Həqiqətən, Mən – sənin Rəbbinəm! Nəleynlərini çıxart! Sən müqəddəs Tuva vadisindəsən”.
Allah Musaya (ə) bildirir ki, O (Pak və Müqəddəs Olan), onun (ə) Rəbbidir və əmr edir ki, o (ə) Onunla danışmağa hazırlaşsın. Musaya (ə) nəleynləriniçıxartması əmr olunmuşdu, çünki o (ə) pak və müqəddəs Tuva vadisinə ayaq basmışdı. Fövqəluca bu vadini şərəfli peyğəmbəri Musa (ə) ilə söhbət üçün seçmişdi və təkcə bu bəs edərdi ki, bu yerə ehtiramla yanaşılsın. Bir çox təfsirçilər hesab edirdilər ki, ona (ə) ayaqqabısını çıxartmağının əmr olunmasının səbəbi onun (ə) nəleyninin ev eşşəyinin dərisindən hazırlanması olmuşdu. Bu barədə ən yaxşısını bilən Allahdır. ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ;
(20.13) “Mən səni seçmişəm və buna görə vəhylə sənə təlqin ediləni dinlə!” Rəbb səni insanlar arasından seçmişdir və bu Rəbbin sənə göstərdiyi böyük mərhəmətindən irəli gəlmişdir. Buna görə sən Ona səni şan-şöhrətə nail etdiyi üçün həmd etməli və vəhylə sənə nazil edilmiş hər şeyə diqqətli olmalısan. Bu vəhy ona belə münasibət bəslənməsinə layiqdir, çünki o, dinin əsası və Allaha itaət etməyə çağırışın dayağıdır. Sonra Fövqəluca xəbər verir ki, Musaya (ə) nazil edilən vəhydə məhz nədən bəhs edilmişdir.
ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ;
(20.14) “Həqiqətən, Mən – Allaham! Məndən başqa Allah yoxdur! Ancaq Mənə ibadət et və namaz qıl ki, Məni xatırlayasan!" Təkcə Allah ibadətə layiqdir, Çünki Onun adları və sifətləri kamildir, əməlləri isə təkrarolunmazdır. Heç bir varlıq Allahla müqayisə edilə bilməz və Onun adını daşımağa layiq deyil. Buna görə, Musa peyğəmbərə əmr olunmuşdu ki, qəlbən və cismən ancaq Ona ibadət etsin, düzgün baxışlara etiqad etsin və xeyirxah işlər görsün. Namaz da ibadət mərasimidir, lakin Fövqəluca Allah onun zəruriliyini xüsusi ilə vurğulayır, Çünki bu şərəfli ibadət ayini bir çox digərlərindən üstündür. İnsan namaz qılarkən Rəbbinə qəlbən, sözlə və bədəni ilə ibadət edir. Fövqəluca həmçinin vurğulayır ki, namaz insana Allahı xatırladır. Rəbbin yad edilməsi insanın ən mühüm vəzifələrindən biridir. Namaz qulun Rəbbi qarşısında mütiliyini nəzərdə tutur və xoşbəxtliklə uğurun rəhnidir. Allahın xatırlanması üçün yer olmayan qəlb korlanmış və bədbəxtdir. İnsanların bundan uzaq olmaları üçün Fövqəluca Allah onlara, mahiyyəti Rəbbi daima zikr etməklə bağlı olan namaz qılmaq və digər ibadət ayinlərini icra etmək hökmü vermişdir. Fövqəluca buyurur: “Kitabdan sənə təlqin ediləni oxu və namaz qıl. Həqiqətən, namaz yaramazlıqlardan və qınanmalı əməllərdən qoruyur. Lakin Allahın xatırlanması – daha vacibdir və Allah sizin nə etdiyinizi bilir” (Ənkəbut, 29/45). Bu sözlərdən aydın olur ki, namazın Allahı xatırlatması, onun insanları yaramaz əməllərdən və qınanılanlardan qorumasından daha üstündür. Bütün yuxarıda deyilənlər Vahid Allaha iman gətirmək və təkcə Allaha ibadət etmək adlanır. O (Pak və Müqəddəs Olan), bu ibadətə layiqdir və bu[55] Onun gözəl sifətlərindən biridir. İbadətin özü isə Onun qullarının gözəl məziyyətlərindən biridir.
ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ;
Mən Həmin Saatı az qala Özümdən də gizlədirəm, amma o Saat hökmən gələcəkdir ki, hər bir nəfsə can atdığının əvəzi verilsin”.
Fövqəluca buyurur: “Onlar səndən Saat haqqında soruşurlar: “O haçan gələcəkdir?” De: “Həqiqətən, onu bilən təkcə Rəbbimdir. Ondan başqa heç kim onun başlanması vaxtını aşkar etməyə qadir deyildir” (Əraf, 7/187); “O Saat haqqında bilik Ona aiddir” (Fussilət, 41/47). O (Pak və Müqəddəs Olan) bu dünyanın sonunun başlanması müddəti haqqında biliyi bütün məxluqlarından, hətta yaxın mələklərdən və saleh peyğəmbərlərdən (onlara Allahın salamı olsun!) də gizlətmişdir. Vəd edilən Saat başladıqda, hər bir məxluq öz etdikləri yaxşı və pis əməllərinə görə əvəz alacaqdır. Qiyamət günü – Axirət həyatının sadəcə qapısıdır və buna görə Fövqəluca Rəbb buyurur: “Göylərdə olanlar da, yerdə olanlar da Allaha məxsusdur ki, O, canilərə törətdiklərinə görə əvəz versin və xeyirxahlıq edənlərə də Ən Yaxşı [56] əvəz versin” (Nəcm, 53/31). ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ;
(20.16) “Qoy ona iman gətirməyənlər və istəklərinə uyanlar səni döndərməsinlər, yoxsa məhv olarsan!” Qoy Axirət həyatının gerçəkliyini dananlar Qiyamət gününün labüdlüyündə və əvəz veriləcəyində səni şübhəyə salmasınlar və Axirət naminə saleh əməllərdən səni yayındırmasınlar. Onlar Axirətə şübhə edir və başqa insanların ürəyinə də şübhə salırlar. Onlar möminlərlə höcətləşir və əllərindən gələni edirlər ki, öz şübhəli dəlilləri ilə onları azdırsınlar. Belə hallarda onlar ancaq öz alçaq istəklərinə tabe olurlar, Həqiqəti dərk etməyə can atmır və belə ona görə edirlər ki, bu onların qüsurlu ürəklərini məmnun edir. Sən belə insanlardan ehtiyat etməlisən və unutmamalısan ki, onlar öz sözləri və əməlləri ilə Axirətə inanan və əbədi uğur xatirinə çalışan hər kəsə mane olmağa cəhd göstərirlər. Allahın möminləri belə insanlar barəsində xəbərdar etməsi, onların yalan vəsvəsələrinin müsəlmanlar üçün ən böyük təhlükə olması ilə bağlıdır. İnsanların şübhə etməsi və özünə bənzərlərdən nümunə götürməsi – onlara məxsus səciyyəvi bir haldır və buna görə Fövqəluca Allah müsəlmanları, haqq dinə layiqincə etiqad edən adamlara mane olan, onların arasında şəkk-şübhə törədən, uydurmalar yayan və onları Allaha, Qiyamət gününə və təkcə Ona ibadətə iman gətirməyə dəvət edən ədəbiyyatdan uzaqlaşdıran vaizlərdən qorunmağa çağırır. Bu üç anlayış həqiqi imanın əsası və dinin sütunlarıdır. Əgər insan onların tələblərini qüsursuz olaraq icra edirsə, onda o, dinə layiqincə etiqad edir. Əgər o, həmin tələbləri natamam yerinə yetirirsə, onda bu onun imanının zəifliyinə dəlalət edir. Əgər o, onları rədd edirsə, onda o, dinin ağuşundan çıxmış olur. Bu ayə, Fövqəluca Allahın Kitab əhlinin uğur qazanması və bədbəxtliyinin meyarlarını müəyyənləşdirdiyi vəhyinə bənzəyir. Fövqəluca buyurur: “Həqiqətən, Allaha və Axirət gününə iman gətirmiş və xeyirxahlıq göstərən möminlərə, yəhudilərə, xristianlara və səbalılara onların Rəbbinin nəzdində mükafat hazırlanmışdır. Onlar qorxu bilməyəcək və kədərlənməyəcəklər” (Bəqərə, 2/62). Fövqəluca Allah, imanın əsas müddəalarını izah etdikdən sonra, Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) onun ürəyinə yəqinlik verən, ona (s.ə.s.) olduqca böyük razılıq hissi gətirən və Allahın ona (s.ə.s.) düşmənləri üzərində qələbə çalmasına mütləq kömək edəcəyinə inamını gücləndirən möcüzələr göstərməyi qərara alır. Allah buyurur:
ﭹ ﭺ ﭻ ﭼ ﭽ;
(20.17) “Ey Musa, sənin sağ əlindəki nədir?”
Allah Musanın (ə) əlindəkinin nə olduğunu bilirdi, lakin O baş verəcək hadisənin əhəmiyyətini xüsusilə nəzərə çapdırmaq üçün bu sualı verməyi qərara alır.
ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ;
O dedi: “Bu – mənim əsamdır. Mən ona söykənirəm, onunla qoyunlarım üçün yarpaq çırpıram. Onu başqa işlər üçün də işlədirəm”. Musa (ə) bildirir ki, əsa ona (ə) iki halda sədaqətlə xidmət göstərmişdir. Birincisi, o ona (ə) yeridiyi zaman və dayandıqda kömək edir. İkincisi, o, mal-qaraya fayda verir, çünki Musa (ə) onunla ağaclardan yarpaq çırpıb, sürüsündəki qoyunlara yem verərdi. Bununla yanaşı o (ə) əsanı başqa hallarda da istifadə edərdi. Bu, saleh peyğəmbərin (ə) xeyirxah xasiyyətə malik olmasına dəlalət edir ki, bunun nəticəsi də onun (ə) heyvanlara və mal-qaraya göstərdiyi qayğı idi. Allah onu (ə) təsadüfən seçməmişdi. Bu seçim Fövqəluca Rəbbin kamil idrakı və mərhəmətliliyinin nəticəsiydi. Musanın (ə) xeyirxahlığının digər dəlili, onun (ə) əlində nə olmasına verdiyi cavab idi. Belə bir sual verən təkcə əşya ilə deyil, onun təyinatı ilə də maraqlana bilərdi və buna görə Musa (ə) ən müfəssəl surətdə cavab verir.
ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ;
(20.19) “Buyurur: “Ey Musa! Onu at!”
|