Buyurdu: “Qorxmayın, çünki Mən – sizinləyəm. Mən eşidirəm və görürəm”.
Firon sizə zərər toxundurmayacaq, çünki Mən daima sizin qayğınızı çəkirəm. Mən sizin dualarınızı eşidir və vəziyyətinizi görürəm və buna görə də siz narahat olmaya bilərsiniz. Rəbbin bu sözləri onları qorxmaqdan xilas etdi və Onun vədinin doğruluğuna onların ürəyində inam yarandı.
ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ;
(20.47) “İkilikdə onun yanına gedib deyin: “Biz – sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə birlikdə burax və onlara əzab vermə. Biz sənin yanına Rəbbimizin möcüzələri ilə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!” Onu Allaha itaət etməyə çağırın və əmr edin ki, İsrail oğullarını əzab-əziyyətdən azad etsin. O, uzun müddət bu şanlı xalqı köləlikdə saxlamışdır və artıq onları azad etmək vaxtı gəlib çatmışdır və onlara imkan verilməlidir ki, öz talelərinə müstəqil sərəncam çəkə bilsinlər və Musa peyğəmbərin (ə) rəhbərliyi altında Allahın qanunları üzrə yaşasınlar. Ona bəyan edin ki, doğru yolla gedən və Allahın aydın qanunlarını rəhbər tutan hər bir kəs həm bu dünyada, həm də ölümündən sonra böyük uğur əldə edəcəkdir. Bununla yanaşı isə ona sizin doğruçuluğunuzu təsdiq edən möcüzələrimizi göstərin. Fövqəluca sonra belə buyurur: “O, əsasını atdı və əsa açıq-aşkar bir ilana çevrildi. O, əlini qoltuğundan çıxartdıqda, o, ona baxanlar üçün ağappaq oldu” (Şuəra, 26/32-33). ﯾﯿﰀﰁ ﰂ ﰃ ﰄﰅﰆ ﰇ ﰈ;
|