(19.83) “Məgər sən Bizim şeytanları kafirlərin üstünə onları azdırmaqdan ötrü göndərdiyimizi görmürsən?”
Fövqəluca fasiqləri[52] gözləyən cəza barəsində xəbər verir. Bu dünyada ikən onlar Allaha təvəkkül etmirlər və Onun ipindən yapışmaq istəmirlər. Əksinə, onlar Ona şərik qoşur və öz dostlarını Onun düşmənləri arasından seçirlər. Onlar kömək üçün şeytanlara müraciət edir və şeytanlar da onlara ağalıq edirlər. Şeytanlar onları Allaha itaətsizliyə təhrik edir və kafirliyə doğru itələyir, onlara vəsvəsə verir və yaramaz fikirlər təlqin edirlər, yalanı onlar üçün bər-bəzəkli göstərir və haqqa qarşı nifrət oyadırlar. Bunun nəticəsində onların ürəyi yalana məhəbbətlə dolur və ədalətli insan öz haqqını müdafiə etdiyi kimi, onlar da yalanın müdafiəsinə qalxırlar. Onlar yalanı şərəfləndirmək üçün əllərindən gələni əsirgəmirlər və hətta bu sahədə haqq tərəfdarları ilə döyüşürlər də. Bax elə buna görə onlar ədalətli cəzaya layiq görüləcəklər. Bu cəza öz həqiqi Hamisinin himayəsindən boyun qaçıran və kömək üçün düşməninə müraciət edən və ona öz üzərində hökmranlıq etməyə imkan verən hər kəsə layiq görüləcəkdir. Əgər belə bir insan Allaha iman gətirsəydi və Ona təvəkkül etsəydi, onda şeytan heç vaxt ona üstün gələ bilməzdi, çünki Fövqəluca Allah onun barəsində belə buyurmuşdur: “Həqiqətən də, o, iman gətirənlərin və təkcə öz Rəbbinə təvəkkül edənlərin üzərində hakimiyyətə malik deyildir. Onun hakimiyyəti altına düşənlər, onu özünə köməkçi və himayəçi sayanlardır ki, Allaha şərik qoşurlar” (Nəhl, 16/99-100).
ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ;