” (Ənam, 6/38).

 

 

ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ;

 

Biz hər bir insanın əməllərini boynundan asmışıq. Qiyamət günü isə Biz ona kitabını açıq şəkildə təqdim edəcəyik”.

(17. 14) “Oxu öz kitabını! Bu gün sənin özünün öz əleyhinə hesablamağın bəs edər!”

Fövqəluca bu ayələrdə Öz ədalətinin kamilliyindən bəhs edir. İnsanın bütün yaxşı və pis əməlləri təkcə onun özünə qalır. Başqa insanlar onun əməllərinə görə məsuliyyət daşımırlar. Qiyamət qopduqda isə hər bir insan özünün xeyir və şər, böyük və kiçik əməlləri yazılmış lülə halında bükülü kitabı [9] açıq şəkildə görəcəkdir və bu zaman ona əmr ediləcəklər ki, onu əzaba məhz nəyin məhkum etdiyinə şəxsən əmin olması üçün öz əməllərinə özü qiymət versin. Həqiqətən də bu, Allahın ən ali ədalət sahibi və qərəzsiz olmasına dəlalət edir.

ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ;

Kim doğru yolla gedirsə, xeyri – özünədir. Az­ğın­lığa qapılanlar da özlərinə zərər vururlar. Heç bir nəfs baş­qasının yükünü daşımayacaq. Biz insanları, onlara Elçi göndər­mədən, heç vaxt cəzalandırmamışıq”.

 

Hər kəs doğru yola gəldikdə və ya azğınlığa düşdükdə bunu təkcə özü üçün edir. Heç kim özgələrinin günahının yü­künü daşımır və törətdiyi şərin bir qətrəsindən belə özünü müdafiə edə bilməz, çünki Fövqəluca Allah Ədalətli Hakimdir. O, günahkarları o halda cəzalandırır ki, peyğəmbərliyin mahiy­yəti haqqında biliyə malik olsunlar və buna baxmayaraq onun aydın dəlillərini etiraf etməkdən inadcıllıqla boyun qaçırsınlar. Amma, əgər günahkar peyğəmbər hökmləri haqqında məlumata malik olduqdan sonra onları yerinə yetirməyə başlayarsa və yaxud ömrünün sonunadək peyğəmbərlərin təliminin varlığı barəsində məlumatsız olarsa, onda Fövqəluca Allah onu cəzalan­dırmır. Bu ayə ona dəlalət edir ki, peyğəmbərlərin təlimlərinin unudulduğu bir zamanda yaşayan insanlar, həmçinin müşrik­lərin həddi-buluğ yaşına çatmadan ölən uşaqları, Allah onlara elçini göndərənədək cəzaya məhkum edilməyəcəklər. Həqiqətən, O, istənilən ədalətsizlikdən sonsuzluğa qədər uzaqdır.

 

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ;

 

Gər Biz bir diyarı məhv etmək istəsək, əvvəlcə onun cah-calal içində yaşayanlarına itaət etməyi əmr edərik. Onlar şərəfsizliyə qurşandıqda, Sözümüz barələrində gerçəklə­şər və Biz onu tamamilə məhv edərik”.

(17. 17) “Nuhdan sonra Biz nə qədər nəsllər məhv etmi­şik! Allahın qullarının günahını bilməsi və görməsi kifayət­dir!”

Fövqəluca Allah bu ayələrdə bildirir ki, sakinləri zalımlıq edən şəhər və kəndlərin məhv edilməsindən əvvəl, O, həmin şəhərlərin varlı sakinlərinə şərəfsizliyə qurşanmağa imkan verir. Lakin onların zalımlığı yol verilən bütün hədləri aşıb keçdikdə, cəza haqqında vəd edilmiş və qaçılması mümkün olmayan söz icra edilirdi və Allah onların kökünü tamamilə kəsirdi. Bu qismət, Nuhun (ə) xalqına, adlara, səmudlulara, Lutun (ə) xalqına və Allahın sərt cəzaya məhkum etdiyi bir sıra digər xalqlara nəsib oldu. Onların şərəfsizliyi və kafirliyi o dərəcədə böyük idi ki, onlar çox böyük cəzalandırılmalara layiq görüldülər. Onlar Allah­ın ədalətsizlik edəcəyindən qorxmamalıydılar. Çünki O, onları törətmədikləri xətalara görə heç vaxt cəzalandırmazdı.

 

ﭑﭒ ﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ;

 

Gər kimsə ötəri həyatı şiddətlə arzulayırsa, onda Biz o saat istədiyimizi istədiyimizə əta edərik. Sonra isə Biz onu, alçaldılmış tərk edilmiş halda Cəhənnəmə vasil edərik”.

Əgər insan keçəri və fani dünya həyatı üçün yanıb-yaxı­lırsa, onun xatirinə işləyirsə və özünün ilk və son məskənini unudaraq, ona can atırsa, onda Allah onun maddi nemətlər əldə etməsini yüngülləşdirir. Allah belə insanların hər birinə, Müha­fizə olunan Lövhədə yazılmış Qədərə tam müvafiq olaraq, o nemətlərdən Öz istədiyi qədər əta edir. Lakin bu nemətlər həmin insanlara fayda verməyəcək və onları çox qısa müddət ərzində məmnun edəcək. Onlar Axirət həyatına düşdükdə, məğlub edil­miş və alçaldılmış halda Cəhənnəmdəki cəzaya məruz qoyula­caqlar. Onlar Allah qarşısında, məxluqların gözü önündə biabır ediləcək və Onun mərhəmətindən məhrum olunacaqlar. Onların qisməti həm cəza, həm də rüsvayçılıq olacaqdır.

 

ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ;

Kİm Axirət həyatını sevərsə və mömin kimi ona layiqincə can atarsa, onda onun səylərinin əvəzi veriləcəkdir”.

Həm onlardan, həm də o birilərindən hər birinə Biz sənin Rəbbinin nemətlərini bəxş edirik və Rəbbinin hədiyyələri qadağan edilməmişdir”.

 

Əgər insan Axirət həyatında mükafat almaq istəyirsə, onda o, Səmavi Kitabları və peyğəmbərlərin nəsihətlərini rəhbər tutaraq dünya həyatına nisbətən, ona[10] üstünlük verirsə, bu nəsihətləri öz imkanları daxilində yerinə yetirirsə, həmçinin Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirirsə, onda onun səylərinin əvəzi veriləcək, qəbul ediləcək, artırılacaq və qorunacaq və o, onlara görə mükafat alacaqdır. Bu heç də qətiyyən o demək deyildir ki, belə adam dünya nemətlərindən məhrum ediləcəkdir; axı Allah Öz qullarının hər birinə onlardan əta edir. Bu – Allahın hədiyyələri və səxavətinin nəticəsidir və onlardan istifadə etmək heç kimə qadağan edilməmişdir. Əksinə, bütün məxluqlar onlardan ləzzət almaq imkanına malikdirlər.

ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ;

Bax gör, Biz onlardan bəzilərinə, digərlərinə nis­bətən, necə üstünlük vermişik! Lakin Axirət, şübhəsiz ki, öz dəyərinə və üstünlüyünə görə, daha yüksəkdir”.

Allah bu dünyada bəzilərinə Öz səxavətini bol-bol payla­yır, digərlərinə isə təkcə yoxsulluq nəsib edir. Bəzilərinə yüngül həyat qismət olur, digərləri isə çətinliklərə və məhrumiy­yətlərə məruz qalırlar. Bəzi insanlar bilik əldə edir, digərləri isə cahil olaraq qalırlar. Bəziləri sağlam düşüncəli, digərləri isə ağıldan dayaz insanlar olurlar. Bu və digər məsələlərdə Allah qullarının bəzilərini digərlərindən üstün edir. Lakin bu nemət və ləzzətləri Axirət həyatının nemətləri ilə müqayisə etmək olmaz. Yüksək qəsrlərdə məskunlaşacaq və hər növ gözəlliklər, sevinc və səadətdən həzz alacaq xeyirxah mömin insanlarla Cəhənnəm Odunda yandıqca qıvrılan, şiddətli cəzanı öz üstündə çəkən və Rəhmli Rəbbin qəzəbini hiss edən günahkarlar arasında fərq gör nə qədər böyük olacaq! Həqiqətən, bu iki məskən arasında və onların sakinləri arasında nəhəng fərq mövcuddur ki, onu tarazlaşdırmaq qeyri-mümkündür.

 

ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ;

 







Дата добавления: 2015-09-04; просмотров: 437. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Основные симптомы при заболеваниях органов кровообращения При болезнях органов кровообращения больные могут предъявлять различные жалобы: боли в области сердца и за грудиной, одышка, сердцебиение, перебои в сердце, удушье, отеки, цианоз головная боль, увеличение печени, слабость...

Вопрос 1. Коллективные средства защиты: вентиляция, освещение, защита от шума и вибрации Коллективные средства защиты: вентиляция, освещение, защита от шума и вибрации К коллективным средствам защиты относятся: вентиляция, отопление, освещение, защита от шума и вибрации...

Задержки и неисправности пистолета Макарова 1.Что может произойти при стрельбе из пистолета, если загрязнятся пазы на рамке...

Различия в философии античности, средневековья и Возрождения ♦Венцом античной философии было: Единое Благо, Мировой Ум, Мировая Душа, Космос...

Характерные черты немецкой классической философии 1. Особое понимание роли философии в истории человечества, в развитии мировой культуры. Классические немецкие философы полагали, что философия призвана быть критической совестью культуры, «душой» культуры. 2. Исследовались не только человеческая...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.012 сек.) русская версия | украинская версия