Biz ona Özümüzün hər növ möcüzələrimizi göstərdik, lakin o onları yalan sayıb, rədd etdi”.
Fövqəluca bildirir ki, Firon ən müxtəlif möcüzələrin və təkzib olunmaz dəlillərin şahidi oldu. Təbiət və insanlar onun gözünün qarşısında ən möcüzəli şəkildə dəyişikliyə uğrayırdılar, lakin bu ona doğru yola gəlməyə bir təkan vermədi. Əksinə, o, Allahın möcüzələrini yalan saydı və Allahın hökmlərindən və haramlarından üz döndərdi. Haqq ona yalan, yalan isə haqq kimi göründü və bu zaman o, öz “haqqını” müdafiə etməyi və insanları doğru yoldan çəkindirməyi qərara aldı. ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ;
(20.57) “O dedi: “Ey Musa! Doğrudanmı sən bizim yanımıza gəlmişsən ki, bizi öz torpağımızdan sehrbazlıqla qovasan?”
O qərara almışdı ki, Musanın (ə) nümayiş etdirdiyi bütün möcüzələr sadəcə sehrbazlıqdır və Musa (ə) onun vasitəsi ilə misirliləri öz torpaqlarından qovub çıxarmağa, Misin hökmdarı olmağa və insanların düşüncəsinə təsir göstərməyə can atır. Firon öz xalqına deyir ki, Musa bu məqsədləri güdür, çünki o bilir ki, insanın qəlbi həmişə doğma torpağa can atır və ondan ayrılmaq istəmir. Bu minvalla Firon xalqında Musanın (ə) moizələrinə qarşı nifrət oyatmağa və ona (ə) qarşı insanları mübarizəyə yönəltməyə cəhd göstərirdi.
ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ; (20.58) “Biz mütləq sənə eyni sehrbazlığı göstərəcəyik. Uğurumuzun bərbər olacağı açıq bir yerdə görüşməyimiz üçün vaxt təyin et və bizdən heç kim onu pozmasın!”
Gün təyin et və hər kimin yaxşı tanıdığı bir yer seç. Qoy o yer düzəngah və əlverişli yer olsun ki, hamı orada nə baş verdiyini öz gözləri ilə görüb əmin ola bilsinlər.
ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ;
|