Cavab verdi ki: “Rəbbimiz – hər şeyə Surət Verən, sonra isə hamıya Doğru Yol Göstərəndir”.
Fironun sualı imansızlıqla dolu, Musanın (ə) cavabı isə aydın və inandırıcı idi. O (ə) deyir ki, bütün varlıqları Yaradan və Öz məxluqlarına müvafiq surətlər Verəndir. Bu məxluqların arasında böyük, kiçik və orta ölçülərdə olan yaradılmışlar vardır və onların hamısı ən müxtəlif keyfiyyətlərə malikdirlər. Allah onların bu dünyaya gəlməsinin məqsədinə uyğun olaraq yol göstərir ki, bu mükəmməl rəhbərliyin dəlillərini hər bir məxluqun özündə müşahidə etmək olar. Hər bir məxluq yaradılış məqsədi olan nemətə doğru can atır və başına gələ biləcək şərdən uzaq qaçır. Hətta Allahın bu məqsədə nail olmaq üçün kifayət qədər ağıl verdiyi heyvanlar da belə davranırlar. Bu ayə aşağıdakı vəhyə bənzəyir: “Yaratdıqlarının hamısını mükəmməl xəlq etmişdir...” (Səcdə, 32/7). O (Pak və Müqəddəs Olan), bütün varlıqları yaratmış və Öz məxluqlarına surət vermişdir. Onlar o dərəcədə əladır ki, insan təfəkkürü onlardan daha kamilini yaratmaq imkanına malik deyil. O (Pak və Müqəddəs Olan), Öz məxluqlarına onlara fayda verə bilən şeyləriöyrətmişdir. Bu isə o deməkdir ki, təkcə O (Pak və Müqəddəs Olan) Həqiqi Rəbdir və Onu inkar etmək - ən aydın olan bir şeyi inkar etməkdir. İnsan buna yol verdikdə ən böyük yalanı təntənə ilə elan etmiş olur və əgər aləmlərin Rəbbini inkar etmək, aydın həqiqəti inkar etməklə müqayisə edilərsə, onda birinci ikincidən olduqca dəhşətlidir. Firon Musanın (ə) təkzibolunmaz dəlilinə etiraz edə bilmədi və mövzudan yayınmaq və müsahibəni səs-küylü mübahisəyə çevirmək qərarına gəldi. ﰘ ﰙ ﰚ ﰛ ﰜ ﰝ;
(20.51) “Dedi: “Bəs ilk nəsllər necə olacaq?” Onların vəziyyəti necə olmuşdur? Hansı tale onlara nəsib olmuşdur? Sən, Allahın varlığını inkar edən, zalımlıq göstərən, inadla öz baxışlarını qoruyan və bu gün də bizim üçün nümunə olan bizdən əvvəlkilər haqqında nə deyə bilərsən?
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝ;
|