Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Ey ata! Mən qorxuram ki, Rəhmanın cəzası səni haqlasın və sən iblisin dostu olasan”.





Əgər sən bundan sonra da kafirliyə etiqad etsən və zalımlıq göstərsən, onda Allahın cəzası səni yaxalaya bilər. Belə olduqda, sən həm bu dünyada, həm də ölümdən sonra şeytanın əlaltısı olarsan. Sən ən böyük alçaldılmaya məruz qalar və çox alçaqlığa düşərsən. Allahın sevimlisi İbrahim (ə) bu sözləri ilə atasını haqq dinə gətirməyə cəhd göstərirdi. O (ə) ardıcıl olaraq hərəkət edirdi: sadədən başlayaraq, sonra mürəkkəb dəlillərə keçirdi. O (ə) atasına deyir ki, onun müəyyən bilikləri vardır və bu ona oğlunun yolu ilə getməyi vacibləşdirir. O (ə) atasına izah edir ki, əgər o, onun (ə) yoluna gəlsə, düzgün seçim edər və doğru yola gəlmiş olar. Sonra o (ə) atasını şeytana ibadət etməkdən əl çəkməyə çağırır və ona belə ibadətin zərərli nəticələrini açıqlayır. Daha sonra o (ə) atasını xəbərdar edir ki, əgər o öz baxışlarından əl çəkməzsə, cəzaya və Allahın qəzəbinə məruz qalar və şeytanın dostuna çevrilər. Lakin saleh peyğəmbərin (ə) moizələri onun (ə) bədbəxt atasına heç bir fayda vermədi və o, nadan müşrikin verə biləcəyi cavabı verdi.

 

ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ;

 

(19.46) “O dedi: “Doğrudanmı sən mənim allahlarımdan üz döndərirsən, İbrahim? Əgər sən bundan əl çəkməsən, mən hökmən səni daş-qalaq edərəm. Məni uzun müddətə tərk et!”

 

O, özünün qayalardan və daşlardan çapılmış “allahları” ilə fəxr edirdi və İbrahimi (ə) onlara ibadət etməkdən boyun qaçırdığına görə, qınamağa başlamışdı. Bütün bunlar onun dərin nadanlığından və dəhşətli kafirliyindən xəbər verir. O, daş heykəllərə sitayiş etməsi ilə lovğalanırdı və ətrafındakıları da buna dəvət edirdi. O, oğlunun sözlərini eşitdikdə, bütlərini təhqir etməkdən və atasını tək Allaha ibadət etməyə çağırmaqdan əl çəkmədiyi təqdirdə, onu (ə) daş-qalaq edəcəyi ilə hədələyir. Sonra o, ona (ə) onunla danışmağı uzun müddətə qadağan edir. İbrahim peyğəmbərin (ə) cavabı Mərhəmətli Allahın mömin qullarının cahillərə verdiyi layiq bir cavab idi. O (ə) atasını təhqir etmək istəmədi. Əksinə, o (ə) səbirlilik göstərdi və ona bircə təhqiramiz söz belə demədi.

 

ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ;

 

O dedi: “Sənə salam olsun! Mən Rəbbimdən xahiş edəcəyəm ki, səni bağışlasın. Həqiqətən, O, mənə qarşı mərhəmətlidir”.

 

Sən məndən təhqirlər, kobudluq və sənə xoş gəlməyən nə varsa, eşitməyəcəksən. Mən ara vermədən Allahdan xahiş edəcə­yəm ki, səni doğru yola yönəltsin və sənə əfv bəxş etsin, çünki sən Allahın bağışlamasına, doğru yola qədəm qoyduğun­dan sonra ancaq layiq olacaqsan. Mənə qaldıqda isə, Allah mənə həmişə mərhəmətli və lütfkar olmuşdur və mənə həmişə qayğı göstərir.

İbrahim peyğəmbər (ə) həqiqətən də Allaha dua edirdi ki, onun (ə) atasını bağışlasın və doğru yola yönəltsin. O (ə) başa düşəndə ki, atası Allahın düşmənidir və onun (ə) duaları ona heç bir fayda verməyəcəkdir, onda o, atası üçün bir daha bağışlanma istəməkdən vaz keçdi və atasının cinayətlərinin bağışlanması fikrindən əl çəkdi. Allah bizə əmr etmişdir ki, bu şərəfli elçisinin yolu ilə gedək və İslamı onun (ə) təbliğ etdiyi kimi təbliğ edək. Bu isə o deməkdir ki, biz haqqı yaymaq üçün biliklərlə, hikmətlə, xoş rəftarla, sadəliklə və ardıcıllıqla silahlanmalıyıq. Biz yüngül suallardan başlayıb, sonra tədricən daha mürəkkəb məsələlərə keçməli, bu prinsipə səylə riayət etməli və ona ikrah hissi bəsləməməliyik. Biz həm də, haqqın təbliğatçılarının qismətinə düşən hər hansı çətinliyə mətanətlə dözməyə hazır olmalıyıq, çünki insanların çoxu onlara həm sözlə, həm də əməlləri ilə əziyyət verirlər. Biz belə insanlara qarşı mərhəmətli olmalı və onları, verdikləri əziyyətə, incikliklərə görə bağışlamağı bacar­malı və sözümüz və işlərimizlə onlara hətta yaxşılıq göstər­məliyik.

 

ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ;

 

Mən sizdən və Allahdan başqa ibadət etdikləri­nizdən uzaqlaşıram və dua ilə öz Rəbbimə müraciət edirəm. Ola bilsin ki, Rəbbimə etdiyim dualarım sayəsində bədbəxt olmayım”.

İbrahim (ə) öz xalqını və atasını haqq dini qəbul edəcək­lə­rindən əlini üzdükdə, o, onları tərk etmək və daş bütlərdən uzaqlaşmaq qərarına gəldi. O (ə) bəyan etdi ki, duaları ilə daima Allaha müraciət edəcək, Allahın onu (ə) xoşbəxtliyə çıxaracağı, dualarına cavab verəcəyi və onun (ə) yaxşı əməllərini qəbul edəcəyi ümidi ilə Ona ibadət edəcək, köməyi Ondan diləyəcək. Hər bir kəs, alçaq nəfslərinə üstünlük verən, moizələrdən fayda­lan­mayan, öz azğınlığının zülmətində dolaşan öz yaxınla­rını İslama dəvət etməkdən əlini üzdükdə, məhz belə etməlidir. Dəvətçi belə insanlarla rastlaşdıqda, ilk növbədə, öz qəlbini xeyirxahlaşdırmaq, Rəbbinə dua edərək etdiyi yaxşılıqları qəbul etməsini diləmək və şərdən və onun tərəfkeşlərindən uzaqlaşmaq qayğısına qalmalıdır.

 

ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ;

O, onlardan və onların Allahdan başqa ibadət etdiklərindən uzaqlaşdıqda, Biz ona İshaqı və Yaqubu əta etdik. Onların hər ikisini də Biz peyğəmbər etdik”.

 

İnsan həmişə vətənindən, sevdiyi yerlərdən, qohumların­dan və həmqəbilələrindən ayrılarkən son dərəcə həyəcan keçirir. Bunun səbəbləri çoxdur və onların arasında, xüsusilə, onun doğma yerləri ilə bərabər ona kömək edən və onu müdafiə edən insanları tərk etməsidir. Lakin əgər insan bir şeyi Allah xatirinə tərk edirsə, onda Allah onun itkisini ona mütləq artıqlaması ilə ödəyir. Buna görə, İbrahim (ə) öz xalqını tərk etdikdə, Fövqəluca Allah ona (ə) İshaqı və Yaqubu bəxş etdi və onların hər ikisi də Allahın peyğəmbəri oldular. Bu mömin insanların hər birini Allah Səmavi Vəhylə şərəfləndirdi, onlara peyğəmbərlik vəzifəsi həvalə etdi və onları aləmlərin sakinləri üzərində ucaltdı.

 

 

ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ;

 







Дата добавления: 2015-09-04; просмотров: 520. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!




Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...


Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...


Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...


Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Функциональные обязанности медсестры отделения реанимации · Медсестра отделения реанимации обязана осуществлять лечебно-профилактический и гигиенический уход за пациентами...

Определение трудоемкости работ и затрат машинного времени На основании ведомости объемов работ по объекту и норм времени ГЭСН составляется ведомость подсчёта трудоёмкости, затрат машинного времени, потребности в конструкциях, изделиях и материалах (табл...

Гидравлический расчёт трубопроводов Пример 3.4. Вентиляционная труба d=0,1м (100 мм) имеет длину l=100 м. Определить давление, которое должен развивать вентилятор, если расход воздуха, подаваемый по трубе, . Давление на выходе . Местных сопротивлений по пути не имеется. Температура...

Типовые ситуационные задачи. Задача 1.У больного А., 20 лет, с детства отмечается повышенное АД, уровень которого в настоящее время составляет 180-200/110-120 мм рт Задача 1.У больного А., 20 лет, с детства отмечается повышенное АД, уровень которого в настоящее время составляет 180-200/110-120 мм рт. ст. Влияние психоэмоциональных факторов отсутствует. Колебаний АД практически нет. Головной боли нет. Нормализовать...

Эндоскопическая диагностика язвенной болезни желудка, гастрита, опухоли Хронический гастрит - понятие клинико-анатомическое, характеризующееся определенными патоморфологическими изменениями слизистой оболочки желудка - неспецифическим воспалительным процессом...

Признаки классификации безопасности Можно выделить следующие признаки классификации безопасности. 1. По признаку масштабности принято различать следующие относительно самостоятельные геополитические уровни и виды безопасности. 1.1. Международная безопасность (глобальная и...

Studopedia.info - Студопедия - 2014-2025 год . (0.009 сек.) русская версия | украинская версия