Студопедия — O, məni anama ehtiram göstərməyə yönəltdi və məni təkəbbürlü və bədbəxt etmədi”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

O, məni anama ehtiram göstərməyə yönəltdi və məni təkəbbürlü və bədbəxt etmədi”.






Allah mənə nəsihət etdi ki, ananla yaxşı rəftar edəsən və ən yüksək səviyyədə onun qayğısına qalasan və mən də onun qarşısında qüsursuz olaraq öz borcumu yerinə yetirəcəyəm, çünki o – şərəfli və ləyaqətli qadındır və elə buna görə də mənim anamdır. O, məni bu dünyaya gətirdiyinə, mənim üçün çoxlu başqa əziyyətlər çəkdiyinə görə mən onun qarşısında çox borcluyam. Allah məni Ona ibadət etməkdən təkəbbürlə boyun qaçıran və Onun yaratdıqlarına təşəxxüslə yanaşanlardan biri etmədi. Allah həm də məni nə bu dünya həyatında, nə də ölümdən sonra xoşbəxtliyi görməyənlərdən də biri etmədi. Əksinə, Allah məni Rəbbi qarşısında itaətkar olan və alçalan, Onun qullarından özünü uca tutmayan müti bir qul etdi. O məni və mənim davamçılarımı həm bu həyatda, həm də ölümdən sonra bəxtəvər etdi. Öz qüsursuz və tərifəlayiq məziyyətlərini sadaladıqdan sonra, o (ə) dedi:

 

ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ;

 

(19.33) “Doğulduğum gün və öləcəyim gün, həm də həyata qaytarılacağım gün mənə salam olsun!”

Allah mənə rəhm etmiş, mənə alicənablıq göstərmiş və bunların sayəsində mən şərdən, şeytanın fitnələrindən və mən bu dünyaya gələn gün cəzadan qorunmuşdum və bütün bunlardan həyatla vidalaşacağım gündə də, dirildiləcəyim gündə də qoruna­cağam.

Buradan aydın olur ki, dirilmənin və Cəhənnəm məkanının dəhşətləri İsa peyğəmbərə (ə) toxunmayacaq. O (ə), Səadət və bəxtiyarlıq Diyarının sakinləri arasına düşəcəkdir. Bu ecazkar nitq böyük bir möcüzə və onun (ə) həqiqətən də Allahın qulu və Onun elçisi olduğunun parlaq sübutu idi.

 

ﮯﮰﮱﯓﯔﯕﯖ ﯗﯘﯙ ﯚ;

 

(19.34) “Budur Məryəm oğlu İsa – onların barəsində höcətləşdikləri Haqqın Sözü!”

Məryəm oğlu İsa (ə) belə gözəl məziyyətlərə malikdi. Onla­ra şübhə etmək mümkün deyil, çünki bu sözlər – həqiqətdir və məhz buna görə Allah onu (ə) belə səciyyələndirmişdir. Allahın nitqi ən doğru və ən gözəldir. Bu, İsa peyğəmbər (ə) haqqında həqiqətdir. O ki, qaldı fasiqlərin onun (ə) haqqında dediklərinə və bu həqiqətin ziddinə olanlara, onlar – uzaq başı, şübhə edilə bilinəsi mümkün olan, iftiradır, çünki onu təbliğ edənlər İsa peyğəmbər (ə) haqqında həqiqəti bilməyən insanlardır. Onlar öz sözlərinə şübhə etsələr də, öz şübhələrinin üstündə mübahisə etməkdə və onları müdafiə etməkdə davam edirlər. Bəziləri onu (ə) Allah adlandırırlar. Digərləri onu (ə) Allahın oğlu adlandırır. Üçüncülər isə onu (ə) “müqəddəs üçlüyün” üçüncüsü[46] adlan­dırırlar. Allah isə fasiqlərin Ona atdıqları iftiralardan və digər uydur­malardan sonsuzluğa qədər uzaqdır.

 

ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ;

Allaha övlad götürmək yaraşmaz. O, bundan çox ucadır, pakdır! O bir şeyi etmək istədikdə, təkcə: “Ol!” – deməklə, o olur”.

Allaha övladları olması yaramaz, çünki Rəbbin uşaqları ola bilməz. O zəngindir və həmdəlayiqdir, bütün məxluqlar isə Onun qullarıdır. Necə ola bilər ki, Onun qulları Onun uşaqlarına çevrilsinlər?! O, nöqsanlardan xalidir, heç nəyə möhtac deyil və uşaqlara da möhtac deyil. O, hər hansı bir mühüm və ya daha az mühüm qərar qəbul etdikdə, heç kim Ona onu gerçəkləşdirməyə mane ola bilməz. Bu Ona görə bir çətinlik yaratmır, çünki O, “Ol!” deyən kimi, istədiyi hər şey vücuda gəlir. Göylərdə və yerdə iradəsi danışıqsız və mütləq tərzdə yerinə Yetirilənə uşaq nəyə lazımdır?! Onun istədiyi hər şey o saat gerçəkləşir. Belə olduqda, İsanın (ə) dünyaya atası olmadan gəlməsində qəribə nə var ki?!

 

ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ;

 

(19.36) “Həqiqətən, Allah – mənim də Rəbbimdir, sizin də Rəbbinizdir. Ona ibadət edin! Doğru yol elə budur!”

 

İsa (ə) xəbər verir ki, o (ə), Allahın qullarından ancaq biri­dir. Allah insanları yaratmış və onlara bəşər görkəmi vermiş, Öz məxluqlarını idarə edir və onların qədərinə uyğun olaraq talelə­rinə sərəncam çəkir. Sonra o (ə) əmr edir ki, insanlar Allaha ibadət etsinlər və bu yolda səy göstərsinlər. Bu o deməkdir ki, o (ə) Allahı Vahid Rəbb qəbul etmişdir, özü də, o (ə) birinci müd­dəanı sonuncunun dəlili kimi istifadə etmişdir. Sonra isə o (ə) bildirir ki, məhz bu yol – doğru yoldur və insanı Allahın yanına gətirir. Bu – Allahın elçilərinin və onların sadiq davamçılarının yoludur. Digər yollara gəldikdə isə, onların hamısı azğınlıq və aldanmadır.

ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ;

(19.37) “Lakin təriqətlər öz aralarında ixtilafa düşdülər. Vay o kafir­lərin halına ki, Əzəmətli günün şahidi olacaqlar!”

Məryəm oğlu İsanın (ə) şübhə edilməsi mümkün olmayan əsl məziyyətlərini xatırlatdıqdan sonra, Fövqəluca Allah xəbər verir ki, yəhudilər, xristianlar və digər yollarını azmış təriqətlər İsa peyğəmbər (ə) barədə bir-biriləri ilə mübahisə etməyə girişdilər. Bəziləri onu (ə) həddən artıq ucaltmağa, digərləri – onu hörmət­dən salmağa başladılar. Bir sıra bidətçi baxışların tərəfkeşləri onu (ə) Allah adlandırdılar. Digər nəzər nöqtə sahibi olanlar isə onu (ə) Allahın Oğlu adlandırdılar. Daha digərləri qərara aldılar ki, o (ə) “müqəddəs üçlüyün” üçüncüsüdür. Yəhudilər və onların tay­ları isə onu (ə) Allahın elçisi kimi qəbul etməkdən belə boyun qaçıraraq, onu zina nəticəsində doğulmuş insan adlandırdılar.

Lakin bütün bu fərziyyələr yanlış və eyiblidir, çünki onlar şübhəli dəlillərə və həqiqəti qəbul etməmək kimi inadkarlıq istə­yinə əsaslanırlar. Belə iddialar özülsüz və zəminsizdir, onlara etiqad edən hər bir kəs isə, ən sərt cəzaya layiqdir. Vay o kəslərin halına ki, Allaha və Onun elçilərinə iman gətirməkdən boyun qaçırmışlar! Vay o kəslərə ki, İsa peyğəmbərə (ə) iman gətirmək­dən boyun qaçırdılar! Vay onların halına Qiyamət günündə, o gündə ki, insanların ilk və sonrakı nəslləri, habelə göylərin və yer üzünün bütün sakinləri Məhşər ayağında öz Xaliqi qarşısında toplanacaqlar! Bu, nəhəng sarsıntılar və böyük dəhşət günü ola­caqdır və o zaman hər bir məxluq layiq olduğuna nail edilə­cək­dir. Onda insanların aşkarda etdikləri və onların gizli saxladıqları hər şey aydınlaşacaq.

 

ﰅ ﰆ ﰇ ﰈ ﰉﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ;

 

Onlar Həmin gün Bizim hüzurumuza gələndə necə də aydın eşidəcək və görəcəklər! Amma bu gün zalımlar açıq-aşkar azğınlıqdadırlar”.

 

Həmin gün onlar azğınlığa etiqad etdiklərini və Allaha şərik qoşduqlarını etiraf edəcəklər. Onlar deyəcəklər: “Ey Rəbbi­miz! Biz gördük və eşitdik. Bizi geriyə qaytar ki, yaxşı işlər görək. Həqiqətən, biz qəti iman gətirdik” (Səcdə, 32/12). Dirilmə günü onlar olduqları vəziyyəti aydın surətdə dərk edəcəklər. Lakin bu həyatda onlar açıq-aşkar azğınlıq içində idilər və bu azğınlığa haqq qazandırmaq isə mümkün deyil, çünki onlar haqdan ya şüurlu surətdə üz çevirir və iman gətirməkdən inadla boyun qaçırırdılar, ya da haqqı dərk etmək imkanları olduğu halda, azğınlığa və cinayətlərə üstünlük verirdilər və nəyin haqq, nəyin isə yalan olmasını ayırd etməyə can atmırdılar.

Diqqət yetirilməli haldır ki, Allah əvvəlcə müxtəlif qrup­laşma­ların İsa peyğəmbər (ə) barəsində yekdil rəyə gələ bilmə­dik­­­lərindən xəbər verir, sonra isə iman gətirməkdən boyun qaçı­ranları lənətləyir. O, bütün qruplaşmalarının hamısını lənətləmir, çünki onların arasında haqqa etiqad edən və İsanı (ə) Allahın qulu və Onun elçisi adlandıran qrup da vardır. Bu qruplaşmanın tərəfdarları ona (ə) layiqincə iman gətirmişdilər və onun (ə) sadiq ardıcılları olmuşdular. Onlar – həqiqi möminlər idilər və Allahın lənəti onlara aid deyildi. Həqiqətən, o, ancaq iman gətirməkdən boyun qaçıranların üstünə düşür.

 

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ;

 

Onları hökmün artıq qəbul olunacağı Kədərli gün haqqında xəbərdar et. Amma onlar qəflətdədirlər və inanmırlar”.

Xəbərdarlıq adı altında gələcək dəhşətli hadisə barəsində öncədən bildirmə, o hadisənin təsviri və ondan ehtiyatlanmaq nəzərdə tutulur. Allahın qullarının bilməli olduqları ən mühüm hadisə isə, Kədər və peşmançılıq Günüdür. Həmin Gün məxluq­ların taleyi həll ediləcəkdir. Allah insanların ilk və sonrakı nəsl­lərini böyük toplantı yerində[47] bir yerə yığacaq və onların hər birindən törətdikləri əməllərə görə hesabat tələb olunacaqdır. Bax o zaman Allaha iman gətirən və Onun elçilərinin yolu ilə gedən hər bir kəs səadətə nail olacaq və bir də heç vaxt kədərlənmə­yəcəkdir. Allaha iman gətirməkdən və Onun elçilərinin yolu ilə getməkdən boyun qaçıran hər kəs isə bədbəxt olacaq və bir daha heç vaxt sevinməyəcəkdir. Bu adamlar başlarını itirəcək və ailələrindən məhrum olacaqlar. Onlar o dərəcədə qəmə və kədərə qapılacaqlar ki, ürəkləri parçalanmağa başlayacaq. Rəbbinin lütf­karlığından və Cənnət bağlarından məhrum olmuş və Allahın qəzəbinə və Cəhənnəmdə əbədi işgəncələrə layiq görülmüş və bunların dəyişilməyəcəyini və xeyirxah əməllər işlətmək üçün bir daha yer həyatına qayıda bilməyəcəklərini artıq bilən insanın qəm-qüssəsindən daha pis şey nə ola bilər?!!

 

 

ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ;

(19.40) “Həqiqətən, Biz Yerə və üzərindəkilərə varis ola­cağıq və onlar Bizə qayıdacaqlar!”

Yer sakinlərinin qismətinə belə yazılmışdır, lakin onların çoxu öz taleləri üzərində düşünmürlər və bu mühüm məsələyə əhəmiyyət vermirlər. Hətta əgər onlar bu barədə düşünsəydilər belə, bundan özləri üçün fayda əldə edə bilməzdilər, çünki haqqa göstərdikləri laqeydlik onların gözlərini örtmüş və ağıllarını çaşdırmışdı. Onlar Allaha inanmır və Onun elçilərinin yolu ilə getmirlər, çünki onlar özlərini bütövlüklə ancaq maddi həyata həsr etmişlər. Dünya nemətləri, fani və keçici zövq verməsinə baxmayaraq, onlara iman gətirməyə mane olur. Yer sakinləri yeri tərk edəcək və onun birincidən sonuncuya qədər bütün nemət­lərindən məhrum olacaqlar. Onlar bir-birilərindən ayrıla­caq­lar və o zaman Allah həm yerin, həm də onun var-dövlətinin varisi olacaq. Sonra isə O, insanları Öz dərgahına qaytaracaq və on­lardan etdikləri əməllərinə görə haqq-hesab tələb edəcək. Onlar əldə etdikləri və itirdikləri hər şeyə görə cavab verməli olacaqlar və əgər insan xeyirxahlıq etmişsə, o, Allaha həmd etməlidir. Yox əgər o, şər işlərə yol vermişsə, onda özündən başqa heç kimi qınamamalıdır.

ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ;

 







Дата добавления: 2015-09-04; просмотров: 393. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

ТЕРМОДИНАМИКА БИОЛОГИЧЕСКИХ СИСТЕМ. 1. Особенности термодинамического метода изучения биологических систем. Основные понятия термодинамики. Термодинамикой называется раздел физики...

Травматическая окклюзия и ее клинические признаки При пародонтите и парадонтозе резистентность тканей пародонта падает...

Подкожное введение сывороток по методу Безредки. С целью предупреждения развития анафилактического шока и других аллергических реак­ций при введении иммунных сывороток используют метод Безредки для определения реакции больного на введение сыворотки...

Признаки классификации безопасности Можно выделить следующие признаки классификации безопасности. 1. По признаку масштабности принято различать следующие относительно самостоятельные геополитические уровни и виды безопасности. 1.1. Международная безопасность (глобальная и...

Прием и регистрация больных Пути госпитализации больных в стационар могут быть различны. В цен­тральное приемное отделение больные могут быть доставлены: 1) машиной скорой медицинской помощи в случае возникновения остро­го или обострения хронического заболевания...

ПУНКЦИЯ И КАТЕТЕРИЗАЦИЯ ПОДКЛЮЧИЧНОЙ ВЕНЫ   Пункцию и катетеризацию подключичной вены обычно производит хирург или анестезиолог, иногда — специально обученный терапевт...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.012 сек.) русская версия | украинская версия