Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Onlar orada əbədi qalacaqlar və özlərinə başqa yer istəməyəcəklər”.





Bu sözlər Cənnət nemətlərinin kamilliyinə dəlalət edir. Onlar büsbütün mükəmməldir və buna görə heç vaxt bitib-tükənmə­yəcəkdir, Cənnət sakinləri isə özləri üçün başqa heç bir şey istəməyəcəklər. Onlar Cənnətdən başqa yerə köçməyi arzu etməyəcəklər, çünki onlar orada gördüklərindən ancaq vəcdə gələcək və bu onlara böyük sevinc bəxş edəcək. Əməlisalehlər əmin olacaqlar ki, onlara bəxş edilmiş nemətlərdən yaxşısı daha heç yerdə yoxdur.

 

ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ;

 

De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün bir dəniz mürəkkəb olsaydı, hətta Biz ona bir misli ilə kömək etsəydik də, Rəbbimin Sözü tükənməmişdən öncə dənizlər tükənərdi”.

Ey Muhəmməd! İnsanlara Yaradanın böyüklüyü və Onun İlahi sifətlərinin əzəməti haqqında xəbər ver! Allahın qulları öz bilikləri ilə bu sifətləri qavramağa qadir deyillər, çünki əgər dünya okeanı mürəkkəbə çevrilsəydi, bütün qitələrin, adaların və səhraların ağacları qələm olsaydı, Allahın sözləri bitməmişdən öncə mürəkkəb tükənərdi, qələmlər yazmaqdan yeyilərdi. Həqiqətən də, bu o dərəcədə ecazkardır ki, insanlar belə bir şeyi heç təsəvvür etməyə də qadir deyillər.

Fövqəluca həmçinin buyurur: “Əgər yer üzünün bütün ağacları qələm olsaydı, dənizin arxasında yeddi dəniz də olsay­dı, yenə onda Allahın Sözü bitib-tükənməzdi. Həqiqətən, Allah – Qüdrətlidir, Müdrikdir” (Loğman, 31/27).

Buna bənzər müqayisələr ayələrin mənasını daha yaxşı başa düşməkdə insanlara yardım edir, çünki o ayələrdə hər birinə yox olması nəsib ediləcək və mövcudluğuna son qoyulacaq məxluqlar­dan bəhs edilir, amma Allahın Sözü Onun İlahi sifətlərindəndir və məxluqlara aid deyildir. Buna görə Allahın Sözünün sonu və son həddi yoxdur. İnsanlar Allahın əzəmətini və kamilliyini nə qədər təsəvvür edə bilsələr də, onlar Onu layiqincə göz önünə gətirə bilməzlər. Eyni şeyi Fövqəluca Allahın digər: bilik, müdriklik, qüdrət, mərhəmət sifətləri haqqında da demək olar. Əgər göylərin və yerin qədimdə yaşamış və indiyədək yaşayan bütün sakinləri öz biliklərini birləşdirsələr də, Allahın biliyi ilə müqayisədə onların bilikləri su damcısına bənzəyər ki, dənizin ucsuz-bucaqsız üzərində uçan sərçə öz dimdiyi ilə onu elə göydəcə tuta bilər. Bütün bunlar onu göstərir ki, Allah ən əzəmətli və ən kamil sifətlərə malikdir və onları heç vaxt ötüb keçmək[42] mümkün deyildir.

 

ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ ﰝ;

(18.110) “De: “Həqiqətən, mən sizin kimi bir insanam. Mənə vəhy olunmuşdur ki, sizin Allahınız – Vahid Allahdır. O kəs ki, öz Rəbbi ilə görüşəcəyinə ümid bəsləyir, qoy xeyirxah işlər görsün və öz Rəbbi ilə yanaşı heç kimə ibadət etməsin!”

Ey Muhəmməd! Kafirlərə və yerdə qalan digər insanlara de ki, sən ancaq bir insansan. Sən – ilah deyilsən və Kainat üzərində hakimiyyəti Allahla bölüşdürməmişsən. Sən qeybi bilmirsən və Allahın xəzinələri sənin sərəncamında deyil. Sən - öz Rəbbinin vəhy nazil edilən qullarından ancaq birisən. Allah səni Öz vəhyi ilə şərəfləndirmişdir və bununla da digər insanlardan üstün etmişdir. İnsanların bu ayədən öyrənə biləcəkləri ən mühüm bilik – tövhiddir. Təkcə bir Allah vardır ki, Onun şəriki yoxdur, qalan məxluqlar isə ibadətə və hətta zərrə qədər ilahlaşdırılmağa layiq deyillər. Buna görə, Allaha yaxınlaşmaq, Onun mükafatına layiq olmaq və Onun qisasından qorunmaq üçün insanları çalışmağa çağır. Həm də insanların əməlləri saleh olmalıdır və bunun üçün onlar dinin vacib və arzuolunan hökmlərini Allahın şəriətinə tam uyğun olaraq yerinə yetirməlidirlər. Onlar o hökmləri nümayiş etdirmək məqsədilə deyil, səmimiyyətlə Fövqəluca Allah xatirinə icra etməlidirlər. Təkcə belə olduqda, insan öz xeyirxahlıqlarını ürəkdən Allah xatirinə şəriətə tam uyğun olaraq yerinə yetirəcək və o, müqəddəs məqsədinə çatacaqdır. Qalan insanlara gəldikdə isə, onlar həm yer üzündə yaşadıqları zaman, həm də öldükdən sonra böyük ziyana düşəcəklər. Onlar Fövqəluca Hamiyə yaxın­laşa bilməyəcək və Onun iltifatını qazanmağı bacarmayacaqlar.


 


O

MƏRYƏM [43]







Дата добавления: 2015-09-04; просмотров: 556. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!




Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...


Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...


Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...


Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

ОСНОВНЫЕ ТИПЫ МОЗГА ПОЗВОНОЧНЫХ Ихтиопсидный тип мозга характерен для низших позвоночных - рыб и амфибий...

Принципы, критерии и методы оценки и аттестации персонала   Аттестация персонала является одной их важнейших функций управления персоналом...

Пункты решения командира взвода на организацию боя. уяснение полученной задачи; оценка обстановки; принятие решения; проведение рекогносцировки; отдача боевого приказа; организация взаимодействия...

Философские школы эпохи эллинизма (неоплатонизм, эпикуреизм, стоицизм, скептицизм). Эпоха эллинизма со времени походов Александра Македонского, в результате которых была образована гигантская империя от Индии на востоке до Греции и Македонии на западе...

Демографияда "Демографиялық жарылыс" дегеніміз не? Демография (грекше демос — халық) — халықтың құрылымын...

Субъективные признаки контрабанды огнестрельного оружия или его основных частей   Переходя к рассмотрению субъективной стороны контрабанды, остановимся на теоретическом понятии субъективной стороны состава преступления...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.013 сек.) русская версия | украинская версия