Kitabda İsmayılı də xatırla. Həqiqətən, o, vədinə sadiq, peyğəmbər və elçi idi”.
Ey Muhəmməd! Müqəddəs Quranda böyük peyğəmbər və ərəblərin ulu babası olan İsmayılı (ə) da yada sal! Bu xalq ona görə ən yaxşı və ən şərəflidir ki, onların arasından Adəmin oğullarının ən yaxşısı – Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) çıxmışdır. İsmayıl peyğəmbərə (ə) gəldikdə isə, o öz vədlərini qüsursuz icra edərdi və eləcə də öz vəzifələrini yerinə yetirərdi. Bu məziyyət ona dəlalət edir ki, o (ə), Allah qarşısında və Onun qulları qarşısında özünün bütün öhdəliklərini yerinə yetirərdi. O (ə) verdiyi sözə axıra qədər sadiq qalırdı, hətta atasına da söz vermişdi ki, onu qurban kəsəndə buna səbirlə dözəcəkdir. O (ə) demişdi: “... “Ey ata! Sənə hökm ediləni yerinə yetir. Əgər Allah istəsə, sən mənim səbirlə dözənlərdən olduğumu görəcəksən” (Saffat, 37/102). O (ə) atasına (ə) imkan verdi ki, Allahın iradəsini yerinə yetirsin və insanın qismətinə düşə biləcək ən böyük sınaqdan keçdi. Lakin bu onun (ə) yeganə məziyyəti deyildi. Allah onu peyğəmbər və elçi adlandırmışdı və onu (ə) Öz məxluqlarının ən gözəl sırasında yerləşdirmişdi, çünki peyğəmbərlik insanın layiq görüldüyü ən böyük şərəfdir.
ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ;
O öz ailəsinə namaz qılmağı və zəkat verməyi əmr etmişdi və Rəbbi dərgahında ondan razı qalmışdı”. O (ə) ailə üzvlərinin Allahın hökmlərini yerinə yetirmələrinin qayğısına qalır və onlara namaz qılmağı və zəkat verməyi əmr edirdi. Namaz qıldıqda onlar haqq olan Allaha səmimiyyətlə ibadət edir, sədəqə paylayanda isə, Allahın qullarına xeyirxahlıq edirdilər. Buradan belə nəticə çıxır ki, İsmayıl peyğəmbər (ə) nəinki öz qəlbini nəcibləşdirir. Həm də bunda ətrafındakılarına da kömək edirdi. İlk növbədə isə o, ailə üzvlərinin kamilləşməsinə yardım göstərirdi, çünki onların onun (ə) moizələrinə, başqa insanlardan daha çox haqqı var idi. Fövqəluca Rəbb peyğəmbərindən razı idi, çünki o (ə) daima can atırdı ki, Onun mərhəmətini qazansın və bu yöndə səylə çalışırdı. Allah da onu (ə) seçdi, onu ən yaxın möminlərindən biri etdi, ondan razı qaldı və hər şeyi etdi ki, o (ə) da öz Rəbbindən razı olsun.
ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ;
|