Onunla yumşaq danışın, ola bilsin ki, o, nəsihətə qulaq assın və ya qorxuya düşsün”.
Nitqiniz sadə, xeyirxah olmalı və sizin gözəl əxlaqınıza dəlalət etməlidir. Sizə özünüzü kobud aparmaq və dikbaşlıqla, lovğalıqla danışmaq yaraşmaz. Ola bilsin ki, məhz sizin xeyirxahlığınız sayəsində o, nəyin ona xeyir verəcəyini, nəyin isə ona zərər vuracağını başa düşsün. Bax onda o, xeyirxahlıq etməyə başlayar və günahlardan çəkinərdi. Buna ancaq xeyirli nəsihətlər verməklə nail olmaq mümkündür, çünki onlar insanı moizələrə qulaq asmağa təkan verir, halbuki adamlarla kobud münasibət onları uzaqlaşdırır. Fövqəluca, xeyirxah sözlər adı altında məhz nəyin nəzərdə tutulduğunu izah edərək, belə buyurur: “Fironun yanına get, çünki o, həddini aşmışdır və de: “Günahlarından təmizlənmək istəmirsənmi? Mən sənə Rəbbinə doğru yolu göstərərəm və sən müttəqi olarsan” (Naziat, 79/17-19). Bu sözlər doğrudan da xeyirxahlıqla doludur və kin-küdurət doğurmur və bu azacıq da olsa onların mənası üzərində düşünən hər kəsə aydındır. O sözlər, adətən, adamların bir-biri ilə məsləhətləşdikləri zaman olduğu kimi, sualla başlayır və belə yanaşma, bir qayda olaraq, kinliliyin yaranmasına səbəb olmur. Musaya (ə) həmçinin əmr olunmuşdu ki, Fironu murdar hərəkətlərdən təmizlənməyə dəvət etsin ki, bunun da əsas mənbəyi müşriklik[58] idi və bu çağırış da istənilən ağıllı adamda nifrət oyatmaq mahiyyətinə qabil deyildi. Allah ona (ə) əmr etməmişdi ki, Fironu günahlardan təmizləsin. Əksinə, Misir hökmdarına təklif olunmuşdu ki, günahlardan özü təmizlənsin. Sonra isə saleh peyğəmbər (ə) onu Rəbbin yoluna dəvət etməliydi. O (Pak və Müqəddəs Olan) onu çoxsaylı gözlə görünən və müşahidə edilməyən nemətlərlə təmin etmişdi və bunların hər biri insanın öz Rəbbinə şükür etməsini zəruriləşdirir. Lakin Firon, hər bir insanın qəlbinə təsir göstərə biləcək bu xeyirxah nəsihətlərə qulaq asmaqdan boyun qaçırdı. Onda Musaya (ə) aydın oldu ki, nəsihətlər Firona heç bir fayda verməyəcək və belə olduqda, Fövqəluca Allah onu əzablı cəzaya məhkum etdi. ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ;
|