Студопедия — Sonra Biz təqvalıları xilas edəcəyik, zalımları isə orada diz çökmüş halda saxlayacağıq”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Sonra Biz təqvalıları xilas edəcəyik, zalımları isə orada diz çökmüş halda saxlayacağıq”.






O şəxslər xilasa nail olacaqlar ki, onlar Onun (Pak və Müqəddəs Olanın) hökmlərini yerinə yetirərək və günahlardan çəkinərək Fövqəluca Allah qarşısında qorxu hissi keçirmiş olsun­lar. Günah işləyənlərə, küfrə etiqad edənlərə və özlərinə zərər vuranlara gəldikdə isə, onlar Cəhənnəmdə diz üstə çökmüş halda qalacaqlar. Bunun səbəbi onların zalımlığı və kafirliyi olacaqdır. Onların məhz bu günahları onları əbədi olaraq Cəhənnəmə məhkum və xilas olmaq ümidindən məhrum etmişdir.

 

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ;

19.73) “Onlara Bizim aydın ayələrimizi oxuyanda, kafirlər möminlərə deyirlər: “Bu iki zümrədən hansı mövqeyinə görə daha yüksək və daha layiqli yer tutur?”

Tək Allaha ibadətin zəruriliyini sübut edən, Allahın elçi­ləri­nin doğruçuluğunu təsdiq edən və onları eşidən hər kəsi səmimi qəlbdən iman gətirməyə və bir daha heç vaxt haqqa şübhə etməməyə yönəldən aydın ayələr kafirlərə oxunduqda, onlar açıq şəkildə öz öhdəliklərindən boyun qaçırırlar. Bundan başqa, onlar hələ öz Rəbbinin möcüzələrinə istehza edir və iman gətirənləri məsxərəyə qoyurlar. Haqlı olduqlarını isə dünya həyatında özlərinin zənginliyi ilə doğrultmağa çalışırlar. Onlar özlərini möminlərdən yaxşı sayırlar və haqqı sözlərlə inkar etməyə cəhd göstərirlər: “Cəmiyyətdə kim daha ləyaqətli mövqe tutur: biz və ya möminlər? Bizdən kim daha çox var-dövlətə malikdir? Hansı birimizin daha çox övladı var? Bizdən kim öz istəklərini asanlıqla həll edir?” Onlar belə qərara almışdılar ki, üstünlük övladların çoxsaylığı, öz maddi istəklərini təmin etmək və məclislərdə ən şərəfli yerlərdə oturmaq imkanları sayəsində əldə edilir. Onlar öz pozğun dəlillərinə istinad edərək, belə bir nəticəyə gəlmişdilər ki, əgər möminlər bu imkanlara malik deyillərsə, deməli kafirlər onlardan üstündürlər. Lakin bu ən böyük azğınlıqdır, çünki haqq bu insanların təsəvvüründə tərsinə çevrilmişdir. Onu demək kifayətdir ki, çox vaxt var-dövlət, övladlar və təmtəraqlı pal-paltar insanın ölümünün və ya bədbəxtliyinin səbəbi olur. Buna görə, sonra Fövqəluca buyurur:

 

ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ;

 

Biz bunlara qədər nə qədər nəsllər məhv etmişik! Onlar bunlardan var-dövləti və zahiri görkəmlərinə görə üstün idilər”.

Məhv edilmiş xalqlar gözəl ev əşyalarına, təmtəraqlı yata­caq­lara, oturacaqlara, heyranedici mənzillərə və məftunedici bəzək şeylərinə malik idilər. Onlar güclü və gözəl idilər, rahat həyatdan və maddi nemətlərdən zövq alırdılar. Lakin bunlar Allahın cəzasından xilas olmağa kömək etmədi. Bu gün kafirlər əvvəlkilərdən zəif və azsaylı olduqları halda cəzadan necə xilas olmağa cəhd göstərirlər? Bununla əlaqədar Fövqəluca buyurur: “Məgər sizin kafirlər onlardan yaxşıdırlar? Yaxud sizə Kitab­larda bəraətmi var?” (Qəmər, 54/43). Bütün bu deyilənlərdən aydın olur ki, bu dünyadakı əmin-amanlığı Axirətdə xoşbəxtliyin rəhni sayanların dəlilləri necə də əsassızdır. Şübhəsiz ki, ancaq kafirlər belə gümana qapıla bilərlər.

 

ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ;

De: “Qoy Mərhəmətli, azğınların ömrünü, vəd olunmuş əzab və Saatı görəcəklərinədək, uzatsın. Onda onlar biləcəklər ki, kimin yeri pis və qoşunu zəifdir”.

Fövqəluca Allah kafirlərin böyük inadkarlığını və dərin azğınlığını təsdiq edən yanlış sübutlarını xatırlatdıqdan sonra bildirir ki, insan öz azğınlığından məmnundur və ondan ayrılmağı arzulamır. Buna görə Allah onun azğınlığını daha da artırır, bu azğınlığa olan məhəbbətini gücləndirir. Budur düz yol qaldığı halda azğınlığa üstünlük verən kafirlərdən alınacaq qisas! Fövqəluca buyurur: “Onlar boyun qaçırdıqda, Allah da onların qəlbini azdırdı. Allah günahkarları doğru yola yönəltmir” (Saff, 61/5);

“Onlar ona ilk dəfə iman gətirmədiklərinə görə Biz onların qəlbini tərsinə çevirər və onları öz zalımlığı içində sərgərdan qoyarıq” (Ənam, 6/110).

Bu, onlar bir-birini öldürənə qədər və ya maddi həyatda digər cəzaları gözləri ilə görənə qədər davam edir. Əgər onlar belə cəzadan xilas ola bilsələr də, onsuz da, onları Qiyamət günü gözləyir. O Günün başlaması ilə hər kəs törətdiyi əməllərə görə əvəz alacaqdır. Bax, onda onlar biləcəklər ki, necə də möhkəm yanılırmışlar. Onlar anlayacaqlar ki, iddiaları əsassız imiş və özləri də mürtəd və cani imişlər. Lakin bunu dərk etmələri onlara heç də fayda verməyəcəkdir, çünki onlar artıq maddi həyata qayıda bilməyəcək və əməllərini dəyişə bilməyəcəklər.

 

ﯻ ﯼ ﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ;

 

Allah doğru yolla gedənlərin doğru yola bağlı­lı­ğı­nı artırır. Ölməz xeyirxah əməllər isə Rəbbin dərgahında, nəticə etibarı ilə, savab baxımından, daha yaxşıdır”.

Allahın fasiqlərin azğınlığını artırması haqqında xatırlat­ma­dan sonra, Fövqəluca Allah bildirir ki, O (Pak və Müqəddəs Olan) Öz mərhəməti ilə doğru yolla gedənlərin imanını güclən­dirir. Doğru yolla getmək – faydalı biliklərə malik olmanı və saleh əməllər işləməyi nəzərdə tutur. Əgər insan faydalı biliklər əldə edir və yaxşı işlər görürsə, onda Allah ona yardım göstərir və bu yolla getməyi asanlaşdırır. Bundan başqa, Allah ona, qa­zan­dığı mükafat­dan üstün olan nemətlər bəxş edir. Bu ayə ona dəlalət edir ki, iman güclənə və zəifləyə bilər. İlk müsəlmanlar məhz belə baxışlara etiqad edirdilər.

Fövqəluca buyurur: “Biz Odun gözətçilərini təkcə mələk­lər­dən təyin etdik, onların sayını isə kafirlərin azdırılması üçün nəzərdə tutduq ki, Kitab verilənlər əmin olsunlar, möminlərin isə imanı güclənsin” (Müdəssir, 74/31);

“Möminlər təkcə o şəxslərdir ki, Allah xatırlananda qorxu keçirirlər, onlara Allahın ayələri oxunanda imanları güclənir, öz Rəbbinə təvəkkül edirlər” (Ənfal, 8/2). Bu baxışlar dünyada baş verən hadisələrlə də təsdiq edilir. İman – qəlbən etiqad edilən, dillə ifadə olunan baxışlardan, həmçinin qəlbən, dillə və bədənin digər üzvləri ilə edilən əməllərdən ibarətdir. Möminlər bu göstə­ricilər üzrə ən qabarıq surətdə bir-birindən fərqlənirlər.

Sonra Fövqəluca Allah əbədi xeyirxahlıqları xatırladır. Bütün yaxşı əməllər yoxa çıxdıqdan sonra belə əbədi xeyirxah­lıqlar yox olmur. Onlara aşağıdakılar aiddir: namaz qılınması, zəkat veril­məsi, oruc tutulması, həcc və ümrə ziyarəti, Quran oxunması, Allahın şərəfləndirilməsi, ucaldılması və təriflənməsi, tövhid şəhadətinin gətirilməsi, məxluqlara qarşı xeyirxahlıq və həmçinin qəlb və bədənlə yerinə yetirilən xeyirxahlıqlar. Bu əbədi xeyirxahlıqların mükafatı – Allahın ən yaxşı mükafatı və ən yaxşı əvəz olacaqdır. Bu xeyirxahlıqlar onları edənlərə böyük və tükənməz fayda gətirəcək. Bütün qalan əməllərə gəldikdə isə, onlar insanlara ancaq dünya həyatında fayda verər və Axirət həyatında mükafatla stimullaşdırılmayacaqdır.

Niyə Allah əbədi xeyirxahlıqları məhz bu ayədə xatırladır? Bu barədə ən yaxşı bilən Allahdır, lakin, yəqin ki, Fövqəluca Allah maddi bolluğun, çoxsaylı övladlarının və cəmiyyətdə yüksək mövqeyin uğur qazanmağın rəhni olmasını hesab edən fasiqləri xatırladıqdan sonra, onların iddialarını təkzib etməyi qərara alır. O (Pak və Müqəddəs Olan), bildirir ki, xoşbəxtliyin və uğur qazan­ma­nın rəhni Allahın sevdiyi təkcə saleh əməllərdir.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ;

 

(19.77) “Sən gördünmü Bizim ayələrimizə inanmadığı hal­da, “Mənə mütləq var-dövlət və övladlar əta ediləcək” deyəni?”

 

Allahın ayələrini inkar edən kafirlərin vəziyyəti səni təəc­cübləndirmirmi? Onlar buna baxmayaraq bəyan edirlər ki, Axirətdə onlara saysız-hesabsız var-dövlət və çoxlu oğul-uşaq əta ediləcək. Onlar özlərini Cənnətin gələcək sakinləri sayırlar və bu olduqca təəccüblüdür. Belə bir bəyanatı Allaha iman gətirmiş möminlər desəydilər, daha yerinə düşərdi. Hərçənd bu ayə bir kafirdən ötrü nazil edilmişdisə də, o, özlərini haqqın tərəfdarları sayan və Cənnətə düşəcəklərini güman edən bütün allahsızlara aiddir.

ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ;

 

(19.78) “Məgər o, qeybi bilirdi və ya Mərhəmətli ilə əhd bağlamışdı?”

Məgər o öz biliyi ilə qeybi dərk etmişdir və bunun sayəsində də bilmişdir ki, Qiyamət günü ona var-dövlət və çoxsaylı övladlar bağışlanacaq? Ya da Mərhəmətli Allah ona bu nemətləri verməyi vəd etmişdir? Şübhəsiz ki, bu qətiyyən belə deyil, çünki kafir ona məlum olmayan şeylərdən danışır. Bu ayədə sadalanan iki dəlilə gəldikdə isə, onların hər ikisi bu kafirin əleyhinə təkzibolunmaz sübutlardır. Məsələ orasındadır ki, insan Allahın Axirət həyatında ona nemətlər bəxş edəcəyini iki halda deyə bilər: ya o, qeyb və gələcək haqqında biliyə malik olmuş olsun, ya da o, Allahla əhd bağlamış olsun. Məlumdur ki, qeyb haqqında elmə təkcə Allah malikdir, insan isə gələcək haqqında ancaq elçilərə nazil edilən ayələrdən öyrənə bilər. Allahla əhd bağlamağa gəldikdə isə, o, insanların Ona iman gətirməsini və Onun seçilmiş elçilərinin yolu ilə getməsini vacib edir. Elçilərə təlqin edilirdi ki, onlar Axirətdə uğur qazanacaq və xilasa sahib olacaqlar. Əgər insan bu iki tələbdən heç birinə uyğun gəlmirsə, onda onun Axirət həyatında uğur əldə edəcəyi haqqında bəyanatı yalançı bəyanatdır. Buna görə, sonra Fövqəluca buyurur:

 

ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ;

 

(19.79) “Xeyr! Biz onun sözlərini yazacağıq və onun əzabını artıracağıq!”

 

Bu kafirin zənni yanlış və pozğundur. Birincisi, onun qeyb haqqında anlayışı belə yoxdur, çünki Allaha iman gətirməkdən boyun qaçırır və peyğəmbərlik haqqında təsəvvürə malik deyil­dir. İkincisi, Allah ona heç bir xeyirli vədlər verməmişdir, çünki o, küfrə etiqad edir və imandan üz döndərir. O, mükafata deyil, cəzaya layiqdir. Onun sözləri isə qeyd olunub saxlana­caqdır ki, onlara görə layiqli əvəzini alsın. Bu əvəz çox kəskin və əzabverici olacaqdır, çünki o, öz azğınlığında və aldanmasında son dərəcə təkmilləşmişdir.

 

ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ;

 







Дата добавления: 2015-09-04; просмотров: 455. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Шрифт зодчего Шрифт зодчего состоит из прописных (заглавных), строчных букв и цифр...

Картограммы и картодиаграммы Картограммы и картодиаграммы применяются для изображения географической характеристики изучаемых явлений...

Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Конституционно-правовые нормы, их особенности и виды Характеристика отрасли права немыслима без уяснения особенностей составляющих ее норм...

Толкование Конституции Российской Федерации: виды, способы, юридическое значение Толкование права – это специальный вид юридической деятельности по раскрытию смыслового содержания правовых норм, необходимый в процессе как законотворчества, так и реализации права...

Значення творчості Г.Сковороди для розвитку української культури Важливий внесок в історію всієї духовної культури українського народу та її барокової літературно-філософської традиції зробив, зокрема, Григорій Савич Сковорода (1722—1794 pp...

Интуитивное мышление Мышление — это пси­хический процесс, обеспечивающий познание сущности предме­тов и явлений и самого субъекта...

Объект, субъект, предмет, цели и задачи управления персоналом Социальная система организации делится на две основные подсистемы: управляющую и управляемую...

Законы Генри, Дальтона, Сеченова. Применение этих законов при лечении кессонной болезни, лечении в барокамере и исследовании электролитного состава крови Закон Генри: Количество газа, растворенного при данной температуре в определенном объеме жидкости, при равновесии прямо пропорциональны давлению газа...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.013 сек.) русская версия | украинская версия