Firon öz xalqını azdırdı və ona doğru yol göstərmədi”.
Budur kafirliyin, azğınlığın və doğru yoldan üz döndərməyin nəticələri. Firon öz xalqını azdırdı, kafirliyi onların gözünə bəzəkli göstərdi və Musanın (ə) moizələrinə qarşı onlarda ikrah hissi oyatdı. O, öz xalqını aldatdı və heç vaxt ona düz yol göstərmədi. Nəticədə isə o, misirliləri azğınlıq və aldanış mənbəyinə gətirib çıxartdı ki, o da öz növbəsində əzablar və işgəncələr dənizinə qarışır.
ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ;
Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik və dağın sağ yamacında sizə vəd verdik. Biz həm də sizə qüdrət halvası[60] və bildirçin nazil etdik”. Fövqəluca İsrail oğullarına onlara göstərdiyi ən böyük mərhəmətini xatırladır. O, onları Firondan xilas etmiş və onlara şərəfli qanunlardan və gözəl hekayətlərdən ibarət Səmavi Kitab nazil edəcəyinə söz vermişdi. Bununla da Allah onların dünyəvi və ruhani həyatını sahmana saldığını yadlarına salır. Sonra O, onlara səhrada köç edib dolaşdıqları zaman nazil etdiyi ruzini – qüdrət halvasını[61] və bildirçinləri xatırladır. O, onlara zəhmət sərf edilmədən yeyilən hazır yeməklər əta edir. O, onlara həmçinin belə buyurur: ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ; Sizə Bizim ayırıb verdiyimiz nemətləri nuş edin, lakin onların vasitəslə həddi aşmayın, yoxsa Mənim qəzəbimə düçar olarsınız. Mənim qəzəbimə düçar olan hər kəs məhv olar”. Onun səxavətlə sizə lütf etdiyi nemətlərinə görə Allaha şükür edin və yol verilən həddi aşmayın. Onun sizə səxavətlə verdiyi nemətlərini günah törətməkdən ötrü sərf etməyin, yoxsa naşükürlər arasına düşərsiniz. Əgər bu baş verərsə, Allahın mütləq sizə qəzəbi tutar və sizi amansız cəzaya məhkum edər. Kim ki, Onun qəzəbinə düçar gələr, onda o məhv olar və ağır itki verər. O şəxs Onun lütfkarlığına və Onun mərhəmətini qazanmağa nail ola bilməz, Onun qəzəbinə uğrayar və nəhəng zərərə məruz qalar. Bunu yadda saxlayın və unutmayın ki, Allah Öz qullarının tövbəsini, onlar hətta ən böyük cinayətlər törətsələr də belə, qəbul edir. Buna görə, daha sonra Fövqəluca buyurur:
ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ;
Həqiqətən, Mən tövbə edib iman gətirənləri, saleh əməllər işləyənləri və sonra da doğru yolla gedənləri bağışlayıram”. Allah, küfr və bidətçilik etdiyinə və günahlar işlətdiyinə görə tövbə edib, Ona, mələklərə, Kitablara, elçilərə və Qiyamət gününə iman gətirənləri, qəlbən və cismən xeyirxahlıqlar edənləri və təkcə xeyirli sözlər danışanları, alicənab Elçinin (s.ə.s.) düz yolunu davam etdirənləri və haqq dinin hökmlərini əsas tutmağa başlayanları bağışlayır və onlara mərhəmət göstərir. Belə bir insana əvvəllər törətdiyi bütün günahları bağışlanacaq, çünki o, Allahın mərhəmətini və bağışlanmasını əldə etməyin ən əzəmətli vasitəsindən yararlanmağı bacarmışdır ki, bu da, öz növbəsində, həmin məqsədə nail olmağın yerdə qalan bütün üsullarını özündə cəmləşdirir. Həqiqətən də, tövbə əvvəllər yol verilmiş günahları yuyur, İslama iman gətirib onu qəbul etmək əvvəllər etiqad edilən kafirliyi darmadağın edir, xeyirxah əməllər isə günahları təmizləyir. İslamı qəbul etmiş şəxs doğru yola gəlmək üçün Allahın dinini öyrənməli, Quran ayələri və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) hədisləri üzərində düşünməli, onların gözəl mənalarını dərk etməli və əldə etdiyi biliklərə tam uyğun olaraq qətiyyətlə hərəkət etməli, insanları gerçək dinə dəvət etməli, bidəti, küfrü və azğınlığı rədd etməli, Allah yolunda mübarizə aparmalı və zəruriyyət olduqda hicrət etməli və həmçinin İlahi rəhbərliyin bütün digər tələblərini yerinə yetirməlidir. Bunun sayəsində insan öz günahlarını təmizləyir və arzu etdiyi məqsədə nail olur.
ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ;
(20.83) “O buyurdu: “Ey Musa! Sən niyə xalqını tərk etməyə tələsdin?” Fövqəluca Musaya (ə) vəd etmişdi ki, o (ə) Onun qarşısında otuz gün ərzində və bir də on gün durmalıdır ki, vəhy vasitəsi ilə Tövratı ala bilsin. Müəyyən edilmiş müddət çatdıqda, əməlisaleh peyğəmbər (ə) ona vəd edilmiş vəhyi almağa can ataraq şərtləşdirilmiş yerə getməyə tələsmişdi. Buna görə Allah ondan (ə) soruşur ki, niyə o (ə) şərtləşdirilmiş yerə camaatı ilə birlikdə gəlməyə səbir etməyərək, onları geridə qoymuşdur.
ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ;
Belə cavab verdi: “Onlar yaxındadırlar və mənim izimlə gəlirlər, mən isə, ey Rəbbim, Səni razı salmaq üçün Sənin hüzuruna tələsdim”.
Ey Rəbbim! Onlar yaxınlıqdadırlar və tezliklə mənə çatacaqlar. Mən isə Sənə yaxınlaşmaq və Sənin iltifatına nail olmaq ümidi ilə tələsdim.
ﮰﮱﯓﯔﯕ ﯖﯗﯘ ﯙﯚ;
O buyurdu: “Biz, sən onları tərk edən kimi, xalqını imtahana çəkdik, bir samirəli isə onları zəlalətə saldı”. Sənin qəbilədaşlarına bir buzova ibadət etməyi təklif etdilər və onlar layiqincə səbir etmədilər və sınaqdan çıxa bilmədilər. Onlar bir sınaqla üz-üzə gələn kimi, yenə kafirliyə qayıtdılar. Bir samirəli onlar üçün böyürən qızıl buzov heykəli düzəltdi və sonra da onları inandırdı ki, bu buzov ilahdır ki, sən onu unutdurmuşsan. İsrail oğulları samirəliyə inandılar və buzova sitayiş etməyə başladılar. Harun onlara bunu etməyi qadağan edirdi, lakin onlar ona itaət göstərmirdilər.
ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ; (20.86) “Musa camaatının yanına qəzəblənmiş və kədərli halda qayıdıb dedi: “Ey mənim xalqım! Məgər Rəbbiniz sizə gözəl vəd vermədimi? Doğrudanmı bu müddət sizə çox sürəkli göründü? Ya da siz istəyirsiniz ki, Rəbbinizin sizə qəzəbi tutsun və buna görə siz mənə verdiyiniz əhdi pozmuşsunuz?” Məgər Allah sizə Tövratı nazil edəcəyini vəd etməmişdimi? Məgər mənim qısa müddətdə burada olmamam sizə çoxmu göründü? Doğrudanmı siz peyğəmbərlərsiz və elçilərsiz o qədər çox yaşamışsınız ki, hətta peyğəmbər moizələrini unutmuş və həqiqi biliklərin qalıqlarından belə məhrum olmuşsunuz? Doğrudanmı mən sizi o dərəcədə çoxdan tərk etmişəm ki, siz mənim nəsihətlərimi yaddan çıxarıb, tək Allaha ibadət etməkdən əl çəkmişsiniz? Doğrudanmı peyğəmbərliyim haqqında biliklərin olmaması üzündən nadanlıq üstün gəlmişdir? Yox, yox! Siz mənim peyğəmbərliyimin canlı şahidlərisiniz və o barədə tam təsəvvürə maliksiniz və buna görə sizə bəraət qazandırmaq olmaz. Doğrudanmı siz öz Rəbbinizi qəzəbləndirməyi qərara almışsınız və hər şeyi etmişsiniz ki, özünüzü əzabverici cəzaya məhkum edəsiniz? Siz mənə verdiyiniz vədi pozmuşsunuz. Mən sizə əmr etmişdim ki, doğru yolla gedəsiniz və vəsiyyət etmişdim ki, Haruna itaət edəsiniz, amma siz həm burada olmayana itaət etməmiş, həm də sizinlə birlikdə qalana hörmətsizlik göstərmişsiniz.
ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ;
Onlar dedilər: “Biz sənə verdiyimiz vədi öz istəyimizlə pozmamışıq. Biz o xalqın zinət şeyləri ilə yüklənmişdik və onları çıxarıb atdıq və samirəli də atdı”. Biz bunu qəsdlə etməmişik. İş orasındadır ki, biz Misiri tərk edərkən götürdüyümüz bəzək şeyləri ilə yüklənmişdik. Bunlar bir vaxtlar koptlardan aldığımız zinət əşyaları idi. Sən bizi tərk edəndə, biz bu əşyaları yığdıq ki, sən qayıdandan sonra onları nə edəcəyimiz qərarını verəsən. Bir nəfər samirəli də eyni hərəkəti etdi. ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ;
O, onlar üçün böyürən buzov heykəli düzəldib dedi: “Budur sizin tanrınız və Musanın tanrısı, amma o – unutmuşdur”. Firon qoşununun dənizdə qərq edildiyi gün həmin samirəli Allahın elçisinin (ə) ayağının izini gördü və bu izin torpağından bir ovuc götürməyi qərara aldı. Ona təlqin edilmişdi ki, əgər o, bu bir ovuc torpağı hər hansı bir şeyin üstünə atarsa, o mütləq canlanar. Bu insanlar üçün onları yoldan çıxaran bir şey və sınaq rolunu oynamalıydı. Samirəli şəxs o torpağı düzəltdiyi buzov heykəlinə vurdu və o hərəkət etməyə və böyürməyə başladı. Adamlar isə dedilər: “Musa öz Rəbbini axtarmağa getdi, o isə bizim yanımızdaymış və Musa onu yaddan çıxardıbmış”. Bu, İsrail oğullarının axmaqlığını və düşüncəsizliyini təsdiq edirdi. Lap yaxınlarda bu qəribə buzov cansız bir əşya idi, indi isə böyürürdü və onlar qərara gəldilər ki, o – göylərin və yerin Rəbbidir. ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ; (20.89) “Doğrudanmı onlar görmürdülər ki, o onlara cavab olaraq heç bir söz söyləmir və onlara zərər vurmağa və ya fayda verməyə də qadir deyildir?” Məgər onlar buzovun onlarla niyə danışmadığı və müraciətlərinə nitqi ilə cavab vermədiyi barədə düşünmürdülər? Məgər onlar görmürdülər ki, o onlara fayda və ya zərər verməyə qabil deyil? Həqiqi ilah öz kamil sifətləri, ilahi nitqi və tərifəşəyan əməlləri sayəsində ibadətə layıq olur. Allahın iradəsi ilə danışıq qabiliyyətinə malik, xeyirxah və şər əməllər işləməyə qabil olan insan necə ola bilər ki, öz keyfiyyətləri ilə ondan çox aşağı səviyyədə yerləşən məxluqa ibadət etsin?
ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ;
(20.90) “Harun bundan öncə onlara demişdi: “Ey mənim xalqım! Sizi bununla sınağa çəkirlər. Sizin Rəbbiniz – Mərhəmətlidir. Ardımca gəlin və əmrlərimə itaət edin!”
İsrail oğulları imanın əsas məsələsində şübhəyə düşmüşdülər və belə davranışlarına görə bəraət qazana bilməzdilər, çünki Harun (ə) onları buzova ibadət etməkdən çəkindirirdi. O (ə) deyirdi ki, böyürən heykəl doğru yoldan çıxaran sınaqdır və Yeganə Vahid Rəbb – Mərhəmətli Allahdır. O (ə) onlara xatırladırdı ki, təkcə Allah aşkar və gözlə görünməsi mümkün olmayan nemətləri insanlara əta edir və onları şərdən qoruyur və onlar da Ona itaət etməli və buzova itaətdən əl çəkməlidirlər.
ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ;
|