Fironun yanına get, çünki o, həddi aşmışdır”.
O, yol verilənlərin həddini aşıb keçmişdir, küfrə etiqad edir və yaramaz günahlara yol verir. O, Yerin əhalisinə təkəbbürlə yanaşır, kasıblara və köməksizlərə zülm edir. Lakin ən başlıcası – bu mənfur günahkar özünü Allah hesab edir. Zalımlığı Fironu məhv olunmağa layiq etmişdi, lakin Allah mərhəmətlidir, müdrikdir və ədalətlidir. O (Pak və Müqəddəs Olan), Allahın elçiləri haqqında heç nə bilməyən və elçilərin doğruçuluğuna əmin olmayan insanları cəzalandırmır. Buna görə Musa peyğəmbərə (ə) aydın oldu ki, ona (ə) böyük bir çoxməsuliyyətli vəzifə tapşırılmışdır. O (ə), Misir sakinlərinin heç birinin bir söz belə deməyə cəsarət etmədiyi tərs və zalım bir hökmdarla üzbəüz dayanıb danışmalı olacaqdı. Musanın (ə) vəziyyəti həm onun təkliyi, həm də səhabələrinin olmaması ilə çətinləşirdi. Bundan başqa, bir çox illər bundan qabaq o (ə), bir misirlini öldürmüşdü. Bütün bu şərtlərə baxmayaraq, o (ə), Rəbbinin əmrinə itaətkarlıqla tabe oldu və Ondan xahiş etdi ki, ona (ə) yardım göstərsin və uğur qazanması üçün zəmin yaratsın. Həqiqətən, heç bir dəvətçi belə yardım olmadan uğur əldə edə bilməz. ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ;
(20.25) “Dedi: “Ey Rəbb! Köksümü genişlət!”
Məni geniş qəlbli və səbirli bir insan et ki, Misir xalqının mənə qarşı sözlə və əməlləri ilə edəcəyi haqsızlıqlara səbatla dözə bilim. Qoy onların cinayətləri həyatda qanımı qaraltmasın və qəlbimi sıxmasın, çünki ürəyi sıxılan şəxsin başqa insanları doğru yola gətirməyə və onların arasında haqqı təbliğ etməyə gücü çatmaz. Məhz buna görə Fövqəluca belə buyurur: “Allahın mərhəməti ilə sən onlara qarşı yumşaq davranırdın. Əgər sən kobud və daşqəlbli olsaydın, onlar səni mütləq tərk edərdilər” (Ali İmran, 3/159). Yəqin ki, dəvətçi xeyirxah, genişürəkli və səmimi olduqda, insanlar haqqı qəbul edirlər. ﯝ ﯞ ﯟ ﯠ; (20.26) “İşimi asanlaşdır!” Mənim qarşımda qoyduğun istənilən məqsədə nail olmağı mənim üçün asanlaşdır və məni gözləyən çətinliklərin öhdəsindən gəlmək üçün mənə kömək et. İnsanlara düzgün yanaşma üsulu tapdıqda, hər bir şəxsə müvafiq tərzdə müraciət edə bildikdə və davranışı ilə ətrafdakılarını dediyi sözlərə qulaq asmağa cəlb edə bildikdə dəvətçinin vəzifəsi asanlaşır.
ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ;
(20.27) “Dilimdəki düyünü aç ki”,
|