Hər biriniz ora girəcəksiniz. Rəbbinin qəti qərarı belədir”.
Bu sözlər bütün məxluqlara – əməlisaleh dindarlara və əxlaqsız günahkarlara, möminlərə və kafirlərə yönəldilmişdir. Elə bir insan yoxdur ki, oda daxil olmamış olsun, çünki Allahın qəti qərarı belədir. O (Pak və Müqəddəs Olan) Özünə söz vermişdir ki, məhz belə etsin və bunu qullarına vəd etmişdir. Əlbəttə ki, Onun vədi mütləq icra ediləcəkdir. Müsəlman ilahiyyatçıları bu ayənin mənası barədə müxtəlif rəylər söyləmişlər. Bəziləri hesab edirdilər ki, bütün məxluqlar Cəhənnəm qarşısında dayanacaqlar və onun qarşısında qorxu sınağından keçəcəklər, sonra isə Pak və Müqəddəs Allah təqva sahibi olan salehləri xilas edəcəkdir. Digərləri isə belə sayırdılar ki, mütləq bütün insanlar Cəhənnəmə girəcəklər, ancaq möminlər üçün Cəhənnəm Odu sərin və salamatlıq olacaqdır. Üçüncü qrup alimlərin fikrincə isə bütün insanlar Cəhənnəmin lap ortasından çəkiləcək Sirat körpüsündən keçməli olacaqlar. İnsanlar körpüdən öz əməllərinə müvafiq olaraq keçə biləcəklər. Bəziləri onu bir göz qırpımında ötüb keçəcəklər. Digərləri onu külək sürəti ilə qaçaraq keçəcəklər. Üçüncülər körpünü təcrübəli cins at süvariləri kimi çapıb keçəcəklər. Dördüncülər bu körpünü qaça-qaça ötəcəklər. Beşincilər onun üstündən piyada addımı ilə yeriyib keçəcəklər. Elə insanlar da olacaq ki, körpünü sürünə-sürünə adlayacaqlar. Lakin elələri də olacaq ki, Sirət körpüsündən birbaşa Cəhənnəmə düşəcəklər. Hər kəs körpünü öz təqvalılığından[51] asılı olaraq keçə biləcəkdir. Buna görə sonra Fövqəluca buyurur:
ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ;
|