Mən səni Özüm üçün seçmişəm”.
Ey Musa! Sən ən böyük nemətlərə layiq edildin və gözəl tərbiyə aldın, çünki sən Allahın sevimlisi olacaqdın və Onun tərəfindən seçiləcəkdin. Bunun sayəsində sən digər məxluqları ötüb keçdin və elə ucalıqları fəth etdin ki, onların yüksəkliyinə qalxmağı ancaq çox nadir insanlar bacara bildilər. Əgər insan öz seçdiyi sevimlisinə səmimi hisslər bəsləyirsə, onda o, var gücü ilə ona kamilləşməsi üçün kömək göstərir və bundan ötrü mümkün olan hər şeyi edir. Fövqəlqüdrətli və Sonsuz Səxavət Sahibi Allahın insanlar arasından Özü üçün seçdiyi sevimlisindən ötrü nələr edəcəyini təsəvvür etmək mümkündürmü?!
ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ;
(20.42) “Qardaşınla birlikdə Mənim möcüzələrimlə gedin və Məni xatırlamağa etinasızlıq göstərməyin!”
Fövqəluca Rəbb Musaya (ə) əta etdiyi dünyəvi və ruhani nemətləri xatırlatdıqdan sonra ona (ə) və qardaşı Haruna (ə) əmr edir ki, haqqın gözəlliyinə dəlalət edən, yalanı isə ifşa edən möcüzələri insanlara nümayiş etdirsinlər. Onlara buyurulmuşdu ki, Firona və Misir əyanlarına əsa və əl ilə bağlı və digər möcüzələri – cəmi doqquz möcüzəni göstərsinlər. Bunlarla yanaşı onlara əmr edilmişdi ki, fasilə vermədən Allahı zikr etsinlər və Rəbbi tez-tez xatırlayacaqları və tərifləyəcəkləri haqqında vədi yerinə yetirsinlər. Həqiqətən, Allahı xatırlamaq insanlara işlərini yoluna qoymağa və məqsədlərinə nail olmağı asanlaşdırmağa kömək edir.
ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ;
|