FƏRAHİM QURBANOV
25.10.2009 M ƏL-İSRA [5] SURƏSİNİN ŞƏRHİ; ﭑ ﭒ ﭓ ﭔ; Mərhəmətli və Rəhmli Allahın ad ilə! [6]
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ
Dəlillərimizdən bəzisini ona göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidüləqsaya Aparan – pak və müqəddəsdir. Həqiqətən, O – Eşidəndir, Görəndir”.
Fövqəluca Allah bu ayədə möhtəşəm əməlləri və əzəmətli lütfkarlığı ilə təzahür edən Öz kamilliyi və böyüklüyünü xüsusilə vurğulayır. Belə əməllərindən biri də Onun Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) Məkkədəki ən şərəfli məscid olan Məscidulharamdan gecə vaxtı Qüdsdə yerləşən əl-Əqsa məscidinə aparmasıdır. Bu məscid özü də ən layiqli məscidlərdən biri və peyğəmbərlərin sığınacaq yeri olmuşdur. Bir gecə ərzində Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) çox böyük bir məsafəni qət etmiş və elə həmin gecə geriyə qayıtmışdır. Allah ona (s.ə.s.) onun düz yola bağlılığını möhkəmləndirən və onun (s.ə.s.) biliyini artıran möcüzələr göstərmiş, ona (s.ə.s.) dözümlü olmağı və xeyirxahlığı bədxahlıqdan seçmək qabiliyyəti təlqin etmişdir. Bu, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) haqqında Allahın göstərdiyi ilahi qayğıkeşliyinin daha bir təzahürü idi. Allah onun (s.ə.s.) arzu edilən məqsədə nail olmasını hərtərəfli asanlaşdırmış və ona (s.ə.s.) gözəl məziyyətlər bəxş etmişdi ki, onların sayəsində o (s.ə.s.), özündən əvvəlkiləri və müasirlərinin hamısını ötüb keçmişdi. Bu ayənin aydın mənasına istinad edərək düşünmək olar ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) gecənin ilk saatlarında uzaq səyahətə birbaşa Məscidulharamdan çıxmışdır. Lakin bir səhih hədisdə xəbər verilir ki, o (s.ə.s.), Umm Xanının evindən yola düşmüşdür. Bu isə o deməkdir ki, Məscidulharamın üstünlüyü bütün toxunulmaz Məkkə torpaqlarına aid üstünlüklə bağlıdır. Əgər insan müqəddəs Məkkə ərazisində ibadət edirsə, onda onun savabı, Məscidulharamın daxilində ibadət edənlər kimi, daha çox artır. Bu ayədən həmçinin aydın olur ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) səfərə həm ruhən, həm də cismani olaraq çıxmışdır. Əks təqdirdə bu səfər ən böyük möcüzə və məziyyətlərdən sayılmazdı. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gecə səyahəti haqqında, ona (s.ə.s.) göstərilən çoxsaylı möcüzələrin sadalandığı bir çox səhih hədislərdə xəbər verilir. Bu hədislərdən məlumdur ki, o (s.ə.s.), əvvəlcə müqəddəs Qüds şəhərinə yollanmış və oradan göyə yüksəldilmişdir[7]. O (s.ə.s.) yeddinci göyün zirvəsinə qədər qalxmışdır. Cənnət və Cəhənnəm ona (s.ə.s.) orada göstərilmişdir. Göylərin hər birində o (s.ə.s.) peyğəmbərlərlə görüşmüş, sonra isə ona (s.ə.s.) hər gün əlli dəfə fərz namaz qılmaq tapşırılmışdır. O (s.ə.s.) Musa peyğəmbərin (ə) təkidi ilə, gündəlik fərz namazların sayının beş dəfəyə qədər azaldılmasınadək bir neçə dəfə Allahdan xahiş etmişdir ki, ardıcıllarının vəzifələrini yüngülləşdirsin. Bu beş namazı qılan hər kəsə isə Allah əlli namazın savabını verəcəyini vəd etmişdir. Bu gecə ərzində Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və ardıcıllarına o qədər məziyyətlər verilmişdir ki, onları təkcə Əzəmətli və Qüdrətli Allah Özü sayıb qurtara bilər. Allah bu vəhydə, Quranın nazil edilməsi və ya müşriklərə ona bənzərini yazmalarını təklif etdiyi digər ayələrdə, Allah Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) Öz qulu adlandırır, çünki o (s.ə.s.) ən ali yüksəkliklərə məhz öz Rəbbi qarşısında qulluq vəzifələrini qüsursuz yerinə yetirməsi sayəsində nail olmuşdu. Bu vəhydə həmçinin əl-Əqsa məscidi ətrafındakı torpaqların bərəkətli olmasından bəhs edilir. Orada çoxlu ağaclar ucalır, çoxlu çaylar və çay qolları axır, məhsul isə həmişə bol olur. Bu yerin bir üstünlüyü də əl-Əqsa məscidinin, Məscidulharamdan və Peyğəmbərin (s.ə.s.) Mədinədəki məscidindən başqa, yer üzündə qalan bütün məscidlərdən üstün olmasıdır. Allah möminlərə bu məscidi ziyarət etmək məqsədilə səfərə çıxmağı və onda namaz qılmağı tapşırmışdır. Allah bu torpağı həm də Öz peyğəmbərlərinin, dostlarının və şan-şöhrət sahibi olan görkəmli saleh insanların yaşayış məskəni seçmişdir.
ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ;
Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən başqasını özünüzə Hami götürməyin!” - deyərək, onu onlara doğru yol Təlimatı etdik”. Pak və Müqəddəs Allah Musanın (ə) peyğəmbərliyini xatırlatmaqla yanaşı çox vaxt Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) də peyğəmbərliyini yad edir və onların Kitablarını və şəriətlərini yanbayan qoyur. Bu onunla izah edilir ki, bu peyğəmbərlərin Kitabları ən yaxşılarıdır və onların şəriətləri – kamildir. Onların hər ikisi də öz əzəmətli vəzifələrini yerinə yetirmişlər və onların ardıcılları ən çoxsaylıdırlar. Məhz buna görə Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) xatırladıqdan sonra, Allah İsrail oğulları üçün Təlimat olaraq Musaya (ə) əta etdiyi Tövratdan bəhs edir. Onlar bu Təlimatın sayəsində cahillik zülmətindən elmin nuruna aparan doğru yol tapırdılar. Bu Kitab İsrail oğulları üçün nazil edilmişdi ki, onlar tək olan Allaha ibadət etsinlər və ancaq Ona dua ilə müraciət etsinlər. Onlara tapşırılmışdı ki, özləri üçün dünyəvi və mənəvi məsələlərdə Allahdan başqa digər hamilər axtarmasınlar və ümidlərini hakimiyyət sahibi olmayan və fayda verə bilməyən məxluqlara bağlamasınlar. Sonra, Pak və Müqəddəs Allah Öz lütfkarlığının himayəsi altına aldığı və Nuh ilə birlikdə xilas etdiklərinin nəslləri olan bəşəriyyətə müraciət edir.
ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ;
Ey Bizim övladlarını Nuhla birlikdə daşıdıqlarımızın nəslləri! O, doğrudan da şükür edən qul idi”. Fövqəluca Allah Nuhu (ə) Allaha minnətdar olduğuna görə tərifləyir və onu (ə) bu gözəl məziyyətlə səciyyələndirir. Fövqəluca bununla onun (ə) nəsllərini bu peyğəmbərdən (ə) nümunə götürməyə, onun (ə) ardınca getməyə və Allahın bəşəriyyətə bəslədiyi mərhəmətini yadda saxlamağa dəvət edir. Allah insanları qoruyub saxladı, onları yer üzündə Özünün canişini qoydu və qalanlarını isə suda qərq etdi.
ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ;
Biz Kitabda İsrail oğullarına öncədən bildirdik: “Siz yer üzündə iki dəfə fitnə-fəsad salacaq və son dərəcə təkəbbürlülük göstərəcəksiniz”. Allah İsrail oğulları üçün yer üzündə mütləq iki dəfə azğınlıq törədəcəklərini, cinayətlərə yol verəcəklərini, Allahın mərhəmətinə qarşı nankorluq edəcəklərini və bu zaman olduqca görünməmiş təkəbbürlülük göstərəcəklərini öncədən onların Kitabında bildirmişdi. Allah vəd etmişdi ki, bu azğınlıqları gedişində düşmənləri onlara üstün gələcək və onları əzab-əziyyətə düçar edəcəklər. Bununla Allah onları itaətsizlik göstərməkdən çəkindirmişdi ki, bəlkə də onlar düz yola gəlib nəsihətləri xatırlayaydılar. ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ;
Ki fitnə-fəsaddan birincisinin vaxtı yetişdiyi zaman Biz sizə ən qüdrətli qullarımızı göndərdik ki, yurdunuzda dolaşıb axtarsınlar. Vədimiz belə icra edildi”. İsrail oğulları yer üzündə ilk dəfə azğınlığa başladıqları zaman onların üstünə çoxsaylı cəsur və mükəmməl hazırlanmış döyüşçülər hücum etdilər. Bu, Allahın qədəri ilə, onların törətdiklərinin əvəzi olaraq baş verdi. Allah İsrail oğullarının düşmənlərinə imkan verdi ki, onların kişilərini öldürsünlər, uşaqlarını əsir götürsünlər və onların mal-mülkünü ələ keçirsinlər. Nəticədə düşmənlər onların evlərinə soxuldular, müqəddəs məscidə girdilər və onu talan etdilər. Allahın vədi icra edildi, bundan qaçmaq mümkün deyildi, çünki belə olması üçün bütün əsaslar artıq törədilmişdi. Quranı təfsir edənlər İsrail oğulları üzərində qələbə çalanların məhz kim olması barəsində müxtəlif rəylər söyləmişlər. Lakin onlar bir məsələdə həmrəy idilər ki, o da işğalçıların kafirlərdən olmasıydı. Bunlar İraqın, Ərəb yarımadasının və ya digər yerlərin əhalisindən idilər. Allah onlara, İsrail oğulları üzərində qələbə çalmağa ona görə icazə vermişdi ki, sonuncular saysız günahlara batmış, Allahın şəriətinin tələblərini yerinə yetirməkdən imtina etmiş və yol verilən hədləri aşmışdılar.
ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ;
Sonra Biz yenə sizə onların üzərində qələbə bəxş etdik. Biz sizə var-dövlətlə və oğullarla yardım göstərdik və sizi daha da çoxsaylı etdik”.
Sonradan Allah İsrail oğullarına düşmənlərinin öhdəsindən gəlməyə və kafirləri öz torpaqlarından qovmağa kömək göstərdi. Bununla yanaşı Allah İsrailin oğullarına var-dövlət, övladlar və güc-qüdrət əta etdi. O, onların cərgələrini artırdı və bu onların dindarlığı və Allaha mütiliklərinin nəticəsində oldu. Lakin az keçmədi ki, onlar yer üzündə ikinci dəfə azğınlığa başladılar və belə olduqda, Allah yenə də düşmənlərinin onlara qələbə çalmasına imkan verdi[8].
ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ;
Biz dedik: “Əgər yaxşılıq edərsinizsə, öz xeyrinizə olacaqdır, pislik edərsinizsə, o da zərərinizə olacaqdır”. Sonuncu vədin müddəti yetişdikdə, düşmənlərinizə sizi kədərləndirməyə, ilk dəfə girdikləri kimi, yenə də məscidə girməyə və onu, əllərinə keçənlərlə birlikdə, büsbütün məhv etməyə imkan verdik”. Ey İsrail oğulları! Əgər siz saleh əməllər edirsinizsə, onda bu sizin öz xeyrinizədir, çünki əməllərinizin faydası sizin özünüzə çatır. Bu, siz hələ dünya həyatında olarkən baş verir və siz düşmənləriniz üzərində qələbə çalarkən buna əmin ola bilərdiniz. Yox, əgər siz günah işlədirsinizsə, onda ancaq özünüzə zərər vurursunuz və düşmənləriniz sizə qalib gəldikdə, Allah sizi buna da inanmağa məcbur etdi. Siz zalımlıq edirsiniz və buna görə üzünüz kədərli olacaqdır. Düşmənlər üstünüzdə hökmranlıq edəcək və sizi əsir götürəcək. Onlar Qüdsdəki müqəddəs məscidə soxulacaq, əllərinə keçən hər şeyi korlayıb dağıdacaqlar. Onlar sizin evlərinizi və məscidlərinizi viranə edəcək, əkin sahələrinizi və zəmilərinizi xarabalığa çevirəcəklər.
ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ; Ola bilsin ki, Rəbbiniz sizi əfv etsin. Lakin siz yenə geri dönsəniz, onda Biz də dönərik. Biz Cəhənnəmi kafirlərin məhbəsi etmişik”. Allah İsrail oğullarını əfv edərək, onlara növbəti dəfə yardım göstərmişdir ki, kafirlərə üstün gəlsinlər və qüdrətli bir dövlət yaratsınlar. Amma Allah bir daha Ona itaətsizlik göstərəcəkləri və yer üzündə fitnə-fəsad törədəcəkləri təqdirdə onları şiddətli cəza verəcəyi ilə təhdid edir. Elə hər şey belə də oldu. Onlar itaətsizliyə qayıtdılar və onda Allah Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) onlara qalib gəlməyə imkan verdi. Allah onun (s.ə.s.) əli ilə İsrail oğullarından intiqam aldı və bu, hələ bu dünyada ikən onlar üçün əvəz oldu. Axirətdə isə onları daha dəhşətli və daha müdhiş cəza gözləyir. Bax elə buna görə Allah buyurur ki, Cəhənnəmi kafirlərdən ötrü həbsxana etmişdir. Onlar oraya atılacaq və orada əbədi qalacaqlar. Bu ayə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) davamçılarını da günah törətməkdən çəkindirir, çünki onlar təkcə bu üsulla, İsrail oğullarının başına gəlmiş bədbəxtliklərdən qoruna bilərlər. Həqiqətən, Allahın qanunları hamı üçün eynidir – onlar dəyişmir və təhrif olunmur. Əgər insan, kafirlər və zalımlar müsəlmanlar üzərində qələbə çalanda, bu barədə düşünsə, ona aydın olar ki, məğlubiyyətin səbəbi müsəlmanlar tərəfindən törədilən günahlardır. Allahın cəzası belə acı olur. Əgər müsəlmanlar Quranı və Sünnəni əllərində rəhbər tutsaydılar, Allah yer üzündə onların hakimiyyətini mütləq təsdiq edər və onlara rəqibləri üzərində qələbə qazanmağa kömək göstərərdi.
ﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ; Həqiqətən, bu Quran ən doğru yolu göstərir və xeyirxah işlər görən möminlərə onlar üçün böyük bir mükafat hazırlanması haqqında müjdə verir”.
Fövqəluca Allah ən ədalətli və ən şərəfli inancların, əməllərin və əxlaqi keyfiyyətlərin izah edildiyi Müqəddəs Quranın əzəmətindən xəbər verir. Bu nəsihətlərə əsaslanaraq insan ən kamil, düzgün və ədalətli qula çevrilir. Məhz dinin vacib və könüllü göstərişlərini yerinə yetirən insanlar üçün Allahın Səadət məkanında mükafat hazırlanmışdır ki, onun bütün ecazkar gözəllikləri təkcə Bir Allaha məlumdur.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹ;
|