Kitabda Musanı da xatırla! Həqiqətən, o, seçilmişdi, elçi və peyğəmbər idi”.
Ey Muhəmməd! Bu Böyük Kitabda İmran oğlu Musa peyğəmbəri (ə) da yada sal! Beləliklə, sən ona (ə) ehtiram göstərmiş olarsan, onun (ə) xeyirxah adını şərəfləndirərsən, göstərdiyi xidmətlərini və kamil məziyyətlərini xatırlayarsan. O (ə) seçilmiş elçi və peyğəmbər idi. Ərəb sözü olan “muxləs” – “seçilmiş” deməkdir. Buradan belə çıxır ki, Fövqəluca Allah Musa peyğəmbəri (ə) seçmiş və onu (ə) aləmlərin sakinlərindən ucaltmışdır. Lakin Müqəddəs Quranın bir oxunuşunda bu “muxlis” kimi səslənir ki, bu - “səmimi” mənasını verir. Bu halda həmin söz peyğəmbərin (ə) niyyətlərinin təmiz, əməllərinin isə Allah xatirinə səmimi olduğunu bildirir. Hər iki məna Musa peyğəmbərə (ə) aiddir, çünki Allah onu (ə) səmimiliyinə və sədaqətinə görə seçmişdi. Məhz bu keyfiyyətlər onun Allahın elçisi seçilməsinə səbəb olmuşdu. Əgər insan səmimiliyə malikdirsə və Allahın seçilmişi olmaq haqqına layiqdirsə, onda onun səciyyələndirilməsi üçün daha şərəfli keyfiyyətlər tapmaq mümkün deyil. Allah Musanı (ə) peyğəmbər və elçi adlandırır. Peyğəmbər olaraq o, öz Rəbbindən vəhylər alırdı. Elçi kimi isə, o (ə) Rəbbinin sözlərini insanlara çatdırır və onları dinin əsas və fərdi qanunlarını öyrədirdi. Peyğəmbərlik vəzifəsi onu (ə) Allahla, elçi vəzifəsi isə onu (ə) insanlarla bağlayırdı. Bu, Musanın (ə) yeganə üstünlüyü deyildi, çünki Allah onu (ə) ən şan-şöhrətli və ən yaxşı vəhy forması ilə şərəfləndirmişdi – Allah onu (ə) Özünə yaxınlaşdırmış və onunla (ə) söhbət etmişdi. Bu məziyyət onu (ə) peyğəmbərlər və elçilər cərgəsində fərqləndirmişdi və o (ə) “ Rəhmanın kəlamı” təxəllüsünə layiq görülmüşdü və buradan aydın olur ki, o (ə) vasitəsiz olaraq Mərhəmətli Allahla birbaşa söhbət etmişdir. Bax elə buna görə sonra Quranda deyilir:
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ;
|