Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, 591 səh.
BDÜRRƏHMAN BİN NASİR ƏS-SƏƏDİ; MÜQƏDDƏS QURAN TƏFSİRİ; SƏXAVƏTLİ VƏ MƏRHƏMƏTLİ; ALLAHDAN GƏLƏN ASANLAŞDIRMA Tərcüməçi Fərahim Süleyman oğlu Qurbanov (FƏRAHİM SƏLƏFİ) IV cild
Ərəb dilindən Rus dilinə tərcümə edən: Elmir Rafael oğlu Quliyev
Rus dilindən Azərbaycan dilinə tərcümə edən: Fərahim Süleyman oğlu Qurbanov (Fərahim Sələfi)
S-SƏƏDI, ƏBDÜRRƏHMAN IBN NASIR. MÜQƏDDƏS QURAN TƏFSIRI. SƏXAVƏTLI VƏ MƏRHƏMƏTLI ALLAHDAN GƏLƏN ASANLAŞDIRMA”). IV cild (8 cilddə planlaşdırılır)
Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, 591 səh. Şeyx Əbdürrəhman ibn Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı əsəri Müqəddəs Quranın geniş yayılmış və İslam milləti tərəfindən çox yaxşı qəbul edilmiş dərin elmi təfsirlərindən biridir. Bu əsər çox sadə dildə yazılmışdır və ona görə geniş oxucu kütləsi üçün asan başa düşüləndir. Bu, Müqəddəs Quran ayələrinin bəhs etdiyi bütün mövzular üzrə ensiklopedik təfsir kimi qəbul edilə bilər. Müəllif ayələri şərh edərkən, ilk növbədə, Müqəddəs Qurana, sonra Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhih hədislərinə, daha sonra isə onun səhabələrinin (Allah onlardan razı olsun) yekdilliklə razılaşıb qəbul etdikləri müddəalarına istinad etmişdir. Tərcüməçi, bu cilddən başlayaraq, səhifəaltı izahlarında Türkiyənin Quran Tədqiqatları Mərkəzinin hazırladığı “Quran heç tükənməyən möcüzə” (İstanbul, 2005) adlı kitabından (tədqiqatçı müəlliflərin icazəsi ilə) istifadə edir.
ISBN: 9952 - 403 - 35 - 6 © «F.S.Qurbanov», 2009 © «NURLAR», 2009 Əbdürrəhman ibn Nasir əs-Səədinin “Müqəddəs Quran Təfsiri” əsərinin - Azərbaycan dilinə tərcümə edilmiş bu kitabın nəşr hüququ Azərbaycan Respublikasının müvafiq qanunları ilə mühafizə olunur. Onu yenidən istənilən formada nəşr, çap etmək, müxtəlif vasitələrlə surətini çoxaltmaq hüququ ancaq tərcüməçi Fərahim Süleyman oğlu Qurbanova məxsusdur!
|