Студопедия — Budur, Bizim təqvalı qullarımızı varisi edəcə­yimiz Cənnət”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Budur, Bizim təqvalı qullarımızı varisi edəcə­yimiz Cənnət”.






Onlar ürəklərində Allah qorxusu olan möminlərdir ki, gözəl evlərdə məskunlaşacaq və orada əbədi qalacaqlar. Onlar öz məskənlərini heç vaxt tərk etməyəcəklər və özləri üçün başqa heç bir şey arzu etməyəcəklər. Fövqəluca buyurur: “Rəbbinizin bağışlamasına, eni göylərə və yerə bərabər olan və təqvalılar üçün hazırlanmış Cənnətə tələsin!” (Ali-İmran, 3/133).

 

ﰆ ﰇ ﰈ ﰉ ﰊﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ;

 

Biz ancaq öz Rəbbimizin əmri ilə nazil oluruq. Qarşımızda olanlar da, arxamızda olanlar da və bunların arasında olanlar da Ona məxsusdurlar. Sənin Rəbbin unutqan deyil”.

Bir dəfə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) səbirsizliklə Cəbrailin (ə) gəlməsini gözləyirdi. O (ə) onun (s.ə.s.) yanında nazil olan kimi ona (ə) dedi: “Sən niyə yanımıza tez-tez gəlmirsən?” Bu sözlər Allahın Elçisinin (s.ə.s.) mələklə daha tez-tez görüşməyə güclü ehtiyac duyması və ondan ayrıldıqda isə təəssüf hissi keçirməsi, həm də onunla (ə) bərabər olduqda qəlbinin rahatlıq hiss etməsi ilə əlaqədardır. Buna görə o vaxt Fövqəluca Allah bu ayəni mələk Cəbrailin (ə) vasitəslə nazil etmişdi. O (ə), Peyğəmbərə (s.ə.s.) izah edir ki, mələklər özləri müstəqil surətdə qərar qəbul etmirlər. Lakin Allah hər hansı bir işi görməyə hökm verdikdə, onlar ləngitmədən Onun iradəsini yerinə yetirir və Onun hökmlərinə itaətsizlik göstərmirlər. Fövqəluca belə buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailələ­rinizi yanacağı insanlardan və daşlardan olacaq Oddan qoru­yun. Ona sərt və güclü mələklər nəzarət edirlər. Onlar Allahın əmrlərindən çıxmır və onlara verilən bütün hökmləri yerinə yetirirlər” (Təhrim, 66/6). Həqiqətən də, onlar ancaq Allahın onlara buyurduqlarını icra edirlər. O (Pak və Müqəddəs Olan) keçmişə, gələcəyə və indiyə sərəncam çəkir, hakimiyyəti bütün zamanlar və Kainatın hər guşəsinə yayılır. Məxluqların taleyi Allahın qərarından asılıdır. Mələklərə gəldikdə isə, onlar ancaq Onun qərarlarını yerinə yetirirlər. O (Pak və Müqəddəs Olan) Özünün İlahi Hikmətinə müvafiq olaraq yerinə yetirilməli hökmlər verir. Əgər Onun İlahi hikməti bir hökmü təxirə salmaq və ya digər bir hökm tələb edirsə, onda Allah onu müəyyən vaxtadək sonraya saxlayır. Buna görə də, Cəbrail (ə) Muhəmməd Peyğəmbərə (s.ə.s.) xatırladır ki, Allah heç nəyi yaddan çıxarmır və Öz Peyğəmbərini (s.ə.s.) unutmur. Bu barədə Fövqəluca belə buyurur: “Rəbbin səni tərk etməmiş və sənə acıqlanmamışdır” (Düha, 93/3). Əksinə, Allah Öz Peyğəmbərinin (s.ə.s.) qayğısını çəkməkdə davam edir, ona (s.ə.s.) və onun (s.ə.s.) işlərini sahmana salmaqda kömək göstərir. Əgər mələk, adətən, gəldiyi vaxtdan gec nazil olduqda, bu, Peyğəmbəri (s.ə.s.) kədərləndir­məməli və ya narahat etməməlidir, çünki o (s.ə.s.) bilməlidir ki, Allah, Onun İlahi hikməti bunu tələb etdiyinə görə, belə olmasını istəmişdir.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ;

(19.65) “Rəbb – göylərin, yerin və onların arasında olan­la­rın Rəbbidir! Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Onun bənzərimi var?!”

Cəbrail (ə) Peyğəmbərə (s.ə.s.) Allah göylərin və yerin Rəbbi olmasını xatırladır ki, Onun bütün varlıqları əhatə etdiyini və Ona unutqanlığın yad olduğunu bir daha vurğulasın. O (Pak və Müqəddəs Olan) göyləri və yeri yaratmış, onlarda mükəmməl və ecazkar qayda-qanun müəyyən etmişdir. O (Pak və Müqəddəs Olan) bu yaratdığı məxluqları yaddan çıxarmamışdır, onları nahaq xəlq etməmiş və onları faydasız etməmişdir. Təkcə bu, Onun bütün varlığı əhatə etdiyinin inandırıcı dəlilidir. Buna görə, Peyğəmbər (s.ə.s.) nahaq yerə narahat olmamalı idi və bu narahatçılıq keçirməyə sərf etdiyi vaxtı ona (s.ə.s.) faydalı olan işlər üçün istifadə edərdi, yəni şəriki olmayan Vahid Allaha ibadət edərdi. Elə buna görə də, sonra mələk ona (s.ə.s.) əmr edir ki, səbirlə və səylə Allaha ibadət etsin və bu ibadətin kamil olması üçün əlindən gələni əsirgəməsin. Əgər insan Allaha ibadət etməyə qayğı ilə yanaşırsa, onda bu onun fikrini məşğul edən və diqqətini cəlb edən kənar şeylərdən uzaqlaşmasına yardım edir. Buna görə Fövqəluca Allah buyurur: “Bizim onların bəzilərinə onları azdırmaq üçün əta etdiklərimiz üstündə gözünüz qalma­sın. Bu – yer həyatının parıltısıdır, sənin Rəbbinin nəsib edə­cəyi qismət daha yaxşı və daha uzunmüddətlidir. Ailənə namaz qılmağı tapşır və özün də onu səbirlə qıl! Biz səndən bir qismət xahiş etmirik, axı Biz Özümüz sənə qismət veririk. Xeyirli sonuc – təqvalılarındır” (Taha, 20/131-132).

Kim Allah adı daşıyan bir məxluq tanıyır? Kim elə bir məxluq tanıyır ki, Allaha bənzəsin? Sağlam düşüncə bu suallara cavabın mənfi olacağını bildirir, çünki Allaha oxşaya bilən kimsə yoxdur. O (Pak və Müqəddəs Olan) – Rəbdir, halbuki qalan bütün yaradılmışlar Ondan asılı olan məxluqlardır. O (Pak və Müqəddəs Olan) Xaliqdir, bütün qalanlar isə Onun məxluqla­rıdır. O (Pak və Müqəddəs Olan) zəngindir və heç nəyə möhtac deyil, halbuki qalanların hamısı Onun mərhəmətinə hərtərəfli möhtacdırlar. O (Pak və Müqəddəs Olan) mütləq kamilliyə malikdir, halbuki bütün qalanlar nöqsanlardan xali deyillər və təkcə Fövqəluca Allah onlara əta etdikdə, müəyyən kamil keyfiyyətlərə sahib olurlar. Bütün bunlar təkzibolunmaz tərzdə ona dəlalət edir ki, təkcə Allah ibadətə layiqdir və Ona ibadət haqdır, halbuki uydurulmuş ilahlara ibadət etmək əbəs və faydasızdır. Elə buna görə də Cəbrail (ə) əmr edir ki, təkcə bir olan Allaha layiqincə ibadət edilməlidir və o (ə) bunu yalnız Allahın kamilliyə, əzəmətə və gözəl adlara malik olması ilə əlaqələndirir.

 

ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ;

 

(19.66) “İnsan deyir: “Doğrudanmı mən öləndən sonra dirildilib çıxarılacağam?”

Bu ayədə diriləcəklərini inkar edən və Axirət həyatını ağlasığmaz hesab edən insanlardan bəhs edilir. Onlar öz kafirlik­lərini inadkarlıqla müdafiə edərək, belə deyirlər: “Biz ölüb torpağa çevrildikdən sonra Allah bizi necə dirildəcək?! Bu müm­kün deyil! Bundan başqa, bunu təsəvvür belə etmək olmaz!” Onlar belə bir nəticəyə ona görə gəlirlər ki, təfəkkürü xəstəliyə tutulmuşdur və niyyətləri də natəmizdir. Onlar elçilərə müqa­vimət göstərməyə və Müqəddəs Kitabları inkar etməyə cəhd göstərirlər. Amma əgər onlar azca da olsa düşünsəydilər, onda hökmən başa düşərdilər ki, dirilmənin inkar edilməsi ən böyük axmaqlıqdır. Buna görə daha sonra Fövqəluca Allah dirilmənin gerçəkliyinin aydın və təkzib­olunmaz dəlilini qeyd edir. Fövqəluca buyurur:

 

ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ;

(19.67) “Məgər insanın yadında deyilmi ki, Biz əvvəlcə onu, o hələ heç bir şey olmadığı halda, yaratmışdıq?”

İnsan necə əmələ gəldiyinə niyə də baxmasın? O əvvəlcə nə idi? Allah onu heçlikdən yaratmışdı. Əgər Allah heçlikdən insanı yaradıbsa, onda kim Ona mane ola bilər ki, onun bədəni çürüyüb torpağa çevrildikdən sonra, onu dirildə bilməsin? Fövqəluca buyurur: “O – məxluqları ilk dəfə Yaradan, sonra isə onları Təkrarlayandır. Bu, Onun üçün daha asandır” (Rum, 30/27).

Allahın şərh etdiyimiz ayədə verdiyi sual insanı dirilmənin lehinə olan inandırıcı məntiqi dəlillərin üzərində düşünməyə çağırır. Allah sadə və xoş sözlərin vasitəslə izah edir ki, dirilməni ancaq özünün bu dünyaya gəlməsinə diqqət yetirməyən kəslər inkar edə bilər. Lakin əgər insan bu barədə düşünsəydi, onda o, Axirət həyatını inkar etməzdi.

 

ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ;

(19.68) “Rəbbinə and olsun ki, Biz onları və şeytanları mütləq toplayacağıq, sonra isə onları Cəhənnəmin ətrafında diz üstə çökdürəcəyik!”

Fövqəluca Allahın sözləri ən doğru sözlərdir və buna bax­mayaraq, O, Özünün hökmranlığına and içir ki, Axirət həyatını inkar edənləri mütləq dirildəcək və onları şeytanlarla birlikdə Məhşərdə toplayacaqdır. Böyük və Qüdrətli Rəbbin hökmünü gözləyərkən baş verəcək təsəvvüredilməz dəhşət və çoxsaylı sarsıntılar onları diz üstə çökməyə məcbur edəcək. Buna görə, sonra Allah kafirləri gözləyən hökm haqqında belə xəbər verərək, buyurur:

 

ﭼﭽﭾﭿ ﮀﮁﮂ ﮃﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ;

 







Дата добавления: 2015-09-04; просмотров: 484. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Композиция из абстрактных геометрических фигур Данная композиция состоит из линий, штриховки, абстрактных геометрических форм...

Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

Шрифт зодчего Шрифт зодчего состоит из прописных (заглавных), строчных букв и цифр...

Краткая психологическая характеристика возрастных периодов.Первый критический период развития ребенка — период новорожденности Психоаналитики говорят, что это первая травма, которую переживает ребенок, и она настолько сильна, что вся последую­щая жизнь проходит под знаком этой травмы...

РЕВМАТИЧЕСКИЕ БОЛЕЗНИ Ревматические болезни(или диффузные болезни соединительно ткани(ДБСТ))— это группа заболеваний, характеризующихся первичным системным поражением соединительной ткани в связи с нарушением иммунного гомеостаза...

Алгоритм выполнения манипуляции Приемы наружного акушерского исследования. Приемы Леопольда – Левицкого. Цель...

ИГРЫ НА ТАКТИЛЬНОЕ ВЗАИМОДЕЙСТВИЕ Методические рекомендации по проведению игр на тактильное взаимодействие...

Реформы П.А.Столыпина Сегодня уже никто не сомневается в том, что экономическая политика П...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.009 сек.) русская версия | украинская версия