Студопедия — Zinakarlığa yaxınlaşmayın, çünki o iyrənc bir şey və pis yoldur”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Zinakarlığa yaxınlaşmayın, çünki o iyrənc bir şey və pis yoldur”.






 

Zinakarlığa yaxınlaşmağın haram edilməsi – bu günahı törətməyi sadəcə qadağan etməkdən daha geniş bir anlayışdır. Bu isə o deməkdir ki, Allah insanı zinakarlığa sövq edən və ya bu günahı törətməklə nəticələnə bilən hər hansı əməli qadağan etmişdir. Həqiqətən də, əgər insan ürəyindən keçirdiyi və oraya ayaq basmasına icazə verilmədiyi ərazinin ətrafında dolanırsa, deməli onun o torpağa qədəm qoyacağı vaxt uzaqda deyil. Bu məsəli tam mənada zinakarlığa da aid etmək olar, çünki insan­ların çoxunun ürəyi bu murdar əmələ meyl göstərir.

Allah zinakarlığı iyrənc şey adlandırmışdır, çünki bu günahın murdarlığı nəinki şəriət, hətta sağlam düşüncə və insan şüuraltısı ilə də eynilə etiraf edilir. Bu günahı törətdikdə, insan Allah qarşısında öz borcunu pozur, qadının haqlarını tapdalayır, onun ailəsinin və ya ərinin namusuna qəsd edir. Nəticədə, ər-arvad yatağı murdarlanır, nəsl qarışıqlığı yaranır və digər əxlaq həddini aşan sonuclar təzahür edir. Həqiqətən, zinakarlıq – pis yoldur ki, o yola qədəm basmaq təkcə bu ağır günahı törətdikdən sonra başlayır.

 

ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ;

Allahın öldürülməsini haram etdiyi şəxsi, əgər buna haqqınız yoxdursa, öldürməyin. Əgər kimsə ədalətsiz­cəsinə öldürülərsə, Biz artıq onun varisinə tam hakimiyyət vermişik, lakin qoy o, qətlə görə qisas almaqda həddi aşmasın. Həqiqətən, ona yardım göstəriləcəkdir”.

Allah insanları: uşaqları və böyükləri, kişiləri və qadınları, azad və kölə olanları, müsəlmanları və müsəlmanlarla sülh müqaviləsi bağlamış kafirləri öldürməyi qadağan etmişdir. Lakin bir şəxs əgər qəsdən adam öldürmüşsə, ailə həyatı başladıqdan sonra zina etmişsə, İslam dinindən çıxmış və müsəlman cəmiy­yətindən ayrılmışsa, əgər o, müsəlman dövlətinə qarşı çıxmışsa və əgər onun qarşısını ancaq həyatdan məhrum etməklə almaq mümkündürsə, onda belə insanı edam etməyə icazə verilir.

Əgər müsəlman hər hansı başqa səbəbə görə öldürülərsə, onun qətli ədalətsiz olacaqdır. Belə hallarda öldürülənin yaxın qohumları və varislərinin öldürəndən qisas almağa tam haqqı vardır, çünki bu haqqı onlar Allah əta etmişdir. Lakin bu ixtiyar öldürülənin varislərinə o zaman verilir ki, qisas almağa imkan yaradan səbəblər mövcud olsun. Bu isə o deməkdir ki, qətl qəsdən edilmiş olmalı, qəsd faktı mövcud olmalı və onda qatil də törətdiyi qətlə görə məsuliyyət daşımalıdır.

Bilmək lazımdır ki, öldürülənin varisləri qisas almaqda ifrata varmamalıdırlar. Onlar qatilə işgəncə verməməli və ya onun törətdiyi cinayət zamanı tətbiq etdiyi vasitədən daha qor­xunc qətl vasitəsi seçilməməli və yaxud bu cinayətin törədilmə­sində iştirak etməyən insan öldürülməməlidir.

Bu ayədən aydın olur ki, qətlə görə qisas almaq haqqı öldürülənin hüquqi varislərinə məxsusdur və hakim onların razılığı olmadan cinayətkarı cəzalandırmaq haqqına malik de­yil[12],[13]. Ayədən bir daha məlum olur ki, Allah öldürülənin varis­lərinə qatilin öhdəsindən gəlməkdə kömək göstərir və əgər onlar onun edam edilməsini istəyirlərsə, O, onların istədiklərinə nail olma­larına yardım edir.

 

ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ;

 

Yetimin əmlakına, o, həddi-buluğa çatana qədər, onun xeyrinə olan hallar istisna edilməklə, yaxınlaşmayın. Əhdinizə sadiq olun, çünki hər əhdinizə görə məsuliyyət daşı­yacaqsınız”.

 

Fövqəluca Allah, hələ körpə olduqları zaman atalarından məhrum olmuş, onlara nəyin fayda verə biləcəyini başa düşmə­yən və özlərinə qayğı göstərə bilməyən yetimlərə rəhm edir və mərhəmət göstərir. Allah onların hamilərinə də yetimlərə qayğı göstərməyi, onların əmlakına ehmallıca yanaşmağı və ancaq onları sərfəli ticarət əqdləri sayəsində artırmaq üçün istifadə etməyi buyurur. Yetimlərin hamiləri onların himayəsində olan yetimlərin əmlakı ilə risqə getmək haqqına malik deyillər, lakin onların malını artırmağa səy göstərməlidirlər. Hamilər yetimlər barəsində onlar həddi-buluğa çatıb müstəqilləşənə, ağıllı və saleh insan olana qədər qayğı çəkməlidirlər. Bu həyata keçdikdən sonra yetimlərin hamisi onların əmlakına sərəncam çəkmək haqqından məhrum edilir. Onlar bu sərəncam haqqını himayə etdiklərinə qaytarmağa borcludurlar, çünki həddi-buluğa çatmış insan öz əmlakının müstəqil sərəncamçısı olur. Bununla əlaqədar Fövqəluca Allah buyurur: “Yetimləri onlar nikah yaşına çatana qədər sınaqdan keçirin. Əgər onlarda yetkin ağıl aşkar etsəniz, onda əmlaklarını onlara qaytarın. Onları artıqtamahlıq edərək, onlar böyüyə­nədək, tələsə-tələsə yeməyin. Dövlətli olanlar, qoy nəfslərini saxlasınlar, kasıb olanlar isə ədalətlə yesinlər. Siz onların əmlakını onlara geri verəndə bunu şahidlərin iştirakı ilə edin. Lakin Allahın hesabı saxlaması kifayətdir” (Nisa, 4/6).

Fövqəluca qullarına buyurur ki, verdikləri vədləri yerinə yetirsinlər. Bu vədlərə aid olanlar: insanın Onun qarşısında vəzifələri və başqa insanlara verdiyi vədlərdir. Həqiqətən, insan verdiyi vədlərinə görə məsuliyyətə cəlb olunacaqdır və əgər o, vədlərini yerinə yetirmişsə, bol mükafat alacaqdır, əks halda, o, əhdini pozduqda böyük günah yükü daşıyacaqdır.

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ;

 

Bir şeyi ölçüb verəndə düz ölçün və düz tərəzidə çəkin. Belə etsəniz daha yaxşı və son nəticədə isə daha gözəl olar”.

Allah hər işdə ədalətli olmağı və satılan malı düz ölçməyi və dəqiq çəkməyi əmr etmişdir. Allah həmçinin alıcıları aldat­mağı və ya satılan şeyin çəkisini azaltmağı qadağan etmişdir. Amma bu qadağa daha geniş məna kəsb edir. O, ticarətdə aldatmanın keyfiyyət və kəmiyyətlə və ya əmtəənin qiyməti ilə bağlı olan istənilən formasına aiddir. Bu isə o deməkdir ki, satıcılar öz alıcıları ilə ünsiyyətdə səmimi və doğruçu olmalı­dırlar. Belə rəftar başqa cür davranmaqdan daha yaxşıdır, çünki bunun sayəsində insan yalançılığın pis nəticələrindən qurtulmağa nail olur və qazancını Allahın himayəsi ilə qoruyur.

 

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ;

 

Bilmədiyin bir işin ardına düşmə. Həqiqətən, qulaq, göz və ürək – onlar hamısı məsuliyyətə cəlb oluna­caqlar”.

Aydın faktlarla təsdiq olunmamış məlumatlara əsaslanma və təkcə əmin olduğun şeylərə dair danış və iş gör. Elə düşünmə ki, etdiyin əməllər unudulacaqdır. Fikirləşmə ki, sən onlardan nə fayda, nə də ziyan görməyəcəksən. Əksinə, eşitmə, görmə orqanların və ürəyin – onların hamısı cavab verməli olacaqlar. Əgər Allahın quluna hər dediyi sözlərinə və etdiyi əməllərinə görə məsuliyyətə cəlb olunacağı və hesabat verəcəyi məlumdur­sa, onda o, Allahın Ona ibadət etmək üçün yaratdığı bədəndən istifadə etdiyinə görə cavab verməli olacaqdır və o, istintaq ediləcəyinə[14] hazırlaşmalıdır. Buna görə o, özünü Ona ibadətə həsr etməli, təkcə Ona səmimiyyətlə qulluq göstərməli və Onun nifrətinə səbəb olan hər şeydən uzaq qaçmalıdır.

 

ﰁ ﰂ ﰃ ﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ;

 

Yer üzündə təkəbbürlə gəzmə, axı sən yeri dəlib o tayına çıxa və dağlar kimi hündürlüyə nail ola bilmə­yə­cəksən”.

 

Özünü haqdan üstün tutan və Allahın məxluqlarına yuxa­rıdan aşağı baxan lovğa və təkəbbürlü adam olma! Lakin əgər sən belə davransan, bil ki, sən öz təkəbbürlü addımınla yeri yarıb o tərəfinə çıxmağa və dağlar kimi ucalığa nail ola bilməyəcəksən. Əksinə, sən Allahın hüzurunda alçaldılacaq və Onun məxluqları tərəfindən nifrət qazanacaqsan. Sənə, sənin yaramaz əxlaqına və pis xasiyyətinə görə nifrət bəsləyəcəklər və sən hətta can atdığının bir hissəsinə belə nail ola bilməyəcəksən.

ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ;







Дата добавления: 2015-09-04; просмотров: 489. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Композиция из абстрактных геометрических фигур Данная композиция состоит из линий, штриховки, абстрактных геометрических форм...

Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

ТЕОРЕТИЧЕСКАЯ МЕХАНИКА Статика является частью теоретической механики, изучающей условия, при ко­торых тело находится под действием заданной системы сил...

Теория усилителей. Схема Основная масса современных аналоговых и аналого-цифровых электронных устройств выполняется на специализированных микросхемах...

Эффективность управления. Общие понятия о сущности и критериях эффективности. Эффективность управления – это экономическая категория, отражающая вклад управленческой деятельности в конечный результат работы организации...

Мотивационная сфера личности, ее структура. Потребности и мотивы. Потребности и мотивы, их роль в организации деятельности...

Классификация ИС по признаку структурированности задач Так как основное назначение ИС – автоматизировать информационные процессы для решения определенных задач, то одна из основных классификаций – это классификация ИС по степени структурированности задач...

Вопрос. Отличие деятельности человека от поведения животных главные отличия деятельности человека от активности животных сводятся к следующему: 1...

Расчет концентрации титрованных растворов с помощью поправочного коэффициента При выполнении серийных анализов ГОСТ или ведомственная инструкция обычно предусматривают применение раствора заданной концентрации или заданного титра...

Психолого-педагогическая характеристика студенческой группы   Характеристика группы составляется по 407 группе очного отделения зооинженерного факультета, бакалавриата по направлению «Биология» РГАУ-МСХА имени К...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.012 сек.) русская версия | украинская версия