Valideynlərinə ehtiram göstərəndi, təkəbbürlü və üsyankar deyildi”.
O (ə) valideynlərinə hörmət bəsləyir və onların əmrinə itaətsizlik göstərmirdi. Əksinə, o (ə) onlara həm sözlə və həm də əməli ilə xeyirxahlıq edirdi. O (ə), Allaha ibadət etməkdən təkəbbürlə boyun qaçıran və Onun qullarına və öz ata-anasına təşəxxüs satan lovğaların və itaətsizlik göstərənlərin sırasında deyildi. Bütün bunlar onu bildirir ki, o (ə), Allah qarşısında və Onun məxluqları qarşısında öz vəzifələrini qüsursuz yerinə yetirirdi. Bunun sayəsində isə Allah onu (ə) həm yaxın həyatda, həm də ölümdən sonra əmin-amanlıqla təmin etmişdi. Bax elə buna görə sonra Fövqəluca Allah buyurur:
ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ;
(19.15) “Onun doğulduğu gün də, öldüyü gün də və yenidən diriləcəyi gün də ona salam olsun!” Yəhya (ə) anadan olduğu andan ta ki, Qiyamət gününün başlanğıcına qədər şeytandan mühafizə edilmişdi. Bu həm də o deməkdir ki, o (ə), alov püskürən Cəhənnəmdən və onun dəhşətlərindən xilas olmağı bacaracaqdır və o (ə), sülh və əmin-amanlıq Məskəninə düşənlərin arasında olacaqdır. Ona, onun valideynlərinə və Allahın bütün digər elçilərinə Allahın salavatı və salamı olsun! Ey Allah, bizi onların sadiq davamçılarından biri et, çünki Sən – Səxavətli və Comərdsən! Tarixçələri Allahın ecazkar möcüzələrindən biri olan Zəkəriyyə və Yəhya peyğəmbərləri (onlara Allahın salamı olsun!) xatırladıqdan sonra, Allah daha qeyri-adi bir əhvalatdan xəbər verir. Beləliklə, daha az qəribə olandan başlayıb, Allah daha çox ecazkar olan bir rəvayətə keçir.
ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ; (19.16) “Kitabda Məryəmi da yadına sal. Budur, o, öz ailəsindən çıxıb şərqə tərəf getdi” Və onlardan pərdə arxasında daldalandı. Biz isə Öz Ruhumuzu onun yanına göndərdik və o, onun qarşısında gözəl bir insan simasında peyda oldu”. Quranda Məryəmdən (Allah ondan razı olsun!) bəhs edilməsi onun şərəfli məziyyətlərindəndir, çünki bu – mömin müsəlmanların Şərqdə və Qərbdə oxuduqları Əzəmətli bir Kitabdır. Bu Kitabda Məryəm (A.o.r.) ən gözəl sözlərə və tərifə layiq görülmüşdür ki, onlar onun (A.o.r.) gözəl əməlləri və kamil niyyətlərinin əvəzi olmuşdur. Ey Muhəmməd! Məryəmin öz ailəsindən ayrılıb şərq istiqamətində uzaqlaşdığını yadına sal. O (A.o.r.), gözdən itənədək o qədər uzaqlaşdı ki, Rəbbinə tənhalıqda ibadət edə bilsin. O (A.o.r.) istəyirdi ki, özünü Ona büsbütün səmimi ibadətə həsr etsin və Onun qarşısında müti və itaətkar olsun. Bununla o (A.o.r.), mələklərin ona bildirdikləri Fövqəluca Allahın iradəsini yerinə yetirməyi qəlbən arzulayırdı: “Ey Məryəm! Həqiqətən, Allah səni seçmiş, təmizləmiş və aləmlərin qadınları üzərində ucaltmışdır. Ey Məryəm! Rəbinin qarşısında itaətkar ol, səcdəyə qapıl və sən də rüku edənlərlə rükuya get!” (Ali-İmran, 3/42-43). Həmin anda Allah onun (A.o.r.) yanına mələk Cəbraili (ə) göndərdi. O (ə) Məryəmin (A.o.r.) qarşısında gözəl zahiri görünüşə malik, uca qamətli və qüsurlardan xali bir cavan kişi simasında peyda oldu. O (ə) kişi görkəmində ona görə zühur etmişdi ki, Məryəm (A.o.r.) ona (ə) baxa bilsin. Əks təqdirdə, o həqiqi simasında gəlsəydi, Məryəm ona (ə) baxa bilməzdi. Buna görə, Məryəm (A.o.r.) onu (ə) gördükdə, qorxuya düşdü, çünki o, ailəsindən və digər insanlardan çox uzaqda idi. Onun (A.o.r.) əzizləri və sevdiyi insanlardan heç kim yanında yox idi. Məhz buna görə Məryəm (A.o.r.) yad kişinin ona pislik edə və namusuna toxuna biləcəyindən qorxmuşdu. Belə olduqda o (A.o.r.), Rəbbinin himayəsinə sığınmaq və Onun onu (A.o.r.) müdafiə etməsini diləmək qərarına gəlmişdi.
ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ;
O dedi: “Mən səndən Mərhəmətliyə sığınıram ki, O məni səndən qorusun, əgər həqiqətən təqvalısansa”. Mən Allaha yalvarıram ki, mənə rəhm etsin və məni sənin toxundura biləcəyin şərdən qorusun. Sən də, əgər Allahdan qorxursansa və Onun hökmlərini yerinə yetirirsənsə, mənə heç bir pislik etməzsən. Məndən uzaq ol! O (A.o.r.) bu sözləri söyləməklə yanaşı eyni zamanda Allahdan qorunmasını rica etdi, naməlum şəxsə Allahın sərt cəza verəcəyini xatırlatdı və ondan (ə) təqvalılığa riayət etməsini tələb etdi. Məryəm gənc bir qız idi və ətrafda isə bu gözəl və ona heç bir kobud söz deməyən və pislik etməyə cəhd göstərməyən qəşəng qəddi-qamətli kişidən başqa kimsə yox idi. Hətta belə bir şəraitdə də o (A.o.r.) Allahdan qorxurdu və onun bu halı kamil əxlaq sahibi olmasına, şərdən və ona aparan yollardan uzaq olmağa can atmasına dəlalət edirdi. Belə bir ismət sahibi olmaq ən gözəl əməllərdən biridir, çünki o, günah törətmək üçün ən əlverişli şərait olduğu və heç kimin buna mane olmayacağı hallarda özünü büruzə verir. Bax elə buna görə Allah buyurur: “Namusunu möhkəm qoruyan İmran qızı Məryəmi də ( xatırla ). Biz ona ruhumuzdan üfürdük. O öz Rəbbinin Sözünə və Onun Kitablarına iman gətirmişdi və itaətkarlardandı” (Təhrim, 66/12); “İsmətini qoruyanı o qızı da yad et! Biz Öz ruhumuzdan ona üfürdük, onu və oğlunu aləmlərə dəlil etdik” (Ənbiya, 21/91). Fövqəluca Allah məsumluğu və ləyaqətinə görə Məryəmə (ona salam olsun!) Allahın möcüzələrindən və Onun elçilərindən biri olan oğul bəxş etdi.
ﮓﮔﮕﮖ ﮗﮘﮙﮚﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ;
|