Allah – Özündən başqa ilah Olmayandır və Onundur ən gözəl adlar”.
Təkcə Allah ibadətə layiq olan Rəbdir. Bütün məxluqlar Ona pərəstiş etməli, Onu sevməli, Onun qarşısında alçalmalı, Ondan qorxmalı, Ona təvəkkül etməli, tövbə etməli, duanı Ona etməli və Onunla yanaşı heç kimə ibadət etməməlidir. O (Pak və Müqəddəs Olan) ən gözəl və ən kamil çoxsaylı adlara malikdir. Onların gözəlliyi ondadır ki, hər bir təzahür edən ad Allahı tərifləməyin zəruriyyətini vurğulayır. Allahın gözəl adları arasında elə bir ad yoxdur ki, o, Rəbbi tərifləməyin zəruriyyətini təsdiq etməmiş olsun. Onların lətafəti həm də ondadır ki, Allah həmin sifətlərlə nəinki adlandırılır, həmçinin Onun kamil, yüksək və gözəl məziyyətləri xüsusilə vurğulanır. Onların cazibədarlığı bir də ondadır ki, onlar Allaha yaxınlaşmanın vasitələridir. Məhz buna görə Fövqəluca Allah Öz qullarına əmr etmişdir ki, bu adlarının vəsiləsi ilə Ona dua etsinlər. O (Pak və Müqəddəs Olan) bu adları sevir və həm də bu adları sevənlərin də hər birini sevir. O (Pak və Müqəddəs Olan) həmçinin onları əzbərləyənləri, onların mənaları üzərində düşünənləri və bu minvalla öz Rəbbinə ibadət edənləri də sevir. Fövqəluca buyurur: “Ən gözəl adlar – Allahındır. Buna görə Ona bu adların vasitəsi ilə dua edin!” (Əraf, 7/180).
ﮭ ﮮ ﮯ ﮰ ﮱ;
(20.9) “Musanın hekayəti sənə çatmışdırmı?” Fövqəluca Öz Peyğəmbərindən (ona Allahın salavatı və salamı olsun!) bu barədə ona görə soruşur ki, Musa peyğəmbər (ə) barəsindəki əhvalatın mühümlüyünü xüsusi nəzərə çarpdırsın. Ey Muhəmməd! Sən bilirsənmi ki, səndən əvvəlkinin peyğəmbərliyi necə başlamışdır? Bərk soyuq olan bir vaxtda Musa (ə) öz ailəsi ilə yolu azmışdılar. Onlar qızına bilmirdilər və elə bu zaman o (ə) uzaqdan alovu titrəşən bir od gördü.
ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ; Budur, o, odu görüb, ailəsinə dedi: “Burada dayanın! Mən od gördüm. Ola bilsin ki, mən sizə ya bir kösöv gətirim, ya da odun yanında yolu tapa bilim”. O (ə), odu dağın sağ ətəyində gördü və yaxınlarına dedi: “Ola bilsin ki, mən sizə bir kösöv gətirərəm və siz də qızınarsınız. Amma ola da bilər ki, mən orada yolu bizə göstərə bilən adamları taparam”. O (ə) ümid edirdi ki, bu dünyada işıq və yol tapsın, nəticədə isə ruhani nur tapdı. Bu, qəlbi və ürəyi ziyalandıran Səmavi Vəhyin işığı idi. O (ə) həm də yolçunu Cənnətin Səadət bağlarına aparan doğru yolu tapdı. O (ə) belə bir uğur barəsində heç xəyalından da keçirməmişdi və ona ümid bağlamamışdı.
ﯦ ﯧ ﯨ ﯩ ﯪ;
(20.11) “O, ona yaxınlaşdıqda, ucadan bir nida gəldi: “Ey Musa!” Musa (ə) uzaqdan gördüyü oda yaxınlaşdı və onun, həqiqətən də, od şöləsi olduğunu gördü. Bu işıq yanan və yandıran alova bənzəyirdi. Bunun belə olduğunu Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) sözləri təsdiq edir. O (s.ə.s.) demişdir: “Onun örtüyü – işıqdan və ya oddandır. Əgər O, onu qaldırıb azca açsaydı, onda Onun Üzünün lütfü Onun baxışının əhatə etdiyi hər şeyi yandırardı”. Bu yerə çatdıqda, Musa (ə) Fövqəlqüdrətli Allahın sədasını eşitdi. Fövqəluca bu barədə belə buyurur: “Biz onu dağın sağ tərəfindən səslədik və yavaşcadan yaxına çağırdıq” (Məryəm, 19/52).
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ;
|